Məhkəmə qərarları › İş №e-2(049)-1480/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1480/2025

27.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1480/2025 27.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq, aliment və uşaqların xəstəliyinə görə əlavə xərcin tutulması” tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı “nikahın pozulması, uşaq, aliment və uşaqların xəstəliyinə görə əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində bağlanmış 27 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan xx.xx.2011-ci il tarixdə anadan olan X2 və xx.xx.2016-cı il tarixdə anadan olan X1 onun himayəsində saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirinin üçdə bir hissəsi miqdarında, eyni zamanda hər bir uşağa görə 246 manat olmaqla, cəmi 492 manat məbləğində sabit alimentin tutulub ona verilməsi, X2 və X1 ağır xəstəliyi ilə əlaqədar faktiki çəkilmiş xərclərin və gələcəkdə çəkiləcək zəruri xərclərin ödənilməsində Cavabdeh cəlb edilməsi və hər ay 500 manat sabit pul məbləğində əlavə xərcin tutulması, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3677 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat məbləğin və ödənilmiş 100 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. İş üzrə Cavabdeh ilə 2009-cu il tarixdə el adəti ilə ailə qurub evlənmişlər və bu nikahı xx.xx.2009-cu il tarixdə qeydə aldırmaqla rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə Nuray və xx.xx.2016-ci il tarixdə isə Raul adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət mehriban şəraitdə yaşasalar da lakin sonradan aralarında söz-söhbətlər yaranmışdır. Onlar ailə qurarkən bir-birilərini tanımamış və xasiyyətinə bələd olmamışlar. Cavabdeh ilə aralarında mövcud olan nikah aktı formal xarakter daşıyır, onun heç bir hüquqi əhəmiyyəti yoxdur. Uşaqlar hal-hazırda onun himayəsində yaşayır. Onun boşanmaq barədə fikri qətidir və uşaqların saxlanılması üçün cavabdehdən alimentin alınaraq ona verilməsini xahiş edir və bu ərizə ilə məhkəməyə müraciət edir. Nikah pozulduqdan sonra uşaqların himayəsində saxlanılmasını və uşaqların saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirinin üçdə bir hissəsi miqdarında, eyni zamanda hər bir a görə 246 manat olmaqla cəmi 492 manat məbləğində sabit alimentin tutulmasını xahiş edir. Hər iki uşaq epilepsiya xəstəsidir və onların müalicəsi ilə əlaqədar olaraq mütəmadi olaraq müayinələrə aparır və bunun üçün də kifayət qədər məsrəf tələb olunur. Müvafiq olaraq tibbi müayinələrə və psixinevroloji məşğələlərə cəlb olunmaqla ödənişləri təsdiq edən sübutları və bundan əlavə müayinə sənədləri digər tibbi sənədləri iddia ərizəsinə əlavə edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində bağlanmış 27 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan xx.xx.2011-ci il tarixdə anadan olan X2 və xx.xx.2016-cı il tarixdə anadan olan X1 onun himayəsində saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər bir uşağa görə 246 manat olmaqla, cəmi 492 manat məbləğində sabit alimentin tutulub ona verilməsi, X2 və X1 ağır xəstəliyi ilə əlaqədar faktiki çəkilmiş xərclərin və gələcəkdə çəkiləcək zəruri xərclərin ödənilməsində Cavabdeh cəlb edilməsi və hər ay 500 manat sabit pul məbləğində əlavə xərcin tutulması, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3677 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat məbləğin və ödənilmiş 100 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və Cavabdeh gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasına iştirak etmiş Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul etdiyini, nikahın pozulmasına razı olduğunu, uşaqların iddiaçının yanında qalmasına etiraz etmədiyini bildirdi. Cavabdeh əlavə olaraq göstərmişdir ki, "xxxx" QSC-də traktorçu işləməklə aylıq əmək haqqı 495 manat təşkil edir. Mövsümi iş olduğu üçün ilin 8 ayını tam əmək haqqı, ilin 4 ayını isə yarı əmək haqqı alır. İki uşağa cəmi hər ay 250 manat aliment, uşaqların xəstəliyi ilə əlaqədar isə hər ay 100 manat olmaqla, ümumilikdə hər ay 350 manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələr, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-cü il tarixli mədaxil qəbzləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahda olduqları müddətdə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlıuşaqları doğulmuşdur. Cavabdeh mediasiya prosesində iştirak etməmiş, hazırki tələblər üzrə iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək hər hansı barışıq sazişi bağlamamışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak üçün 60 manat, hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün əlavə olaraq 40 manat dövlət rüsumu ödəmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" QSC-də traktorçu işləməklə aylıq əmək haqqı 550 manat təşkil edir. İddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını və boşanmadan sonra da uşaqların onun yanında qalmasını tələb edir. Eyni zamanda iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər bir uşağa görə 246 manat olmaqla, cəmi 492 manat məbləğində sabit alimentin ona verilməsini, uşaqların ağır xəstəliyi ilə əlaqədar faktiki çəkilmiş xərclərin və gələcəkdə çəkiləcək zəruri xərclərin ödənilməsində cavabdehin cəlb edilməsi və hər ay 500 manat sabit pul məbləğində əlavə xərcin tutulması, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi üçün hesaba köçürdüyü 320 manat məbləğin və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasını xahiş edir. Cavabdeh isə iddianı qismən qəbul edir, nikahın pozulmasına razı olduğunu, uşaqların iddiaçının yanında qalmasına etiraz etmədiyini bildirir. Eyni zamanda, İki uşağa cəmi hər ay 250 manat aliment, uşaqların xəstəliyi ilə əlaqədar isə hər ay 100 manat olmaqla, ümumilikdə hər ay 350 manat ödəniş etmək iqtidarında olduğunu bildirir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında nikah pozulmalı, yetkinlik yaşına çatmayan uşaqların boşanmadan sonra iddiaçının yanında qalmaları müəyyən edilməli, iddiaçının xeyrinə cavabdehdən aliment, həmçinin, uşaqların xəstəliyi ilə əlaqədar çəkilən zəruri xərclərin ödənilməsinə görə əlavə vəsait tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür və onlar arasında bağlanmış nikah formal xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin bundan sonra barışıb ailəni bərpa edəcəkləri ehtimalı, həmçinin, tərəflərin ailəni bərpa etmək istəkləri olmadığına görə, habelə, hazırda iddiaçı nikahın pozulmasında təkid etdiyindən və cavabdeh də boşanmağa razı olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ölkə üzrə 2025-ci il üçün isə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, aliment tələbi ilə bağlı iddiaçı məhkəməyə xx.xx.2025ci il tarixdə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Nuray və Raul adlı uşaqların saxlanması üçün alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, alimentin məbləği isə 2025-cü il ölkə üzrə müəyyən edilən minimum əmək haqqında münasibətdə aparılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, onun cavabdehlə birgə nikahından doğulmuş uşaqlar “epilepsiya” diaqnozu ilə xəstə olmaqla, ayrı-ayrı vaxtlarda həkim müayinəsindən keçmiş və müalicələr almışlar. Məhkəmə uşaqların müayinə və müalicələri üçün əlavə xərclərlə bağlı cavabdehdən tutulmalı olan vəsaitin miqdarını müəyyən edərkən uşaqların səhhətinin vəziyyəti ilə bağlı məhkəməyə təqdim edilmiş sənədləri, onlara təyin edilən diaqnozu, habelə, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin özünün də uşağın saxlanması üçün iddiaçıya alimentdən başqa əlavə vəsait ödəməyə etiraz etmədiyini, eləcə də, işin digər diqqətəlayiq hallarını nəzərə alaraq həmin məbləğin hər ay 100 manat həddində təmin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İddiaçı uşağın müayinə və müalicələri ilə əlaqədar iddiaçıdan əlavə vəsaitin tutulmasını faktiki çəkilmiş xərclərə və gələcəkdə çəkiləcək zəruri xərclərə görə tələb etsə də, indiyədək faktiki çəkilmiş xərclərin hansı valideyn tərəfindən ödənildiyi ilə bağlı mötəbər sübutlar işə əlavə edilməmiş, cavabdeh isə uşağın müayinə və müalicələrinə köməklik etdiyini iddia etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıdan uşağın müayinə və müalicələri ilə əlaqədar indiyədək çəkilən xərclərə görə deyil, bundan sonra çəkiləcək zəruri xərclərə görə vəsait tutulması qanunamüvafiqdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların müayinə və müalicələri üçün əlavə xərclərlə bağlı cavabdehdən hər ay 100 manat vəsait tutulması hazırki qətnamənin elan edildiyi gündən – xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzində cavabdeh tərəfindən Lənkəran Rayon Vəkil Bürosunun hesabına 320 manat ödəniş edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmin məbləğin cavabdehdən 100 manat həddində tutulmasının ədalətli və ağlabatan olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Qeyd olunan əsaslara görə tərəflərə, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q ə t e t d i: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində bağlanmış 27 nömrəli nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 müayinə və müalicələri üçün əlavə xərclərlə bağlı Cavabdeh hər ay cəmi 100 manat əlavə vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Uşaqların müayinə və müalicələri üçün əlavə xərclərlə bağlı əlavə vəsaitin tutulması hazırki qətnamənin elan edildiyi gündən – xx.xx.2025-ci il tarixdən hesablansın. Ödənilmiş dövlət rüsumu olan 40 manat iddiaçıya aid edilsin. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Vəkilin göstərdiyi hüquqi yardıma görə Cavabdeh 100 manat vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamənin uşağın saxlanması üçün alimentin tutulmasına dair hissələri dərhal icraya yönəldilsin. Tərəflərə, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar