Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-192/2024 27.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, iddiaçının nümayəndəsi və vəkili “BHM və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, cavabdeh: X1, cavabdehin nümayəndəsi və vəkili: Bakı şəhər 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus və halhazırda cavabdehin qanunsuz, sahibliyində olan pandora qızıl qolbaq - 350 AZN, nışanda verilmiş brilliant üzük - 650 AZN, həridə verilmiş brilliant tək qaş üzük - 700 AZN, qızıl üzük - 250 AZN, brilliant komplekt (sep, sırğa,üzük, qolbaq) - 3200 AZN, X7 2 smart saat - 200 AZN, Apple iPhone 11 mobil telefonu - 800 AZN, gümüş sep - 45 AZN, makyaj xonçası - 70 AZN, geyim göy rəngli don - 120 AZN, geyim ağ rəngli don - 70 AZN, geyim çəhrayı rəngli don - 65 AZN, geyim güllü don - 25 AZN, geyim göy rəngli cins şalvar (2 ədəd) – 30 AZN + 40 AZN - 70 AZN, geyim ağ rəngli cins şalvar - 35 AZN, geyim boz dəst - 25 AZN, geyim çəhrayı dəst - 35 AZN, geyim ağ dəst - 40 AZN, geyim ağ rəngli sport şalvar - 10 AZN, geyim ağ rəngli krop - 20 AZN, geyim ağ rəngli kofta qolsuz - 20 AZN, geyim ağ rəngli kofta - 35 AZN, geyim qəhvəyi rəngli kostyum – 80 AZN, geyim çəhrayı rəngli kofta - 30 AZN, ayaqqabı qara rəngli dikdaban ayaqqabı - 30 AZN, ağ rəngli 2 ədəd idman avaqqabısı - 35 azın 25 AZN-60 AZN, ağ rəngli 3 ədəd ev avaqqabısı - 20 AZN+15 AZN+25 AZN-60 AZN, ağ rəngli çanta - 28 AZN, qara rəngli çanta-25 AZN, qızıl-zinət və şəxsi əşyalarımın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, geri qaytarılması mümkün olmazsa, onların cəmi dəyəri olaraq 7148 (yeddi min yüz qırx səkkiz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, həmçinin ödənilmiş mediasiya xərci olan 50 (əlli) manat və dövlət rüsumu olan 42 (qırx iki) manat, ümumilikdə 92 (doxsan iki) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki,İddiaçı ilə Cavabdeh qızı faktiki nikaha daxil olmaqla evlənmişlər.Toydan sonra bir neçə gün faktiki cavabdehin valideynləri ilə birgə Xəzər rayonunda yerləşən evdə yaşamış, sonradan idiaçını evdən qovmuşlar. Böyük çətinliklə cehizlərini xx.xx.2023 tarixində anasının iştirakı ilə qaytarsalar da, iddiaçıya hədiyyə edilmiş edilmiş qızıl-zinət əşyalarını və digər əşyalarını və digər əşyaları verməkdən boyun qaçırmışlar. "O qızılları sənə verməyəcəyik.", "Bacarırsan al" tipli ifadələr işlətmişlər. Bununla bağlı qızıl-zinət və digər şəxsi əşyalarımın qaytarılmasını tələb edir. Cavabdeh mediasiya prosesində də iştirak etməmişdir. Evləndikdən sonra cavabdehin özü və qaynanası tərəfindən iddiaçı nişan və toy hədiyyəsi olaraq aşağıdakılar hədiyyə edilmişdir: pandora qizil qolbaq - 350 AZN, nışanda verilmiş brilliant üzük - 650 AZN, həridə verilmiş brilliant tək qa.ş üzük - 700 AZN, qızıl üzük - 250 AZN, brilliant komplekt (sep, sırğa,üzük, qolbaq) - 3200 AZN, X7 2 smart saat - 200 AZN, Apple iPhone 11 mobil telefonu - 800 AZN,gümüş sep - 45 AZN, makyaj xonçası - 70 AZN, geyim göy rəngli don - 120 AZN. geyim ağ rəngli don - 70 AZN,geyim çəhrayı rəngli don - 65 AZN,geyim güllü don - 25 AZN,yeyim göy rəngli cins şalvar (2 ədəd) - 30az.n + 40 AZN - 70 AZN, geyim ağ rəngli cins şalvar - 35 AZN, geyim boz dəst - 25 AZN,gecim çəhrayı dəst - 35 AZN, geyim ağ dəst - 40 AZN, geyim ağ rəngli sport şalvar - 10 AZN, geyim ağ rəngli krop - 20 AZN, geyim ağ rəngli kofta qolsuz - 20 AZN, geyim ağ rəngli kofta - 35 AZN, geyim qəhvəyi rəngli kostyum – 80 AZN, geyim çəhrayı rəngli kofta - 30 AZN, ayaqqabı qara rəngli dikdaban ayaqqabı - 30 AZN, ağ rəngli 2 ədəd idman avaqqabısı - 35 azın 25 AZN-60 AZN, ağ rəngli 3 ədəd ev avaqqabısı - 20 AZN+15 AZN+25 AZN-60 AZN, ağ rəngli çanta - 28 AZN, qara rəngli çanta-25 AZN. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasındaaldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək, onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinə görə, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 157.1, 157.2 və 157.5-ci mаddələrinə əsаsən mülkiyyətçinin mülkiyyət hüququnun tаnınmаsını tələb etmək ixtiyаrı vаrdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən “Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydadaəldə etdiyi məlumatlar sübutlar hesab olunur” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübütlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallaraaid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.” Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1-1. maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmişxərclərdən artıq olduqda, tərəf çəkdiyixərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı nikahlarını rəsmiləşdirmədən toy mərasimi etməklə evlənmişlər və cavabdeh iddiaçıya məxsus evə köçmüşdür. Toy mərasimindən bir neçə gün sonra iddiaçının valideynləri cavabdehin evində olan təşkil olunmuş məclisdə qızlarını görməyə gəlmiş, həmin vaxt cavabdehlə iddiaçının anası arasında narazılıq yaranmışdır. Belə ki, iddiaçının anası iddiaçının kurslara və nənəsinin ad gününə aparılmasını cavadehə tapşırmış, cavavdehə isə qızın artıq onun arvadı olduğunu və onların işinə qarışmamasını bildirmişdir. Həmin mübahisə həmin gün cavabdeh iddiaçının anasını yol salarkən evinin həyətində baş vermişdir. Mübahisəsədn sonra o, cavabdeh evə gəlmiş və bu barədə iddiaçıya bildirmişdir. Bir neçə dəqiqə sonra isə iddiaçının anası iddiaçını götürərək öz evinə aparmışdır. Daha sonra cavabdehin ağsaqqalları tərəfindən barışığa cəhd edilsə də, baş tutmamışdır. Daha sonra iddiaçı ilə vatsap vasitəsi ilə yazışmışdır. Vatsapda ona məxsus qızılları qaytaracğını bildirmişdir. İddiaçı evdən gedən zaman özü ilə bir neçə qızıl aparmış və o, özündə qalan qızılları iddiaçıya qaytaracağını bildirmişdir. İddia ərizəsində qeyd olunanlardan Pandora qızıl qolbaq, dəyərində qızıl üzük, briliant komplektin qolbaq və üzüyü, gümüş sep, bir ədəd Apple İphone 11 markalı mobil telefon, bir ədəd X8 2 smart markakı qol saatı, makyaj ləvəzimatları, ağ rəngli don, çəhrayı rəngli don, iki ədəd göy rəngli cins şalvar, boz geyim dəsti, çəhrayı rəngli geyim dəsti, ağ rəngli krop geyimi, ağ rəngli kofta, qəhvəyi rəngli kofta, bir ədəd (cüt) ağ rəngli idman ayaqqabısı, üç ədəd ağ rəngli ev çəkələyi, rəngli çanta ondadır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 göstərdi ki, iddiaçınən iddia ərizəsində qeyd olunan əşyaları tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, tərəflər arasında nikah münasibətləri olmamışdır və hazırda iddiaçının nikah dövründə əldə edilmiş əmlakı tələb etmək kimi hüququ yaranmamışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mütəxəssis kimi dəvət edilmiş X2 göstərdi ki, hazırda ünvan 1 ünvanında sahibkar kimi vergi uçotuna alınmaqla qızıl zinət əşyalarının satışı ilə məşğuldur və uzun illərdir fəaliyyət göstərir. Məhkəmə iclasında ona təqdim edilmiş videodiskdə görünən qızıl zinət əşyalarının alınma tarixi nəzərə alınaraq bildirir ki, pandora qızıl qolbaq – 350 AZN, brilliant üzük -600- 650 AZN, brilliant tək qaş üzük - 600 AZN, qızıl üzük - 180 AZN, brilliant komplekt 2040-3200 AZN , gümüş sep 45 AZN kimi qiymətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunmamışdan əvvəl 55 manat mediasiya xərci, 42 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş cavabdeh tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, cavavbdeh iddia ərizəsində qeyd olunan Pandora qızıl qolbaq, dəyərində qızıl üzük, briliant komplektin qolbaq və üzüyü, gümüş sep, bir ədəd Apple İphone 11 markalı mobil telefon, bir ədəd X8 2 smart markakı qol saatı, makyaj ləvəzimatları, ağ rəngli don, çəhrayı rəngli don, iki ədəd göy rəngli cins şalvar, boz geyim dəsti, çəhrayı rəngli geyim dəsti, ağ rəngli krop geyimi, ağ rəngli kofta, qəhvəyi rəngli kofta, bir ədəd (cüt) ağ rəngli idman ayaqqabısı, üç ədəd ağ rəngli ev çəkələyi, rəngli çantanın hazırda cavabdehdə olduğunu, digərlərinin, yəni nişanda verilmiş briliant üzük, həridə verilmiş briliant tək qaş üzük, briliant komplektdən sırğaları iddiaçının apardığını, geyim göy rəngli don, qəhvəyi rəngli kostyum, qara rəngdə dikdaban ayaqqabı və qara rəngli çantanı isə iddiaçının cavabdehin evinə gətirmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş video diskdən görünür ki, iddiaçı ilə cavabdeh arasında vatsap ani mesajlama proqramından yazışmalar olmuş, yazışmalar zamanı cavabdeh iddiaçının qızıllarını əvvəlcə satdığını, daha sonra başqa adam verdiyini, sonda isə qızıllarının onda olduğunu və vercəyini bildirmiş, qalan əşyalarının ayrılıb qoyduğunu və hazır olduğunu bildirmişdir. Videodiskdə həmçinin iddia ərizəsində göstərilmiş geyim və zinət əşyaları cavabdehin üzərində olan fotoşəkillər, habelə xonçlara dair video görüntülər vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə tətbiq ediləcək hüquqi əsas aşağıdakı qanunvericilik normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. MM-nin 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır; MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; MM-nin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; MM-nin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; MM-nin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; MM-nin 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; MM-nin 673.4-ci maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh nikahlarını rəsmiləşdirmədən toy mərasimi etməklə evlənmişlər və cavabdeh iddiaçıya məxsus evə köçmüşdür. Toy mərasimindən bir neçə gün sonra iddiaçının valideynləri cavabdehin evində olan təşkil olunmuş məclisdə qızlarını görməyə gəlmiş, həmin vaxt cavabdehlə iddiaçının anası arasında narazılıq yaranmış (cavabdehin bildirdiyinə görə iddiaçının anası iddiaçının kurslara və nənəsinin ad gününə aparılmasını cavabdehə tapşırmış, cavavdeh isə qızın artıq onun arvadı olduğunu və onların işinə qarışmamasını bildirmişdir) və bu narazılığa görə iddiaçının anası iddiaçını götürərək öz evinə aparmışdır. Daha sonra cavabdehin ağsaqqalları tərəfindən barışığa cəhd edilsə də, baş tutmamışdır. Hazırda tələb iddiaçıya verilmiş, bağışlanılmış, habelə iddiaçının özünə məxsus paltar və qızıl zinət əşyalarıdır. Məhkəmə, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla, daha konkret ifadə oluna videodisklə tələb olunan əmlakların olması, yəni mövcudluğu qismən təsdiq olunur. Lakin həmin əmlakların hazırda kimin sahibliyində olması isə mübahisə mövzusudur. Məhkəmə, tələb olunan əmlakın geyim hissəsinə münasibətdə bildirir ki, iddia ərizəsində göstərilən geyim əşyaları cavabdehin məhkəməyə təqdim etdiyi siyahı ilə qismən üst-üstdə düşür. Məhkəmə iclasında iddia ərizəsində qeyd edilən paltar geyimləri iddia ərizəsi, cavabdeh tərəfindən verilmiş siyahı və videodisklə müqayisəli şəkildə araşdırıldıqda ümumiyyətlə güllü don, geyim ağ dəst, ağ rəngli cins şalvar, ağ rəngli sport şalvar, ağ rəngli kofta, göy rəngli don, qəhvəyi rəngli kostyum, qara rəngli çanta, qara rəngli dikdaban ayaqqabının mövcudluğuna dair fotoşəkil, videonun müəyyən edilmədiyi təsbit edilmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normalar baxımından məhkəmə hesab edir ki, iddia ərizəsinin geyimə aid olan hissəsi göy rəngli don, qəhvəyi rəngli kostyum, qara rəngli çanta, qara rəngli dikdaban ayaqqabı hissəsində təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia ərizəsində göstərilmiş tələb olunan əmlakın onda olmasına dair məhkəməyə təqdim etdiyi siyahını iddianın mahiyyəti üzrə qismən qəbul edilməsi kimi qiymətləndirir və iddianın Pandora qızıl qolbaq, dəyərində qızıl üzük, briliant komplektin qolbaq və üzüyü, gümüş sep, bir ədəd Apple İphone 11 markalı mobil telefon, bir ədəd X8 2 smart markakı qol saatı, makyaj ləvəzimatları, ağ rəngli don, çəhrayı rəngli don, iki ədəd göy rəngli cins şalvar, boz geyim dəsti, çəhrayı rəngli geyim dəsti, ağ rəngli krop geyimi, ağ rəngli kofta, qəhvəyi rəngli kofta, bir ədəd (cüt) ağ rəngli idman ayaqqabısı, üç ədəd ağ rəngli ev çəkələyi, rəngli çanta hissəsində təmin edilməsini əsaslı sayır. İddianın 650 manat dəyərində nişanda verilmiş qızıl üzük, 700 manat dəyərində həridə verilmiş briliant tək qaş üzük, ümumi komplekt dəyəri 3200 manat olan briliant komplektdən sep və sırğalar hissəsi isə cavabdehdə olmağı sübuta yetirilmədiyin təmin edilməməlidir. Belə ki, mübahisənin baş vermə tarixi, yeri və şəraitə araşdırıldıqda müəyyən olunur ki, iddiaçı toydan sonra cavabdehin evində təşkil edilmiş məclisdə toydan sonra ilk dəfə valideynləri və digər qohumları ilə görüşmək üçün iştirak etmişdir. Həmin məclisin sonunda isə iddiaçı valideyinləri ilə birlikdə cavabdehin evindən getmişdir. Məhkəmə tərəflər arasında rəsmi nikah olmasa da, faktiki olaraq toy edib evlənmələrini tərəflərin izahatına əsasən inandırıcı hesab edir. Məhkəmə qeyd edir ki, yerli adət-ənənə və mentalitet baxımından Azərbaycanda toydan sonra bir neçə adət-ənənə mövcuddur ki, bu adətlərə üzəçıxdı, gəlingördü, ayaqaçdı, qonaqçağırma kimi adətlər və s daxildir. Hazırkı işdən də müəyyən olunur ki, iddiaçı məhz toydan sonra ilk dəfə qohumları ilə mübahisə baş verdiyi gün təşkil edilmiş məclisdə görüşmüdür. Yerli adət-ənənəyə uyğun olaraq belə məclislərdə gəlinlər adətən ona toy ərəfəsində (yerli adətlərdə bu kiçik elçilik, böyük elçilik, bayramlıq, cehiz, xınayaxdı, nişan və s adlanır.) bağışlanılmış, verilmiş paltarları geyinir, qızıl zinət əşyalarını istifadə edirlər. Hazıkı mübahisənin də məhz belə tədbir zamanı baş verməsi məhkəmə tərəfindən iddiaçının üzərində qızıl zinət əşyalarının olması və həmin qızıl zinət əşyaları ilə birlikdə valideyninə məxsus evə getməsini inandırıcı hesab edilir. Lakin bununla yanaşı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan adət-ənənələrə hər kəsin, o cümlədən də hazırkı işdə olan iddiaçının riayət etməsi mütləq deyildir və hazırda iddiaçı tələb etdiyi qeyd edilən qızıl zinət əşlayarının məhz cavabdehdə olmasına dair məhkəməyə hər hansı ağlabatan sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən vatsap yazışmalarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin yazışmalar zamanı qızılların onda olmasını etiraf etdiyini bildirir və bunu sübut kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, həmin yazışmalar onunla iddiaçı arasında olmuş və o, yazışmada qızılların onda olmasını bildirməsində niyyəti qızılların iddiaçı tərəfindən aparıldıqdan sonra qalan hissəsinə münasibətdə olmuşdur. Bu hal məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş siyahı ilə də tam təsdiq olunur ki, cavabdeh məhz onda qalmış qızılların onda olmasını bildirmişdir və bu hal məhkəmə tərəfindən inandırıcı hesab edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 650 manat dəyərində nişanda verilmiş qızıl üzük, 700 manat dəyərində həridə verilmiş briliant tək qaş üzük, ümumi komplekt dəyəri 3200 manat olan briliant komplektdən sep və sırğalar hissəsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən təmin edilməməlidir. MPM-nin 222.1-ci maddəsinə əsasən-məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən alınmalı olan əmlakın paltar hissəsinin dəyəri cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddiada qeyd edildiyi kimi qəbul edilməli, qızıl zinət əşyaları isə məhkəmədə dindirilmiş mütəxəsisinin qiymətləndirilməsi ilə müəyyən edilməlidir. Buna görə də 350 AZN Pandora qızıl qolbaq, 250 AZN qızıl üzük, ümumi komplekt 3200 AZN olan briliant komplektin qolbaq və üzüyü, 45 AZN gümüş sep, 800 AZN bir ədəd Apple İphone 11 markalı mobil telefon, 200 AZN bir ədəd X8 2 smart markakı qol saatı, 70 AZN makyaj ləvəzimatları, 120 AZN ağ rəngli don, 65 AZN çəhrayı rəngli don, ümumi qiyməti 70 AZN iki ədəd göy rəngli cins şalvar, 25 AZN boz geyim dəsti, 35 AZN çəhrayı rəngli geyim dəsti, 20 AZN ağ rəngli krop geyimi, 35 AZN ağ rəngli kofta, 30 AZN qəhvəyi rəngli kofta, 35 AZN bir ədəd (cüt) ağ rəngli idman ayaqqabısı, ümumi qiyməti 60 AZN üç ədəd ağ rəngli ev çəkələyi, 28 AZN ağ rəngli çantanın qiyməti kimi müəyyən edilməldir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu və mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə uyğun hissəsi iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 350 AZN dəyərində Pandora qızıl qolbaq, 250 AZN dəyərində qızıl üzük, ümumi komplekt dəyəri 3200 AZN olan briliant komplektin qolbaq və üzüyü, 45 AZN dəyərində gümüş sep, 800 AZN dəyərində bir ədəd Apple İphone 11 markalı mobil telefon, 200 AZN dəyərində bir ədəd X8 2 smart markakı qol saatı, 70 AZN dəyərində makyaj ləvəzimatları, 120 AZN dəyərində ağ rəngli don, 65 AZN dəyərində çəhrayı rəngli don, ümumi dəyəri 70 AZN olan iki ədəd göy rəngli cins şalvar, 25 AZN dəyərində boz geyim dəsti, 35 AZN dəyərində çəhrayı rəngli geyim dəsti, 20 AZN dəyərində ağ rəngli krop geyimi, 35 AZN dəyərində ağ rəngli kofta, 30 AZN dəyərində qəhvəyi rəngli kofta, 35 AZN dəyərində bir ədəd (cüt) ağ rəngli idman ayaqqabısı, ümumi dəyəri 60 AZN olan üç ədəd ağ rəngli ev çəkələyi, 28 AZN dəyərində ağ rəngli çanta Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilmədən rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumun və mediasiya xərcinin ümumilikdə 32 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-192/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-192/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver