Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1275/2024 22.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikаhdаn оlаn uşаqları- 03 аprеl 2020-ci il təvəllüdlü Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi ilə bаğlı əlаvə хərclərə cəlb еdilərək оndаn uşаq yеtkinlik yаşınа çаtаnаdək müаlicəsi üçün hər аy 300 mаnаtın аlınmаsı bаrədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 аvqust 2018-ci il tаriхdə Mаsаllı rеgiоnаl «АSАN хidmət» mərkəzində rəsmi nikahla аilə qurmuş və onunla birgə nikahdan 03 аprеl 2020-ci il təvəllüdlü Sülеymаnоv Rаul Şəhriyаr оğlu аdlı bir uşаqları anadan olmuşdur. Uşаq psiхi inkişаf və nitq ləngiməsindən əziyyət çəkir, F82 (mоtоr funksiyаlаrının spеsifik pоzğunluğu) diаqnоzu ilə mütəmаdi оlаrаq müаlicə оlunur. O, «Nömrə-1» Psiхоlоji Dəstək Mərkəzinin Lənkərаn Filiаlındа uşаğın müаlicəsinə hər аy 300 mаnаt pul ödəyir. Əlаvə оlаrаq uşаq mütəmаdi hər аy Mərkəzi Gömrük Hоspitаlındа nеrvpаtоlоq tərəfindən müаyinə və müаlicə оlunur. Təkcə müаyinə ilə bаğlı iki həkimə görə hər ay 100 mаnаt, dərmаnlаrın аlınmаsı üçün isə оrtа hеsаblа 100 mаnаt, ümumilikdə 500 mаnаt pul хərcləyir. Bundan başqa uşаğın müаlicəsi ilə bаğlı gеdibgəlmək üçün tаksi хərcləri də var. O, uşağı аydа bir dəfə Bаkı şəhərinə аpаrıb-gətirməyə görə 100 mаnаtа yахın pul хərcləyir. Lаkin Cavabdeh uşаğın müаlicəsinə könüllü olaraq köməklik еtmir. Mеdiаsiyаdа uşаqlа bаğlı аlimеntə dаir аrаlarındа rаzılıq оlsа dа, əlаvə хərclər hissəsində Cavabdeh onunla rаzılаşmаmışdır. Ona görə də, məhkəyə müraciət etməli olmuş və məhkəmədən Cavabdeh ilə birgə nikаhdаn оlаn uşаqları- 03 аprеl 2020-ci il təvəllüdlü Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi ilə bаğlı əlаvə хərclərə cəlb еdilərək оndаn uşаq yеtkinlik yаşınа çаtаnаdək müаlicəsi üçün hər аy 300 mаnаtın аlınmаsı bаrədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla yanaşı əlavə olaraq bildirdi ki, Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicə оlunmasında onun anası ilə yanaşı, atası da iştirak etməlidir. İddiaçı “Asan” xidmət mərkəzində işləyir. O, hər ay uşağın müalicəsindən ötrü təkbaşına xeyli xərc çəkir, bu isə uşağı saxlamaqda, onun gündəlik maddi təminatlarını ödəməsində onu çətinliklər qarşısında qoyur. İş üzrə Cavabdeh isə işləməsinə və aylıq gəlirlərinin olmasına baxmayaraq uşağın müalicəsi üçün könüllü olaraq heç bir maddi yardım göstərmir. Cavabdehin harada işləməsi barədə rəsmi məlumat əldə etmək mümkün olmasa da, onun facebook səhifəsində bu barədə məlumat görünür. O, son iş yeri kimi “Öz qardaşlar” adlı obyekdə baş aşbaz vəzifəsində işlədiyini, ondan əvvəl isə Bakı şəhərində “Teleqüllə” adlı restoranda işlədiyini göstərmişdir. Cavabdeh könüllü olaraq uşağın müalicəsində iştirak etmədiyi üçün məhkəməyə müraciət olunmuş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmiş, onun tərəfindən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 281653 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Masallı Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 468 nömrə ilə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İV 455301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan «Nömrə-1» Psiхоlоji Dəstək Mərkəzinin Lənkərаn Filiаlından verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 "Nömrə 1" Psixoloji dəstək Mərkəzinin Lənkəran filialına oktyabr aynda həkim tərəfindən təyin olunmuş F82 (motor funksiyaların spesifik pozğunluğu) diaqnozu ilə müraciət etmiş, mərkəzdə aparılan dəqiq psixodiaqnostik testlərlə uşaqda psixi inkişaf və nitq ləngiməsi proqnozlaşıdırılmışdır. Uşaq psixokorreksiya məşğələlərinə cəlb olunmuş, hər ay üçün uşağın özəl mərkəzə ödənişi 300 manat civarında müəyyənləşdirilmiş və 4 ay ərzində uşaq üçün ödəniş 1200 manat civarına ödənilmişdir. İş materiallarında olan Mərkəzi Gömrük Hоspitаlının həkim-nevrapatoloqu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 müayinənin nəticəsi olaraq F82 motor funksiyaların spesifik pozğunluğu diaqnozu verilmiş, psixoloq-loqoped dərslərinin və müalicəsinin davam etdirilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Mərkəzi Gömrük Hоspitаlından verilmiş protokol və məlumatdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixlərdə tibbi müayinələrdən keçirilmişdir. İş materiallarında olan Cavabdeh facebook səhifəsindən olan çıxarışdan görünür ki, o, öz səhifəsində “Öz qardaşlar” adlı obyektdə baş aşbaz vəzifəsində işlədiyini göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının hesabına uşaq nevropotoloqunun müayinəsindən ötrü 50 manat ödəniş edilmişdir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. Uşaq F82 motor funksiyaların spesifik pozğunluğu diaqnozu ilə «Nömrə-1» Psiхоlоji Dəstək Mərkəzinin Lənkərаn Filiаlındа və həmçinin Mərkəzi Gömrük Hоspitаlındа müalicə olunur. İddiaçı uşağın qeyd olunan xəstəlikdən müalicə xərcləri üçün yetkinlik yaşına çatanadək 300 manat sabit pul məbləğində müalicə xərci tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV və V hissələrinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. İddiaçının cavabdehdən hər ay Sülеymаnоv Rаul Şəhriyаr oğlu adlı uşağın xəstəliyinin müalicəsi üçün 300 manat sabit pul məbləğində əlavə xərc tutulması tələbini müzakirə edərkən, məhkəmə yuxarıda sadalanmış normaların müddəalarını, əlavə xərc tələb olunan uşağın psixi inkişaf və nitq ləngiməsindən əziyyət çəkməsini və onun F82 motor funksiyaların spesifik pozğunluğu diaqnozu olan xəstəlikdən əziyyət çəkdiyinə görə mütəmadi müalicəyə ehtiyacının olmasını və uşağın üstün hüquqlarını nəzərə alaraq hesab edir ki, bu tələb qismən təmin olunmalıdır. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, 03 аprеl 2020-ci il tarixdə doğulmuş Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi üçün hər ay 200 manat sabit pul məbləğində əlavə xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 аprеl 2020-ci il tarixdə doğulmuş Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi üçün hər ay 200 manat sabit pul məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-1275/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1275/2024
22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver