Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-772/2023 23.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşağı xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üç yaşı tamam olanadək 100 manat məbləğində maddi yardım tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 10 sayli nikahların rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Artıq xeyli müddətdir ki, cavabdehlə aralarında olan ər-arvad münasibəsi pozulmuşdur. Cavabdeh uşağı saxalanmasına heç bir maddi ve mənəvi cəhətdən köməklik göstərmir.Cavabdeh fərdi işlə məşqul olmaqla kifayət qədər qazanc əldə edir.Bütün bunlara baxmayaraq cavabdeh uşağına maddi cəhətdən heç bir yardım göstərmir. Bu səbəbdən də məhkəməyə aliment tələbi ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X5 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş. Etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022 il tarixdə X3 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; Nikah hgaqqında şəhadətnamənin sürətindən görünür ki tərəflər arasında bağlanmış 14 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Qeydiyyat Şöbəsində bağlanmış 10 saylı nikah akt qeydi vardır. İş materiallarına əlavə edilmiş; Lənkaran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞL-01471 saylı arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat pul ödəmişdir. Belə ki, Azərbaycan Respublikası AM-nin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay uşağa görə alimentin alınaraq iddiaçıya ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 220 manat aliment və 100 manat maddi yardım tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 170,0 manat sabit pul məbləğində alimentin və uşağn üç yaşı tamam olanadək saxlanması üçün 50 manat məbləğində maddi yardım tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay 170,0 manat miqdarında aliment və 50 manat maddi yardı müəyyən edilməli, qətnamə aliment hissədə dərhal icra olunmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat, mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə tərəflərin birgə nikahından olan xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170,0 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 adlı uşağın 3 (üç) yaşı tamam olanadək saxlanması üçün 50 manat maddi yardım olmaqla cəmi 220 manat pul tutularaq İddiaçı X4 ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş rüsumlara görə Cavabdeh 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170,0 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 adlı uşağın 3 (üç) yaşı tamam olanadək saxlanması üçün 50 manat maddi yardım olmaqla cəmi 220 manat pul tutularaq İddiaçı X4 ödənilsin. İddiaçı X5 tərəfindən ödənilmiş mediasiya xərci olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X4 ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 23 noyabr 2023-cü il № 2 (048)-772/2023 X4 (Lerik rayonu, Soru kəndi) Surəti Cavabdeh (Neftçala rayonu Kürkənd kəndi ev Y-1) Lerik Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(048)-772/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 02 vərəqədə qətnamə hər bir ünvana. Hakim : Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-772/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-772/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver