Məhkəmə qərarları › İş №e-2(049)-2480/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2480/2025

08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2480/2025 08.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya tutulması tələbinə»dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya tutulması tələbinə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3298 manat ödənişin, 52,98 manat dövlət rüsumun tutularaq, iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazına əsasən iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus mal-qara ilə “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman zərbənin təsirindən nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş №**********68 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 139544 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Cavabdehə zərərin qiymətləndirilməsi prosesində iştirak etməsi üçün qiymətləndirməyə dəvət məktubu göndərilmişdir. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3398 AZN (üç min üç yüz doxsan səkkiz manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 3298 AZN (üç min iki yüz doxsan səkkiz manat) sığorta ödənişini zərərçəkən X3 hesabına köçürmüşdür. xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran Rayon Polis İdarəsinin təqdim etdiyi İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 338.5.1ci maddəsi ilə (mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə) təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, ödənişi ödəməkdən imtina etmişdir. Həmçinin cavabdeh polis orqanına verdiyi izahatda bildirmişdir ki, özünə məxsus mal-qaranı yolun asfalt hissəsində, yəni hərəkət hissəsində otaran zaman yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilin müxtəlif hissələrinə zərər dəymişdir. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 3298 AZN (üç min iki yüz doxsan səkkiz manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçının etibarnamə əsasında nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü madəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 15 mart 2025-ci il tarixdə ona məxsus olan iri buynuzlu heyvan avtomaşınla toqquşmuşdur. Hadisə zamanı ona məxsus olan həmin heyvan ölmüşdür. Belə ki, hadisə ilə əlaqədar onun özünə xeyli miqdarda maddi ziyan dəymişdir. Üstəlik bir də sığorta şirkəti ondan pul tələb edir. Onun bu məbləği ödəməyə heç cür imkanı yoxdur. O, həmin avtomobilə dəymiş ziyana görə məsuliyyət daşıyır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus mal-qara ilə “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman zərbənin təsirindən nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. **********68 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 139544 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərərçəkən sığortalı “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3398 AZN (üç min üç yüz doxsan səkkiz manat) zərər dəymişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, sığortalanmış “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 3298 AZN (üç min iki yüz doxsan səkkiz manat) sığorta ödənişini zərərçəkən X3 hesabına köçürmüşdür. Lənkəran Rayon Polis İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 338.5.1-ci maddəsi ilə (mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə) təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Pretenziya məktublarından görünür ki, Cavabdeh iddiaçı şirkət rərəfindən ödəniş etməsi barədə xəbərdarlıq edilmişdir. İzahatın surətindən görünür ki, Cavabdeh inzibati xəta haqqında icraatla əlaqədar polis orqanında izahat verərkən özünə məxsus mal-qaranı yolun asfalt hissəsində, yəni hərəkət hissəsində otaran zaman yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilin müxtəlif hissələrinə zərər dəymişdir. İş materiallarında olan qəbzdən görünür ki, «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən 52,98 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus mal-qara ilə “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman zərbənin təsirindən nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Hadisə nəticəsində zərərçəkən sığortalı “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3398 AZN (üç min üç yüz doxsan səkkiz manat) zərər dəymişdir. Sığortalanmış “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 3298 AZN (üç min iki yüz doxsan səkkiz manat) sığorta ödənişini zərərçəkən X3 hesabına köçürmüşdür. Cavabdeh İXM-nin 338.5.1-ci maddəsi ilə (mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə) təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Cavabdeh təqsirli olduğuna görə ona qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişialmış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşımalik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşızərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyisığorta ödənişiməbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanunun: 25.1-ci maddəsinə əsasən Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. 25.2-ci maddəsinə əsasən, Faydalanan şəxsin zərərvuran şəxsə qarşızərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3.298 manat sığorta ödənişi və 52,98 manat dövlət rüsumu tutularaq, iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Toyota Camry” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3.298 (üç min iki yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,98 (əlli iki manat doxsan səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar