Məhkəmə qərarları › İş №e-2(049)-218/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-218/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-218/2024 13.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızı, Cavabdehin nümayəndəsi Azərbaycan Respublı̇ kası Mədənı̇ yyət Nazı̇ rlı̇ yı̇ n Lənkəran-Astara Regı̇ onal Mədənı̇ yyət İdarəsinin rəis müavini Nümayəndə iştirakı ilə iddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızının cavabdeh Azərbaycan Respublı̇ kası Mədənı̇ yyət Nazı̇ rlı̇ yı̇ n Lənkəran-Astara Regı̇ onal Mədənı̇ yyət İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızı cavabdeh Azərbaycan Respublı̇ kası Mədənı̇ yyət Nazı̇ rlı̇ yı̇ n Lənkəran-Astara Regı̇ onal Mədənı̇ yyət İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirib işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızının cavabdeh Azərbaycan Respublı̇ kası Mədənı̇ yyət Nazı̇ rlı̇ yı̇ n Lənkəran-Astara Regı̇ onal Mədənı̇ yyət İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İş üzrə xx.xx.2023-cü tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar