Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2588/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 70 misli həddində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, iddiaçı ərizəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin tələblərinə riayət etmədən verdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərzəsinin xahiş hissəsində xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını xahiş etsə də, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(049)-1558/2023 və xx.xx.2022-ci il tarixli 2(049)-30/2022 nömrəli qətnamələrindən müəyyən edilir ki, xx.xx.2012-ci il təvəllüdlü X2 Günay Tahir qızının himayəsindədir. Həmçinin iddiaçı hazırki iş üzrə aliment tələb etdiyi xx.xx.2012-ci il təvəllüdlü X3 hazırda onun himayəsində olmasına dair iş materiallarına hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 149-cu maddəsinin tələbləri pozulmaqla verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin əsaslarla iddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2588/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2588/2025
25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver