Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1967/2023 29.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yığılmış aliment məbləğinin silinməsi və aliment öhdəliyindən» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(106)-1878/2018 saylı qətnaməsi ilə X2 üzərinə qoyulmuş 26 iyul 2005-ci ildə anadan olmuş X13, 29 oktyabr 2009-cu ildə anadan olmuş X17 və 01 may 2012-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat manat olmaqla cəmi 207 manat miqdarında sabit alimentin tutularaq Məlikov Zahidə babacan qızına verilməsinə dair aliment öhdəliyindən azad edilməsi və yaranmış 5.592 (beş min beş yüz doxsan iki) manat aliment borcunu silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,İddiaçı qardaşı və qəyyumu X5 2004-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuş, onların birgə nikahdan onların üç övladları dünyaya gəlmişdir - 26 iyul 2005-ci il təvəllüdlü X11, 29 oktyabr 2009-cu il təvəllüdlü X19 və 01 may 2012-ci il təvəllüdlü X14. Ailə həyatı qurduqdan sonra uzun müddət münasibətləri yaxşı olmuşdur. Lakin 2016-ci ildən başlayaraq qardaşı Məlikov Fizulinin ailəsində baş verən xoşgəlməz hadisələrə görə nikahları pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1878/2018 saylı 07 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən 26 iyul 2005-ci il təvəllüdlü X11, 29 oktyabr 2009-cu il təvəllüdlü X19 və 01 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər X1 aylıq qazancın yarısı, əlavə olaraq hər uşaq üçün 69 manat olmaqla cəmi 207 manat miqdarında sabit aliment tutularaq X9 ödənilməsi qət edilmişdir. X22 2008-ci ildən ikinci qrup əlillik dərəcəsi təyin edilmş və hər 5 ildən bir Tibbi Sosial Ekspert Komissiyasından keçməklə pensiya təyin edilirdi. Fizuli Məlikovun psixi qüsurları üzündən sonralar öz hərəkətlərini anlaya bilməməsi və idarə edə bilməməsi nəticəsinə görə nə dövlət sektorunda, nə də özel sektorda hər hansı işə düzələ bilmirdi. Zaman-zaman fiziki və psixiki qüsurları onun psixoloji və mənəvi durumunda kəskin gərginliklər yaratdı, şəxsi təsərrüfat işləri ilə də məşğul ola bilmədi. 2021-ci ilin iyun ayında Fizuli Məlikovun xaricdə müalicədə olmasına və Azərbaycanda olmamasına görə pensiyası dayandırıldı. Nəticədə 8 ay alimenti pensiyasından ödənilmədi. 2022-ci ilin yanvar ayında pensiyanın yenidən təyin edilməsi üçün Ekspert komissiyasından keçdi, yenidən pensiya təyin edildi, ikinci qrup əlilliyi bərpa edildi. Bundan sonra onun öz hərəkətlərini idarə edə bilməməsi görə fəaliyyət qabiliyyəti olmayan şəxs olması barədə Lənkəran rayon Məhkəməsinə müraciət etdik. Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edildi. Lənkəran Rayon İcra Hakimiyyətin Başcısının 16 mart 2023-cü il tarixli sərəncamı ilə İddiaçı onun üzərində qqəyyum təyin edildi. Məlikov Fizulinin 2007-ci ildən bəri (şizofreniya fasiləsiz gedişli paranoid forma remissiya baş verməyən psixotik) vəziyyət xəstəliyindən müalicə olunduğuna, əqli cəhətdən zəifliyi və ruhi xəstəliyinin olmasına görə istər dövlət sektorunda istərsə də özəl sektorda işə düzələ bilmir. Habelə öz hərəkətlərini idarə edə bilmədiyi və onların mənasını anlaya bilmədiyinə görə şəxsi təsərrüfatla da məşqul ola bilmir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fizulinin pensiyasının ödənilməsinin dayandırılması ilə əlaqədar, Fizuli Məlikovun 5592 manat məbləğində aliment borcu yaranmışdır. Bildirmək istəyirəm ki, hal- hazırda Fizuli Məlikovun əqli zəyifliyi və ruhi xəstəliyi ilə əlaqədar Lənkəran Şəhər Psixiatriya Xəstəsxanasında həkim nəzarəti altında müalicəsini davam etdiririk. Fəaliyyət qabiliyyəti olamayan şəxsin aliment ödəməsini, yaranmış 5592 manat borcun ödənilməsi onun tərəfindən mümkünsüzdür. Onun xəstəliyi ilə əlaqədar aldığı pensiya öz şəxsi tələbatını ödəmək iqtidarında deyil. Digər tərəfdən onun üzərində aliment öhdəliyinin olması və yaranmış borcun işləyib verməməsi icra orqanı ilə bir sıra problemlər yaradır. Ona görə də yaranmış borc silinməli, o, fəaliyyət qabiliyyəti olmadığına görə aliment öhdəliyindən azad edilməlidir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, o iddianı qəbul etmir. Belə ki, İddiaçı onun xəbəri olmadan uşaqların atası X3 2016-cı ildən həmişə uşaqlardan və ondan gizlətmişdir. Saxta sənədlər əsasında X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Aliment borcun silinməsinə gəldikdə isə bu uşaqların haqqıdır. Bundan əlavə aliment borcu yaranan zaman X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. Xahiş edir ki, İddiaçı ona qarşı aliment öhdəliyində azad edilməsi və yaranmış 5592 manat aliment borcunun silinməsi barədə qətnamə edilməsi barədə iddianı rədd edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışın surətindən görünür ki, X20 01 may 2012-ci il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuşdur. X12, atası X4r. Doğum haqqında arayışın surətindən görünür ki, X24 29 oktyabr 2009-cu il tarixdə Lənkəran rayonu Mollakənd kəndində doğulmuşdur. X12, atası X4r. Doğum haqqında arayışın surətindən görünür ki, X15 26 iyul 2005-ci il tarixdə Lənkəran rayonu Mollakənd kəndində doğulmuşdur. Cavabdeh, atası X4r. Lənkəran şəhər İCra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Lənkəran rayonunun Mollakənd kəndinin sakini, 6 sentyabr 1977-ci il təvəllüdlü İddiaçı qardaşı X5 üzərində qəyyum təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1878/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)- 555/2018 nömrəli qətnaməsi «qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 26 iyul 2005-ci il tarixdə anadan olmuş X15, 29 oktyabr 2009-cu il tarixdə anadan olmuş X24 və 01 may 2012-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, hər ay üç uşaq üçün cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh X1 tutularaq iddiaçı X8 verilməsi» hissəsində dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 26 iyul 2005-ci il tarixdə anadan olmuş X15, 29 oktyabr 2009-cu il tarixdə anadan olmuş X24 və 01 may 2012-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat olmaqla, cəmi 207 manat miqdarında sabit aliment tutlaraq X8 verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2447/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Belələliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 ilə Cavabdeh birgə nikahından onların 26 iyul 2005-ci il təvəllüdlü X11, 29 oktyabr 2009-cu il təvəllüdlü X19 və 01 may 2012-ci il təvəllüdlü X14 adlı üç övladları doğulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1878/2018 saylı 07 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən 26 iyul 2005-ci il təvəllüdlü X11, 29 oktyabr 2009-cu il təvəllüdlü X19 və 01 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər X1 aylıq qazancın yarısı, əlavə olaraq hər uşaq üçün 69 manat olmaqla cəmi 207 manat miqdarında sabit aliment tutularaq X9 ödənilməsi qət edilmişdir. Fizuli Məlikov psixi qüsurları üzündən sonralar öz hərəkətlərini anlaya bilməməsi və idarə edə bilməməsi nəticəsinə görə Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilmiş və hazırki İddiaçı ona qəyyum təyin olunmuşdur. Fizuli Məlikovun əqli zəyifliyi və ruhi xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olamayan şəxsin aliment ödəməsin mümkün olmamış və ödənilməmiş aliment borcu yaranmışdır. İddiaçı xəstəliyi ilə əlaqədar aldığı pensiyanın öz şəxsi tələbatını ödəməyə yetmədiyini və aliment ödəyə bilmədiyinə əsaslanaraq də yaranmış aliment borcunun silinməli olmasını və aliment öhdəliyindən azad edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, məhkəmə aliment öhdəliyi şəxsin aliment təyin edildikdən sonra xəstəliyi və digər üzürlü səbəblərə görə aliment borcları yaradıqda, habelə ailə və maddi vəziyyəti ilə bağlı bu borcları ödəməyə imkan vermədikdə, eyni zamanda diqqətə layiq başqa maraqları olduqda müvafiq olaraq aliment ödəməli olan şəxsi yığılmış borclardan və aliment öhdəliyindən azad edə bilər. Lakin hazırki işin hallarından müəyyən olunur ki, Cavabdeh onun və X5 ilə birgə nikahıdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbinə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən və müvafiq aliment təyin edilərkən aliment öhdəlyii olan X2 2-ci dərəcəli əlil olması nəzərə alınmış və aliment təyin edilmişdir. Göründüyü kimi Fizuli Məlikovun iddiada qeyd olunan xəstəliyi aliment təyin edildikdən sonra, aliment təyin edilməmişdən əvvəl də mövcud olmuş və məhkəmə həmin halları nəzərə alaraq aliment təyin etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddələrinin dispoziya şərtləri mövcud deyil, mövcud olsa belə bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan hüquq normalarının dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi onu aliment öhdəliyindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 28.9-cu maddəsinə görə fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Göründüyü kimi qanunverici şəxsin fəaliyyət qabiliyyətinin olmamasının onun hər hansı gəlirlərinin mövcud olması kimi qiymətləndirmir. Fəaliyyət qabiliyyəti olmayan şəxs öz mülki hüquq və vəzifələrini ona təyin edilmiş qəyyum vasitəsi ilə həyata keçirir, qəyyum şəxsin əmlakını və gəlirlərini idarə edir. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, təqdim edilən sübutlar isə iddianın əsaslılığını təsdiq etmədiyindən və işə baxılakən iddianın qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddələrinin dispoziya şərtləri mövcud olmadığından İddiaçı Cavabdeh qarşı «Şirvan Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(106)-1878/2018 saylı qətnaməsi ilə X2 üzərinə qoyulmuş 26 iyul 2005-ci ildə anadan olmuş X13, 29 oktyabr 2009-cu ildə anadan olmuş X17 və 01 may 2012-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat manat olmaqla cəmi 207 manat miqdarında sabit alimentin tutularaq Məlikov Zahidə babacan qızına verilməsinə dair aliment öhdəliyindən azad edilməsi və yaranmış 5.592 (beş min beş yüz doxsan iki) manat aliment borcunu silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Şirvan Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(106)-1878/2018 saylı qətnaməsi ilə X2 üzərinə qoyulmuş 26 iyul 2005-ci ildə anadan olmuş X13, 29 oktyabr 2009-cu ildə anadan olmuş X17 və 01 may 2012-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat manat olmaqla cəmi 207 manat miqdarında sabit alimentin tutularaq Məlikov Zahidə babacan qızına verilməsinə dair aliment öhdəliyindən azad edilməsi və yaranmış 5.592 (beş min beş yüz doxsan iki) manat aliment borcunu silinməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-1967/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1967/2023
29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver