Məhkəmə qərarları › İş №e-2(046)-751/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-751/2024

06.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-751/2024 06.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC məhkəmədə iddia qaldıraraq sığorta müqaviləsinə əsasən 2766.76 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 47.67 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsində göstərmişdir ki,“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlunun etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.İş materiallarına əlavə edilmiş ********** nömrəli sığorta şəhadətnaməsinin çıxarışından görünür ki, “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur.İş materiallarına əlavə edilmiş "xxxx" MMC rəsmi servisi tərəHindən təqdim olunmuş qüsur aktdan görünür ki, sığortalanmış “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7766.76 AZN (yeddi min yeddi yüz altmış altı manat yetmiş altı qəpik) ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 120982 nömrəli sığorta aktından və 9303 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq,sığortalanmış“Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 7766.76 AZN (yeddi min yeddi yüz altmış altı manat yetmiş altı qəpik) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* saylı İDnzibati tənbeh vermə haqqında qərarın və İDXP seriyalı ******* saylı protokolun surətinə əsasən, Cavabdeh oğlu yol-nəqliyyat hadisəsinin baş verməsinə görə İDXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də ona qarşısubroqasiya hüququ yaranmışdır.Buna görə də tələbin təmin edilməsini xahiş edilir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli sığorta şəhadətnaməsinin çıxarışından görünür ki, “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC rəsmi servisi tərəHindən təqdim olunmuş qüsur aktdan görünür ki, sığortalanmış “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7766.76 AZN (yeddi min yeddi yüz altmış altı manat yetmiş altı qəpik) ziyan dəymişdir İş materiallarına əlavə edilmiş 120982 nömrəli sığorta aktından və 9303 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq,sığortalanmış“Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 7766.76 AZN (yeddi min yeddi yüz altmış altı manat yetmiş altı qəpik) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* saylı İDnzibati tənbeh vermə haqqında qərarın və İDXP seriyalı ******* saylı protokolun surətinə əsasən, Cavabdeh oğlu yol-nəqliyyat hadisəsinin baş verməsinə görə İDXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də ona qarşısubroqasiya hüququmuz yaranmışdır. Məhkəməyə təqdim edilmiş ödəniş tapşırığından görünür ki, 2766.76 manat məbləğində sığorta ödənişi X1 hesabına ödənilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçını hazırkı tələbi əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 47.67 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2766.76 manat məbləğində sığorta ödənişi, 47.67 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar