Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2277/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 mart 2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanədək saxlanması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi barədə və Mediasiya xidməti üçün ödədiyi 60 (altmış) manat məbləğində dövlər tüsumunun cavvabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəsatətə verərək İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işin iddiaçı Cavabdeh İddiaçı qarşı «nikah qeydinin pozulması və sabit pul məbləğində aliment» tələbinə dair iddia tələbi üzrə mülki işlə bir icraatda birləşdirilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş vəsatətin təmin olunmamasını və aliment tələbinə ayrıca baxılmasını xahiş etdi. Məhkəmə cavabdehin vəsatətini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, qeyd edilən mülki işlər bir-biri ilə əlaqəli və eyni tərəflərin iştirakı ilə olduğundan onların birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən həmin Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(049)-2277/2025 nömrəli mülki iş və iddiaçı Cavabdeh İddiaçı qarşı «nikah qeydinin pozulması və sabit pul məbləğində aliment» tələbinə dair 2(049)-1186/2025 nömrəli mülki işlər üzrə tələblər bir-biri ilə əlaqəli və tərəflər eyni olduqları üçün bir icraatda birləşdirilməli və birgə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbauycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43,169,263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(049)-2277/2025 nömrəli mülki iş və iddiaçı Cavabdeh İddiaçı qarşı «nikah qeydinin pozulması və sabit pul məbləğində aliment» tələbinə dair 2(049)-1186/2025 saylı mülki işlər bir-biri ilə əlaqəli və eyni tərəflərin iştirakı ilə olduqları üçün 2(049)-2277/2025 saylı mülki iş 2(049)-1186/2025 saylı mülki işə birləşdirilsin və mülki işlərə birlikdə baxılsın. Sədrlik edən: Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2277/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2277/2025
14.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver