Məhkəmə qərarları › İş №e-2(049)-2762/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2762/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2762/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya tələbinə dair» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 5.290 (beş min iki yüz doxsan) manat pul vəsaitinin 72,90 (yetmiş iki manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 5363.3 (beş min üç yüz altmış üç manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də (bundan sonra ASC) sığortalanmış Cavabdeh2 tərəfindən idarə edilən “Opel ASTRA” minik markalı 10 ZL176 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Yasamal r-nu, A. M. Şərifzadə küç. ərazisində ** LN *** dövlət qeydiyyat nişanlı “Opel ASTRA”markalı və 90GE822 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 markalı avtomobillərlə toqquşmuşdur və Şamaxı rayonu, Dağ- Bağırlı kəndində yaşayan X6 vuraraq yüngül xəsarət yetirmişdir. Hadisə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınaraq, araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Qərarla müəyyən olunmuşdur ki, Cavabdeh2 əməlində İXM-nin 332.4-cü maddəsinin, Cavabdeh1 əməlində İXM-nin 335.3-cü maddəsinin tərkibi var, bu səbəbdən də işin materialları cavadehlər barəsində tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı ASC tərəfindən “Opel ASTRA” markalı, 99LN706 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 760 (yeddi yüz altmış) manat, “Mercedes Benz C220” markalı, 90GE822 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3780 (üç min yeddi yüz səksən) manat, X1 dəymiş ziyanla bağlı 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı Ceyhun Kərimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 fevral 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 barəsində toplanmış materialda cinayət tərkibi olmadığından həmin material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü, Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3 cü maddəsi ilə tədbir görülməsi üçün material Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarın təsviri - əsaslandırıcı hissəsindən müəyyən edilir ki, X2 hüququ olmadan qardaşı Cavabdeh2 məxsus olan “Opel ASTRA” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı və avtomaşını sürətlə idarə edərək, 19 yanvar 2018-ci il tarixdə həmin avtomaşınla Qabil Rafiq oğlunun idarə etdiyi “Mercedes Benz C220” markalı, 90GE822 dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Xəta nəticəsində “Mercedes Benz C220” markalı, 90GE822 dövlət qeydiyyat nişanlı avtomobilə 3790, “Opel Astra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 760 manat maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rpi-nin arayışından görünür ki, DİN-nin BDYPİ-nin mərkəzi məlumat bazasında yoxlanışa əsasən Cavabdeh2 il ərzində heç bir inzibati xətaya yol verməmiş və onun adına sürücülük vəsiqəsinin müddəti xx.xx.2021-ci il tarixdə birmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin 19 mart 2018-ci il tarxli “inzibati tənbehvermə haqqında” qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin 03 mart 2018-ci il tarxli “inzibati tənbehvermə haqqında” qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş xətanı (nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) törətməkdə təqsirli bilinərək, 180 manat cərimə edilmişdir. PAZ********** saylı xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh1 istifadəsində olan “Opel Astra” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" MMC tərəfindən icbari olaraq sığortalanmışdır. 0861/CML 0695-2/2018-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı **- ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsinə görə 760 manat sığorta ödənişi hesablanmışdır. 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəmir məhəccərə dəymiş maddi zərərə görə 760 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan Paşa bank hesabına tam olaraq köçürülmüşdür. 0861/CML 0695-2/2018-ci saylı xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, X7 tərəfindən xx.xx.2018-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində PAZ********** saylı xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən, Mercedes Benz minik markalı 3780 markalı avtomaşının zədələnməsinə görə manat sığorta ödənişi hesablanmışdır. 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz minik markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 3780 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxs “X5 bank hesabına tam olaraq köçürülmüşdür. 0861/CML 0695/2018-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı **- ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün sağlamlığına dəymiş ziyana görə 750 manat sığorta ödənişi hesablanmışdır. 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəymiş maddi zərərə görə 750 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan Paşa bank hesabına tam olaraq köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddia "xxxx" ASC tərəfindən 72,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Pretenziya məktubundan görünür ki, idiaçı tərəfindən cavabdehlərə sığorta ödənişi üzrə zərərin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan qardaşı Cavabdeh1 məxsus olan “Opel Astra” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edərək, “Mercedes Benz minik markalı, ** GE *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Qəza nəticəsində avtomobillərə maddiz ziyan dəymişdir və “Mercedes Benz minik markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü X3 qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarəti almışdır. Cavabdeh1 nqliyyat vasitəsini idarəetmə hüququ olmadan özünə məxsus olan “Opel Astra” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə etməsinə vermişdir. Əmlaklarına və sağlamlığına vurulmuş ziyana dair iddiaçı sığorta şirkəti tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında vurulmuş zərərinəvəzini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, idia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş sığorta ödənişinin əvəzi olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.290 manat pul vəsaiti tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu əvəzi olaraq ödənilmiş 72,90 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.290 (beş min iki yüz doxsan) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,90 (yetmiş iki manat, doxsan qəpik) manat və xidmət haqqına dair 0,4 (qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar