Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-718/2025 05.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması tələbinə dair verilmiş iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2016-cı il tarixdə doğulmuş X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyim 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. E-Məhkəmə çıxarışından görünür ki, cavabdeh kimi qeyd edilmiş Cavabdeh (FİN – xxxxxxx) Laçın rayonun, Hocaz kəndində qeydiyyatdadır. E-Məhkəmə çıxarışından görünür ki, iddiaçı X2 02 sentyabr 2020-ci il tarixdə ölkə sərhədini tərk etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixdə Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd icra nümayəndəliyində 01 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 Cavabdeh yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində oğlu Fəxrinin onun yanında yaşamaqla Rusiya Federasiyası Tambov şəhəri 17 saylı orta ümumtəhsil məktəbin 2-ci sinfində təhsil aldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 Cavabdeh yanında qalması müəyyən edildiyindən, İddiaçı Göyçay rayonunda yaşamaması müəyyən edildiyindən (xx.xx.2020-ci il tarixdə ölkə sərhədlərini tərk etmiş) və Cavabdeh (FİN – xxxxxxx) Laçın rayonun, Hocaz kəndində qeydiyyatda olduğundan, iddia ərizəsinə Göyçay Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ödənilmiş dövlət rüsumu ilə birlikdə qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılsın (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz). İddiaçıya izah edilsin ki,ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-718/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-718/2025
05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver