Məhkəmə qərarları › İş №e-2(047)-599/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-599/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-599/2025 02.06.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 adında övladı doğulmuşdur. Cavabdeh ilə rəsmi nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş hər ay 240 manat sabit pul məbləğində alimenti ona ödəyəcəyinə dair öhdəlik götürərək, barışıq sazişi imzalanmışdır. Həmin sazişin 6-cı bəndində tərəflər arasında ayrı müddət müəyyən edilmədiyi halda barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunacağı qeyd edilmişdir. Həmin sazişin 8-ci bəndində sazişin könüllü şəkildə icrasından imtina olunduğu halda tərəfin, sazişin məcburi şəkildə ica edilməsi üçün məhkəməyə müraciət etmə hüququnun olduğu qeyd edilmişdir. Lakin Cavabdeh xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00815 saylı barışıq sazişi üzrə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 240 manat sabit pul məbləğində aliment öhədliyini icra etməkdən boyun qaçırdır. Bu səbəbdən də xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00815 saylı barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Odur ki, xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00815 saylı barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə göndərərək Cavabdeh ilə arasında bağlanmış MŞS/MT030/2025-0018 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilib ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı ilə Cavabdeh arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat məbləğində alimenti İddiaçı xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Bundan əlavə “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin 2-ci bəndi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin həmin hissəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin Cavabdeh barışıq sazişinin qeyd edilən hissəsinin icrasını tam surətdə həyata keçirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında xx.xx.2025-ci il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2-cı bəndi, yəni Cavabdeh xx.xx.2022ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə, həmçinin hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2-cı bəndi, yəni Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinin 2-ci bəndinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar