Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-99/2023 19.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azsığorta ASC-nin cavabdehlər Cavabdeh pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azsığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6942 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Azsığorta ASC-yə məhkəmə baxışının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə iddiaçı Azsığorta ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin (bundan sonra iddiaçı) İdarə Heyətinin xx.xx.2016-ci il tarixili 35/16 saylı protokol-qərarına əsasən Yevlax-Aran filialının direktoru Cavabdeh (bundan sonra cavabdeh) 19000 (on doqquz min) manat ssuda məbləği qaytarılması şərti ilə ödənilmişdir. Cavabdeh ümumi borcdan 12058 (on iki min əlli səkkiz) manat məbləği qaytarmışdır. Lakin 6942 (altı min doqquz yüz qırx iki) manat məbləğində pul vəsaitini “AZSİĞORTA ASC-yə qaytarmamışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, uzun müddət Azsığorta ASC-nin Yevlax rayon filialının müdiri vəzifəsində çalışmış, işlədiyi dövrdə şirkətin missiyalarına sadiq olmuş, kifayət qədər təşəbbüskarlıq edərək filialın və ümumilikdə şirkətin inkişafı üçün bütün gücünü səfərəbər etmişdir. Bunun nəticəsidir ki, 2017-ci il üzrə “Planı ən çox üstələyən filial” nominasiyası üzrə mükafatlandırılmışdır. Lakin şirkət ondna asılı olmayan səbəblərdən yaranan bu borcu öz statusundan və qulluq mövqeyindən istifadə edərək borc müqaviləsi şəklində onun üzərinə rəsmiləşdirməyə müvəffəq olmuşdur. Buna baxmayaraq xx.xx.2016-cı il tarixli ilkin müqavilə üzrə bağlanılmış 19000 manat borc məbləğindən 12058 manatını çox çətinliklə də olsa ödəmiş, sonra isə hüquqi şəxs onunla olan əmək müqaviləsinə də xitam vermişdir. Dəfələrlə rəhbərliyə qalan borcun bağışlanılması barədə şifahi və yazılı müraciətlər etsə də bir nəticəsi olmamışdır. Buna görə də hazırki iddia tələbi üzrə tələb edilən borc məbləğini ödəməyə maddi gücüm yoxdur. İkinci bir tərəfdən qanunvericilik mülki hüquqların müdafiəsi ilə bağlı konkret iddia müddətləri müəyyən etmişdir. Göründüyü kimi iddiaçı pozulmuş hüququn müdafiəsi üçün iddia müddətini kifayət qədər ötürmüşdür. Qanunvericilik maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilməsini nəzərdə tutur. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə borcun qaytarılması üçün 13 aylıq müddət müəyyən edilmişdir və onun icra müddəti xx.xx.2018-ci ildə başa çatmışdır. İddiaçı isə borcun geri qaytarılmasını 2022-ci ildə məhkəmə müstəvisində mübahisələndirmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli Borcun etirafı haqqında müqaviləsinin surətindən görünür ki, Cavabdeh iddiaçı Azsığorta ASC-yə 6942 manat borcu olduğunu, həmin borcu 13 ay müddətinə hər ay 534 manat ödəyərək qaytaracağını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 882.1-ci maddəsinə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti xx.xx.2017-ci il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış müqavilə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı Azsığorta ASC-nin Cavabdeh qarşı 6942 manat borcun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Azsığorta ASC-nin Cavabdeh 6942 manat borcun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-99/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-99/2023
19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver