Məhkəmə qərarları › İş №e-2(046)-433/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-433/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-433/2025 05.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC-i (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinə görə 2170 (iki min bir yüz yetmiş) manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 42 (qırx iki) manat və xidmət haqqına görə 1 (bir) manat, cəmi 2213 manat pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayonu, Çayarxı kəndi ərazisində Cavabdeh1 mülkiyyətində olan, "xxxx" ASC (ləğv prosesindən sonra mətn üzrə “Cəmiyyət”) tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin icbari sığortası” sığorta növü üzrə A********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “LF 7132/2 320 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunan zaman yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ 21060 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Göyçay rayon polis şöbəsinin DYPB tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinərək hadisə zamanı avtomobili etibarnamə olmadan idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hadisə nəticəsində “VAZ 21060 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 2170 (iki min bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. İş materillarında olan Göyçay rayon polis şöbəsinin DYPB-nin polis baş leytenantı X2 tərəfindən xx.xx.2024cü il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışdan görünür ki, “LF 7132/2 320 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “LF 7132/2 320 minik” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil sığorta hadisəsi baş verdiyi zaman "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. “LF 7132/2 320 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2024-cü il tarixli PBA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21060” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2170 (iki min bir yüz yetmiş) manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərdən 2170 manat sığorta ödənişinin ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunaraq məhkəmə məsrəflərinin tələb ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 2170 (iki min bir yüz yetmiş) manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 42 (qırx iki) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» haqqında qanunun 25.1.3-cü maddəsinin məzmunundan görünür ki icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, həmin şəxsə qarşı subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 avtomobili idarə edərkən təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində “Vaz 21060” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğundan və həmin zərər "xxxx" ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır. Bu isə o deməkdir ki, hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh2dur. Buna baxmayaraq iddiaçı "xxxx" ASC-i (Ləğv prosesindədir) iddia tələbini həmçinin digər Cavabdeh1 qarşı da irəli sürmüşdür. Halbuki iş üzrə tədqiq edilmiş sübutlardan digər Cavabdeh1 Cavabdeh2 ilə nə birgə (solitar), nədə ki, əlavə (subsidiar) məsuliyyətinin olması müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alıb,məhkəmə hesab edir ki, verilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərər vuran Cavabdeh2 üzərinə qoyulmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə təmin edilməlidir. Digər Cavabdeh2 qarşı yönəldilmiş tələb məhkəmə hesab edir ki, təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh2 üzərinə qoyulmalı, iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 2170 (iki min bir yüz yetmiş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə (Ləğv prosesindədir) verilsin. Cavabdeh2 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nə (Ləğv prosesindədir) verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar