Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-488/2024 07.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Sığorta Şirkəti ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan sığorta hadisəsi nəticəsində zərərçəkən şəxslərə görə ödənilmiş 26000 (iyirmi altı min) manat pulun və ödənilmiş 168 züy) altmış səkkiz) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 196-9991-1821 nömrəli xx.xx.2021-ci il tarixli arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə X28 oğluna məxsus, lakin müvafiq etibarnamə olmadan Cavabdeh oğlu tərəfindən idarə olunan “Mercedes Benz E 320” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz 21063” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X22 oğlu, Salmanova Gülnar Nağı qızı, X29 oğlu, X10, X16 vəfat etmişlər. X13 oğlu, X11, X31 oğlu ağır dərəcəli bədən xəsarəti, X12 isə az ağır dərəcəli bədən xəsarəti almışdır. İş materiallarına əlavə edilmiş sığorta aktlarından və icbari sığorta bürosundan (İKSB) çıxarışdan göründüyü kimi Cavabdeh oğlunun idarə etdiyi “Mercedes Benz E320” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı SŞ-də icbari qaydada sığortalı olmuşdur. İddiaçı Sığorta Şirkəti dəymiş zərərlərə görə sığorta ödənişi həyata keçirmişdir. Belə ki, vəfat etmiş Salmanova Gülnar Nağı qızının ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişinin 1666.67 manat məbləği 5095 saylı ödəniş tapşırığına əsasən varisi atası İsmayılov Nağı Həsən oğluna, 1666.66 manat məbləği 5478 saylı ödəniş tapşırığına əsasən varisi qızı X5, 1666.67 manat məbləği 5070 saylı ödəniş tapşırığına əsasən varisi anası X6 ödənilmişdir. Vəfat etmiş X29 oğlunun ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişini 5490 saylı ödəniş tapşırığına əsasən varisi qızı X7 ödənilmişdir. Vəfat etmiş X18 oğlunun ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişinin 2500 manat məbləği 5065 saylı ödəniş tapşırığına əsasən varisi oğlu X26 oğluna, 2500 manat məbləği 5072 saylı ödəniş tapşırığına əsasən varisi oğlu Salmanov Ümüd Azər oğluna ödənmişdir. Vəfat etmiş X30 oğlunun ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişinin 1000 manat məbləğini 5826 saylı ödəniş tapşırığına əsasən varisi X1, 1000 manat məbləği 5825 saylı ödəniş tapşırığına əsasən varisi X14, 3000 manat məbləği 5067 saylı ödəniş tapşırığına əsasən varisi X3 ödənmişdir. X5 ağır xəsarətə görə 5477 saylı ödəniş tapşırığına əsasən 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. X31 oğluna ağır xəsarətə görə 6007 saylı ödəniş tapşırığına əsasən 1500 manat sığorta ödənişi həyata keçirilmiş, X2 ağır xəsarətə görə 7986 saylı ödəniş tapşırığına əsasən 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. X8 az ağır xəsarətə görə 7992 saylı ödəniş tapşırığına əsasən 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2020-ci il tarixli 1(102)-1071/2020 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından da göründüyü kimi Cavabdeh oğlu Cinayət Məcəlləsinin 263- 1.4-cü maddəsi ilə təqsirli bilinmiş, həmçinin onun hadisə zamanı sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi faktı təsdiqlənmişdir. Hesab edir ki, zərərçəkənlərə ödənilmiş ümumilikdə 26000 (iyirmi altı min) manat pul Cavabdeh oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Pеnitеnsiаr Хidmətinin 9 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Cavabdeh iddia ərizəsinin surəti göndərilməsinə baxmayaraq cavabdeh iddia ərizəsinə yazılı münasibət bildirməkdən imtina etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materillarında olan İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması barədə çıxarışdan görünür ki, “Mercedes Benz E 320” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən vaxtı, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2020ci il tarixli 1(102)-1071/2020 saylı qərarın surətindən görünür ki, məhkumun müdafiəçisi X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh barəsindəki qərarı dəyşdirilmədən saxlanılmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin sığorta aklartından görünür ki, vəfat etmiş Salmanova Gülnar Nağı qızının ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişinin 1/3 hissəsi,1666.67 manat varisi atası İsmayılov Nağı Həsən oğluna, 1666.66 manat məbləği varisi qızı X5, 1666.67 manat məbləği varisi anası X6, vəfat etmiş X29 oğlunun ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişi varisi qızı X5, Vəfat etmiş X4 ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişinin 2500 manatı varisi oğlu X26 oğluna, 2500 manatı varisi oğlu Salmanov Ümüd Azər oğluna,vəfat etmiş X30 oğlunun ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişinin 1000 manatı varisi X1, 1000 manatı varisi X14, 3000 manatı varisi X3, ağır xəsarətə görə X5 1500 manat, ağır xəsarətə görə X33 oğluna 1500 manat, ağır xəsarətə görə X2 1500 manat, az ağır xəsarətə görə X8 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehdən 26000 manat sığorta pulunun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunaraq, əlavə məhkəmə xərclərinin tutulması bildirilmişdir. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Pеnitеnsiаr Хidmətinin 9 saylı Cəzaçəkmə Müəsissəsinin 17 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh işlə bağlı dəfələrlə yazılı münasibət bildirilməsinə baxmayaraq, Cavabdeh imtinta etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan hüquq münasibəti xx.xx.2018-ci il tarixdə sığorta hadisə ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; 14.2.4. əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında müəyyən edildi ki. Cavabdeh xx.xx.2018-ci il tarixdə X28 oğluna məxsus, lakin müvafiq etibarnamə olmadan “Mercedes Benz E 320” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini orta sərxoş dərəcədə idarə etmiş və “Vaz 21063” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə zamanı vəfat etmiş şəxslər Salmanova Gülnar Nağı qızının, X29 oğlunun, X4, X30 oğlunun varislərinə, ağır xəsarətə görə X5, X33 oğluna, X2 və az ağır xəsarətə görə X8 sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində İddiaçı Sığort Şirkəti ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 26000 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26.000 (iyirmi altı min) manat sığorta ödənişi məbləği alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 168 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 26.000 (iyirmi altı min) manat sığorta ödənişi məbləği alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 168 (yüz altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-488/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-488/2024
07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver