Məhkəmə qərarları › İş №e-2(049)-2185/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2185/2025

23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2185/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X6, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X4 adlı bir nəfər uşaqın saxlanılması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1467/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin 80 manat sabit pul məbləği hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmaqla evlənmişlər, birgə yaşadıqları müddətdə xx.xx.2019-cı ildə X4 adlı uşağı olmuşdur. Cavabdehlə bir müddət yaşadıqdan sonra xasiyyəti uyğun gəlmədiyindən ayrılmışlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(049)-1467/2024 saylı qətnaməsi ilə bir nəfər X4 adlı uşağın saxlanılması üçün ondan qazancının 1/4 hissəsində və sabit pul məbləğində 80 manat alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. O, cavabdehdən ayrıldıqdan sonra yenidən evlənmiş nikahdan üç uşağı doğulmuşdur. Bir müddət sonra ikinci evlilyindən də ayrılmalı olmuşdur. Eyni zamanda o, həkim olaraq Masallı Rayon Mərkəzi Xəstəxanasında işləyir, aylıq əmək haqqı alır, ona aliment kəsildiyi il əmək haqları aşağı olduğundan Lənkəran Rayon Məhkəməsi tərəfindən əlavə 80 manat sabit pul məbləğində aliment də təyin edilmişdir. Lakin 2025-ci ildə əmək haqları artırıldığından artıq məhkəmə qətnaməsi ilə təyin edilmiş 1/4 hissədə alimentin əmək haqqından tutulması 200 manat olaraq tutulur və üstəlik 80 manatda sabit pul məbləğində tutulur. Sabit pul məbləğində 80 manat alimentin tutulması artıq onun ailəsi üzərində digər valideynlik vəzifələrini yerinə yetirməyinə mane olur, maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Hesab edir ki, aylıq gəlirimdən 1/4 hissəsində alimentn tutulması uşağın saxlanılmasına yetdiyindən, əmək haqqı artdığından və bundan sonrada hər il əmək haqları artacağından digər sabit pul məbləğində olan 80 manat alimentin ondan tutulması ədalətli və obyektiv deyildir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1467/2024 saylı qətnaməsi müəyyən edilmiş sabit pul məbləğində 80 aliment hissəsinin dəyişdirilərək bir nəfər Zəhra adlı uşağın yetkinlik yaşına catana kimi saxlanılması üçün onun aylıq gəlirinin və qazancının 1/4 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, ona aliment kəsildiyi il əmək haqqları aşağı olduğundan Lənkəran Rayon Məhkəməsi tərəfindən əlavə 80 manat sabit pul məbləğində aliment də təyin edilmişdir. Lakin 2025-ci ildə əmək haqları artırıldığından artıq məhkəmə qətnaməsi ilə təyin edilmiş 1/4 hissədə alimentin əmək haqqından tutulması 200 manat olaraq tutulur. Odur ki, təyin edilmiş alimentin 80 manat sabit pul məbləği hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, bir uşağa görə hazırda qızı Cavabdeh iddiaçının əmək haqqından təxminən 280 manat aliment ödənilir. Lakin həmin məbləğ belə uşağın saxlanılması üçün kifayət etmir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1467/2024 saylı icra vərəqəsindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)- 2401/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək 30 iyun 2019-cu il təvəlüdllü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı aylıq qazancından ¼ (dördə bir) hissəsi tutularaq və sabit pul məbləğində 80 (səksən) manat aliment alınaraq iddiaçı Cavabdeh ödənilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanmışdır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş AZ-028124 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 1 3.08.2024- cü il Masallı rayonunda doğulmuşdur. Atası İddiaçı, anası X1r. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş AZ-572452 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci ildə Masallı rayonunda Boradigah qəsəbəsində doğulmuşdur. Atası İddiaçı, anası X1r. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş AZ-793700 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci ildə Masallı rayonunda doğulmuşdur. . Atası İddiaçı, anası X1r. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş xx.xx.2025-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00380 saylı mediasiya arayışından görünür ki, İddiaçı tətəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, İddiaçı Masallı Rayon Mərkəzi Xəstəxanasında tibb qardaşı işləyir və 736.15 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən olunan hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(049)-1467/2024 saylı qətnaməsi ilə bir nəfər X4 adlı uşağın saxlanılması üçün ondan qazancımın 1/4 hissəsində və sabit pul məbləğində 80 manat alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə aliment təyin edilərkən iddiaçının əmək haqqının az olması və uşağın minimum dolanacaq xərclərinin qarşılanması məqsədi ilə məhkəmə tərəfindən alimentin eyni zamanda sabit pul məbləğində tutulması da qət edilmişdir. Hazırda isə iddianın əmək haqqının artması və bunun müqabilində bir nəfər uşaq üçün müəyyən edilmiş yaşayış minimumuna yaxın həddə alimentin iddiaçından tutulması da nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bir nəfər uşağın saxlanmılması üçün iddiaçıdan tutulan 1/4 hissədə əmək haqqından tutulma ağlabatan hesab edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının alimenti ödəmə qabiliyyəti də diqqətə alınmalı və ağlabatan aiment miqdarının təyin edilməsi ilə alimentin ödənilməsinin fasiləsizliyi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilmiş “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa” hissəsinə istinad etmiş, yenidən evlənməklə üç uşağının olmasını əsas gətirmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, aliment ödəyən şəxs kimi iddiaçının yeni ailə qurması və yeni uşaqlarının olması onu digər övladına baxmaqdan, habelə yetkinlik yaşına çatanadək müəyyən edilmiş yaşayış minimumuna uyğun dolancaq xərclərini qarşılamaqdan azad etmir. Lakin bununla yanaşı təyin edilmiş alimentin miqdarı o həddə müəyyən edilməlidir ki, bu yetkinlik yaşına çatmayan şəxsin saxlanılması xərclərinin qarşılanması ilə bərabər həmin xərclərin daimi ödənilməsinin təmin edilməsi ilə nəticələnsin və arada hər hansı kəsinti, fasilə baş verməsin. Habelə o, da qeyd edilməlidir ki, təyin edilmiş alimentin sabit pul məbləği hissəsinin ləğv edilməsi uşağın atası kimi iddiaçının aliment ödəməkdən azad etmir, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş onun aylıq gəlirinin və qazancının 1/4 hissəsində aliment ödəməyə davam edir. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1467/2024 saylı qətnaməsi X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 80 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. 30 iyun 2019-cu il tarixdə doğulmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Aliment məbləğinin hesablanması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar