Məhkəmə qərarları › İş №e-2(049)-1193/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1193/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1193/2025 18.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, üç uşağa görə cəmi 300 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adətilə ailə qurmuş və nikahlarını sonradan rəsmiləşdirmişlər. Lakin, sonra cavabdehlə arasında bağlanmış nikahları məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı üç uşaqları var. Uşaqlardan xx.xx.2015-ci il təvəllüdlü Elmar nikahdan əvvəl doğulduğu üçün onun atalığının müəyyən edilməsi üçün qeydiyyat şöbəsinə müraciət edilmiş və bu barədə şəhadətnamə var. Cavabdehlə arasında bağlanmış nikahları pozulduqdan sonra uşaqların üçü də onun himayəsində qalmışlar və hazırda da onunla yaşayırlar. Üç uşağı təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi və cavabdeh də onlara könüllü yardım etmədyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh əmək qabiliyyətli olmaqla işləyir və onun aylıq gəliri var. Cavabdehlə mediasiya təşkilatında aliment məsələsilə bağlı aralarındakı mübahisə həll olunmamış və bu barədə xitam protokolu təqdim olunmuşdur. Odur ki, məhkəməyə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini, himayəsində azyaşlı uşaqlar olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Atalığın müəyyən edilməsi haqqında AZ-İ № 326050 nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Doğum haqqında AZ-İİİ № 878088 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Astara rayonun, Kokalas kəndində doğulmuşdur. X1, anası İddiaçıdır. Doğum haqqında AZ-İİİ № 983145 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Astara rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında AZ-İV № 235533 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. «Nikahın pozulması haqqında» AZ-İ № 440433 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması qeydə alınmış, nikah pozulduqdan sonra kişiyə Səfərov, qadına Abbaszadə soyadları verilmişdir. X3 1 saylı Mediasiya Təşkilatından verilmiş xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025- 00231 №-li arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı aliment mübahisəsi öz həllini tapmamış və mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsas götürülərək xx.xx.2020-ci ildə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçının himayəsinə verilmişlər. Alimentlə bağlı tərəflər arasında hazırda mübahisə yarandığından və uşaqlar hər üçü iddiaçının himayəsində yaşadıqlarından iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavadehdən aliment tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar