Məhkəmə qərarları › İş №e-2(047)-688/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-688/2024

09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-688/2024 09.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Laçın rayon Məhkəməsinə müraciət etmişdir. Laçın rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(047)-281/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 1357.20 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh Azərbaycan Republikası X2 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarışlar da təsdiq edir. Həmin cərimələr üzrə, yəni EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 96 manat, EQ ******* saylı protokola görə 96 manat, EQ 11029281 saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 32 manat, 8. EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 80 manat, İXP ******* saylı protokola görə 64 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 mana, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 2000 manat məbləğində ödəniş edilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “X1” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Odur ki, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 2000 manat məbləğində pulun və ödənilmiş 40,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Rüfət İsmayılov məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq müqaviləsindən və həmin tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban, 147H0558196 mühərrik nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KHAZAR SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(047)-267/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban, 147H0558196 mühərrik nömrəli, ağ rəngli avtomobilin Cavabdeh alınıb mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması və Cavabdeh 1060,98 manat gecikdirilmiş əsas borc, 926,58 manat gecikdirilmiş mükafat, 50 manat cərimə, cəmi 2037,56 (iki min otuz yeddi manat əlli altı qəpik) manat məbləğində borc pulun və 42.48 (qırx iki manat qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rusumunun tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməsi və iddia tələbinin digər hissədə isə rədd olunması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(047)-281/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban nömrəli, ağ rəngli avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 1357.20 (bir min üç yüz əlli yeddi manat iyirmi qəpik) manat pulun və 33.58 (otuz üç manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rusumunun tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 48 ədəd ödəniş qəbzindən görünür ki, Cavabdeh Azərbaycan Republikası X2 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə 2000 manat məbləğində inzibati qaydada cərimələnmiş və qeyd edilən cərimə məbləğləri İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə 2000 manat məbləğində dəymiş ziyanı ödəməli olduğu barədə xəbərdarlıq edilmişdir. Bundan əlavə, Azərbaycan Republikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməli və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bundan başqa, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Həmçinin “X1” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin tələblərinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, «Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı “KHAZAR SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil 16700 manat məbləğinə «Azərmaş” MMC-nin mülkiyyətinə alınmış, həmin avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş və “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu «Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də iddiaçı «Azərmaş” MMC lizinq müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən müqavilədə müəyyən edilmiş qrafik üzrə yerinə yetirilmədiyindən məcbur olub müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Laçın Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(047)-267/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban, 147H0558196 mühərrik nömrəli, ağ rəngli avtomobilin Cavabdeh alınıb mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması və Cavabdeh 1060,98 manat gecikdirilmiş əsas borc, 926,58 manat gecikdirilmiş mükafat, 50 manat cərimə, cəmi 2037,56 (iki min otuz yeddi manat əlli altı qəpik) manat məbləğində borc pulun və 42.48 (qırx iki manat qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rusumunun tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməsi və iddia tələbinin digər hissədə isə rədd olunması qət edilmişdir. Daha sonra Cavabdeh həmin avtomobilə 1357,20 manat məbləğində dəymiş ziyanı ödəməli olduğu barədə xəbərdarlıq edilsə də qeyd edilən vurulmuş ziyan məbləği də cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı təşkilat yenə də məhkəməyə müraciət etmiş və Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(047)-281/2023 saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban nömrəli, ağ rəngli avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 1357.20 (bir min üç yüz əlli yeddi manat iyirmi qəpik) manat pulun və 33.58 (otuz üç manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rusumunun tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh sahiblik və istifadəsində olarkən Azərbaycan Republikası Baş X2 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 48 ədəd inzibati xəta haqqında protokola əsasən Cavabdeh ümumilikdə 2000 manat məbləğində cərimə edilmiş, lakin qeyd edilən cərimə məbləğləri cavabdeh tərəfindən ödənilmədiyindən “X1” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin saxlanılmasının qarşısının alınması məqsədilə ümumilikdə 2000 manat məbləğində cərimə məbləği İddiaçı MMC tərəfindən ödənilmişdir. Sonradan İddiaçı MMC tərəfindən ödənilmiş ümumilikdə 2000 manat cərimə məbləği tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinin tələblərinə (cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır) əsasən cavabdehdən tələb olunsa da qeyd edilən məbləğ bu günədək Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də İddiaçı MMC məcbur olub belə bir tələblə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin olunmasını, yəni Cavabdeh 2000 manat məbləğində pulun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40,40 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, yəni Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 2000 manat pul və 40.40 manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməlidır. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 2000 (iki min) manat pul və 40,40 (qırx manat qırx qəpik) manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar