Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-56/2023 11.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmentinə yönəldimləsi tələbinə dair mülki işin materiallarına baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə mrüaciət edərək 16966.22 ABŞ dolları əsas kredit borcunun, 15691,75 ABŞ dolları faiz borcunun, 2381.87 ABŞ dolları cərimə borcunun, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 637.20 ABŞ dolları faiz borcunun, 271.90 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tutulması və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətinə cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilməsi və onların yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO AtaBank ASC nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO AtaBank ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X3 arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli GY- 1788 saylı kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 17350 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2 məxsus, ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə X3 arasında xx.xx.2015-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşma bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Həm kredit alan, həm də ipoteka qoyan X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vərəsələrin müəyyən olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron məlumat sistemində axtarış aparılmış və müəyyən olunmuşdur ki, mərhum X1 adına indiyə qədər vərəsəlik işi açılmamışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Başqa sözlə qeyd etsək, ipoteka qoyanın ölümü ipoteka predmetinə tutma yönəldilməsinə mane olmur. Çünki burada öhdəliyin təminatı fiziki şəxs deyil, ona məxsus olan daşınmaz əmlakdır. Vərəsəlik işinin açılması ipoteka saxlayanın iradəsindən asılı deyil. Artıq beş aydan artıqdır ki, ipoteka predmeti olan mənzildə yaşayan mərhumun ailə üzvləri vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Hazırki iş üzrə cavabdehlər ipoteka predmeti olan mənzildən təyinatı üzrə istifadə edirlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə, kredit alanın (eyni zamanda ipoteka qoyan) vərəsəsi olmadığından halhazırda kredit müqaviləsi üzrə yaranmış bütün pul öhdəliklərinin icrasını Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tələb edir və ipoteka predmetinə tutma yönəldilməsini məhkəmədən xahiş edirlər. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə GYF-05-00031 saylı 31 yanvar 2017-ci il tarixli, GYF-05-00507 saylı 26 aprel 2016-cı il tarixli, GYF-05-00819 saylı 10 iyun 2016-cı il tarixli və **********326 saylı 10 sentyabr 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. İş üzrə cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, AtaBank ASC ilə X3 arasında 60 ay müddətinə illik 19% olmaqla 17.350 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, AtaBank ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X3 ilə ipoteka müqaviləsi bağlanmış, X3 mülkiyyətində olan ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə AtaBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Göyçay RİHB-nın İƏDÜ-nün nümayəndəliyinin arayışından görünür ki, X1 aşağıdakı ailə üzvləri vardır: qızı Cavabdeh3, oğlanları Cavabdeh1 və Cavabdeh4 və gəlinləri Cavabdeh5 və Cavabdeh2 Sadiq qızı. E-xidmət saytından əldə edilmiş məlumatdan görünür ki, mərhum X1 vəfatından sonra vərəsəlik işi açılmamışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X3 arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli GY-1788 saylı kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 17350 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə X3 arasında xx.xx.2015-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşma bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. X3 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. Lakin vərəsəlik işi açılmadığından iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mərhum X1 vərəsələri olan (uşaqları) cavabdehlər Cavabdeh1 oğliu, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə borcu ödəmədiklərindən LPO AtaBank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş mərhum cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsini, həmin evin açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin evin boşaldılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh2 Sadiq qızı və Cavabdeh5 mərhum X1 vərəsələri olmadığından iddiaçı kredit borcunun Cavabdeh2 Sadiq qızından və Cavabdeh5 tələb etməkdə haqlı deyildir. Eləcə də məhkəmə hesab edir ki, iddiaçının mərhum X1 ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nın, Cavabdeh4nın və Cavabdeh5 həmin evdən çıxarılması tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də təmin edilməməlidir. Lazur-A MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 85.000 manat, likvid dəyəri isə 75.000 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlərdən kedit müqaviləsi üzrə 2381.87 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 381.81 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqada ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvüləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 271.90 manat məbləğində dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 271.90 manat dövlət rüsumunun 261.75 manatı və bildirişlərin qeydə alınması üçün 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh3nndan və Cavabdeh4 16966.22 ABŞ dolları əsas kredit borcu, 15691,75 ABŞ dolları faiz borcu, 381.87 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 637.20 ABŞ dolları faiz borcu olmaqla cəmi 33677.04 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi, 261.90 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO AtaBank ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş mərhum X2 məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, evin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməli, ev açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, ev açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin ev boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3nndan və Cavabdeh4 16966.22 ABŞ dolları əsas kredit borcu, 15691,75 ABŞ dolları faiz borcu, 381.87 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 637.20 ABŞ dolları faiz borcu olmaqla cəmi 33677.04 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi, 261.90 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq AtaBank ASC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş tutma ipoteka ilə yüklü edilmiş mərhum X2 məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli evdə, 2 otaqlı, 32 kv.m yaşayış, 32 kv.m ümumi, 2 mərtəbəli evdə, 3 otaqlı, 58.4 kv.m yaşayış, 4 kv.m yardımçı, 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, ev açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilsin və ev açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia cavabdehlər X4 və Cavabdeh5 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-56/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-56/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver