Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-359/2025 15.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanması və alimentin tutulması tələbinə dair mülki işə Göyçay şəhərində baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 dekabr 2011-ci il tarixdə anadan olmuş X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 vəsatət ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbləri ərazi aidiyyatı üzrə pozulmuşdur. Belə ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, hazırkı mülki iş baxılması üçün Bakı şəhəri. Suraxanı rayon Məhkəməsinə göndərilməsi barədəd qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə göstərmişdir ki, Məhkəmə qətnaməsinə əsasən tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşağın cavabdehin himayəsinə verilməsi və uşağın saxlanması üçün iddiaçıdan alimentin tutulmasına baxmayaraq, hazırda tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaqları iddiaçının yanında yaşayır. Azyaşlı uşağın saxlanması üçün cavabdehdən aliment tələb edir. Buna görə də vəsatətin rədd edilməsini xahiş edir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, X3 S.Cəfərov küçəsi ev 9 mənzil 137-də qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1435/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahdan 18 dekabr 2011-ci il tarixdə anadan olmuş azyaşlı uşaqları X1 yetkinlik yaşına çatanadan saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşağı məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlanmış, uşağın saxlanması üçün iddiaçıdan aliment tutularaq cavabdehə verilmişdir. Göründüyü kimi tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaq Cavabdeh himayəsində yaşayır, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, X3 S.Cəfərov küçəsi ev 9 mənzil 137-də qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti olaraq Cavabdeh qeydiyyatda olduğu yerə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyatda olduğu yerə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-359/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-359/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver