Məhkəmə qərarları › İş №e-2(049)-2777/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2777/2025

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2777/2025 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın iddiaçının yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı uşağın iddiaçının yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsi və saxlanılması üçün cavabdehdən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 70 misli həddində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbində düzəliş edərək xx.xx.2012-ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsi və saxlanılması üçün cavabdehdən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 61.5 faizinədək alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək verdiyi izahatlarında bildirdi ki, cavabdeh X17 onun kecmiş həyat yoldaşıdır. Birgə nikahlarından iki uşaqları var, onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqların cavabdehin himayəsində qalması və onların saxlanması üçün hər ay 400 manat aliment ödəməsi müəyyən edilmişdir. Lakin uşaqlardan xx.xx.2012-ci il təvəllüdlü X13 hazırda onun yanında yaşayır və uşağın təminatlarını da özü ödəyir. Belə ki, cavabdehlə arasında olan nikah pozulsa da, uşaqlarına daim diqqət və qayğı göstərmiş, onlarla görüşüb ünsiyyətdə olmuşdur. Uşaqlar hər ikisi yeni ili onunla qeyd etmək üçün bir həftəlik gəlmişlər, bayramı qeyd etdikdən sonra oğlu anası ilə yaşamaq istəmədiyini, daimi olaraq onunla qalmaq istədiyini bildirmişdir. Səbəbini soruşanda oğlu İlkin ona anasının evə başqa şəxsləri gətirdiyini, ondan da evə gec gəlməsini istədiyini və bir sözlə anası haqqında yaxşı olmayan sözlər demişdir. O da oğlu İlkinə bacısını hazırki vəziyyətdə anası ilə birlikdə anası ilə tək qoymamaq üçün onunla yaşamasının daha doğru olduğunu izah etmiş və uşaqların hər ikisin analarının yanına geri göndərmişdir. Lakin, bir gün sonra İlkin əlində papaq, özünə aid geyim və əşyaları olan dolu bir çanta ilə qapını açıb onun yanında yaşamağa qayıtmış, anası ilə yaşamaq istəmədiyində qəti qərarlı olduğunu, əgər onu geri göndərərsə anası ilə bir evdə yaşamamaq üçün evdən qaçacağını bildirmişdir. O da oğlunun onunla qalmasına etiraz etməmiş, lakin oğlu onun yanında qaldığı üçün Cavabdeh DİN-nin 102 xidmətinə zəng edib ondan şikayət etmişdir. Polis əməkdaşları ona zəng edərək uşağı anasına geri qaytarmadığına görə barəsində şikayət daxil olduğunu demişlər və o da uşaqla birgə izahat vermək üçün polis şöbəsinə getmişdir. Orada hər ikisinin izahatı alındıqdan sonra uşağın könüllü olaraq onunla qalmaq istəyi məlum olmuş və uşaq onunla qalmışdır. Hazırda da oğlu onunla yaşayır, lakin məhkəmə qətnaməsinin icrasından ötrü o, uşağının anasına aliment ödəməlidir. Oğlu ilkin onunla yaşadığı üçün hesab edir ki, həmin uşaq üçün cavabdeh ona aliment ödəməlidir və ümumiyyətlə uşağın rəsmi olaraq ona verilməsini istəyir. Uşaq anası ilə birlikdə yaşadığı vaxtlarda bir neçə məktəb dəyişdirmiş, əvvəlcə 4, sonra 9 və hazırda isə 10 nömrəli məktəbdə təhsil alır. Anası ona kifayət qədər diqqət göstərməmiş, onun təlim-tərbiyyəsilə normal məşğul olmamışdır. O isə bütün bunları aradan qaldırmaq üçün əlindən gələni etməyə çalışır. Cavabdeh əvvəllər AR CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək məhkum olunmuşdur və onun normal həyat tərzi yaşamadığını bilir. Onun məhkəməyə uşaq tələbilə bağlı müraciəti olmuş, lakin tələbi rədd edilmişdir. Hazırda oğlu İlkin anası ilə yaşamaq istəmir və özü könüllü onun yanında qalmaq istəyir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmək istəmədiyini bildirsə də, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından olan uşaqların hər ikisinin özü ilə qalmasını istəyir. Lakin xx.xx.2012-ci il təvəllüdlü X13 özü könüllü olaraq atasının yanında qalmağı seçdiyi üçün belə olduğu halda o da bir söz deyə bilmir. İddiaçı ilə nikahı pozulduqdan sonra uşaqların onun himayəsində qalması müəyyən edilmiş və o uşaqlarına baxmaq üçün həmişə onlara kifayət qədər diqqət ayırmışdır. Həm işləmiş, həm də uşaqlara baxmışdır. Oğlu İlkini əlavə olaraq idmana göndərmiş və onun yaxşı nəticələri olmuş, müəyyən qalibiyyətləri olmuş və yüksək yer tutmuşdur. Lakin, onun məşqlərə gedərkən ətrafında olan dost və tanışlarının yaxşı olmadığını, telefonunda lazımsız yazışmalar etdiyini gördüyü üçün telefonunu almış və həmçinin məşqlərə getməsinə qadağa qoymuşdur. Bu səbəbdən də uşaq həmin qadağalardan dolayı atası ilə yaşamağı seçmişdir. İddiaçının onun barəsində dedikləri böhtandır və o, övladlarına lazımi qayğı ilə yanaşır. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndələri onun evinə baxış keçirmişlər, uşaqların normal yaşaması üçün hər cür şərait və imkanlarının olduğunu təsdiq də etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-30/2022 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı cavabdeh X11 qarşı «uşaqların atasının himayəsinə verilməsi və aliment» barədə iddiası rədd edilmişdir. Lənkəran rayon məhkəməsinin 2(049)-210/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən X17 ilə İddiaçı arasında Lənkəran rayon Səpnəkəran kənd icra nümayəndəliyində xx.xx.2011-ci il tarixdə 29 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X14 anası X8 himayəsində və yanında saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün atası İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla hər ay iki uşağa görə 240 manat sabit pul məbləğində aliment tutularaq anası X11 ödənilməsi qət edilmişdir. Lənkəran rayon məhkəməsinin 2(049)-1558/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(049)-210/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 27 sentyabr 2012-ci il təvəllüdlü X13 və 22 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Lənkəran rayon məhkəməsinin 2(049)-262/2021 saylı, 02 avqust 2021-ci il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1(bir) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X8 üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü X15 adlı uşağının yaşı 14 (on dörd) yaşınaa çatanadək, yəni 22 avqust 2029-cu il tarixə kimi təxirə salınmış, X8 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Doğum haqqında arayışdan görünür ki, X13 22 sentyabr 2012-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X12r. Doğum haqqında arayışdan görünür ki, X16 22 avqust 2015-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X12r. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı uşağın atanın himayəsinə verilməsi, aliment və uşağın anadan alınaraq alimentin silinməsi tələbinə dair mübahisə ilə əlaqədar İMS iştirak etmişdir. Lənkəran şəhər icra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının 22 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, 22 sentyabr 2012-ci il təvəllüdlü X3 fikir və istəyi nəzərə alınaraq atası İddiaçı ilə birlikdə qalması məqsədə müvafiq hesab edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, cavabdeh X17 düzgün həyat tərzi keçirmədiyindən və mövcud faktlara əsasən 22 sentyabr 2012-ci il təvəllüdlü X13 və 22 avqust 2015-ci il təvəllüdlü X5 mənafeyi nəzərə alınaraq atası İddiaçı ilə birlikdə qalması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli, 11/823 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X13 əqli və psixi inkişafına görə öz fikir və mülahizələrini ifadə etmək qabiliyyətinə malikdir. X3 halhazırda psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır. X3 hal-hazırda bacısı X9 və atası İddiaçı bağlılığı üzə çıxmaqla anası X11 bağlılığı müəyyən olunmur. Boşanmadan sonra uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) müəyyən olunması, eləcə də uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması, həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin praqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyil. Ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edilir. AZEMİS-dən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki mülki iş üzrə iddiaçı məhkəməyə müraciət üçün xx.xx.2025-ci il tarixdə 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflərin izahatlarını, həmçinin iş üzrə müvafiq rəyləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2012-ci il tarixdə X13 və xx.xx.2015-ci il tarixdə X16 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 01 aprel 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, həmçinin xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X4 boşanmadan sonra anaları X8 himayəsində və yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün atası İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla hər ay iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutularaq anası X11 ödənilməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı ilə cavabdehin birgə nikahından anadan olmuş uşaqlardan xx.xx.2012-ci il təvəllüdlü X13 hazırda atası İddiaçı ilə, xx.xx.2015-ci il təvəllüdlü X15 isə anası Cavabdeh ilə yaşayır. Hazırda iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X13 adlı uşağın cavabdehdən alınaraq onun himayəsinə verilməsini və həmin uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi cavabdehin barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsində toplanmış materiallara, onun barəsində olan hökmə, eyni zamanda, cavabdehin uşaqlarla olan rəftarına, davranışında uşaqların təlim-tərbiyəsinə xələl gətirə biləcək ciddi qüsurların olmasına istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, iddiaçının əvvəllər ona qarşı uşaqların ondan alınıb iddiaçı, yəni İddiaçı verilməsi tələbilə məhkəməyə müraciət etdiyini və onun iddia tələbinin rədd edildiyini bildirsə də, xx.xx.2012-ci il təvəllüdlü X3 özünün atası ilə könüllü olaraq qalmaq istəyinin olduğunu bildiyi üçün tələbə etiraz etmir. Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 adlı uşağın fikir və istəyi, həmçinin mənafeyinin nəzərə alınaraq cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni yni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə cavabdehin, təxminən 3 ildən artıq müddətdə iddiaçının ona qarşı uşaqların atasının himayəsinə verilməsi və aliment tələblə məhkəməyə müraciət etdiyi və həmin tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğu barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının əvvəlki tələbi ilə hazırki tələbi eyni tərəflər arasında və eyni predmet barəsində olan tələblər olsa da, eyni əsaslar üzrə olan tələb deyildir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-30/2022 nömrəli qətnaməsinin məzmunundan göründüyü kimi, iddiaçı, təxminən, 3 il əvvəl cavabdehə qarşı uşaqların alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət edərkən cavabdehin tüfeyli və əxlaqsız həyat tərzi yaşadığını, narkotik vasitələrin əldə edib saxlanması ilə məşğul olduğu üçün məhkum olunduğunu və barəsində məcburi müalicə təyin edildiyindən uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsini xahiş etmişdir. İddiaçının hazırki iddia tələbinin əsasları isə əvvəlki iddia tələbinin əsaslarından əhəmiyyətli dərəcədə və köklü surətdə fərqlənməklə hazırki iddia tələbinin əsasını uşaqlardan xx.xx.2012-ci il təvəllüdlü X3 özünün atası ilə könüllü olaraq qalmaq istəyinin olması təşkil edir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin etirazında qeyd etdiyi xüsusatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hazırki iddia tələbi üzrə icraata xitam verilməsi üçün əsas kimi qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. “İnsan Hüquqları və X7 Haqqında” Konvensiyaya dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Lənkəran rayon məhkəməsinin 2(049)-210/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahının pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X6 anası X8 himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün atası İddiaçı hər ay iki uşağa görə cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq anası X11 ödənilməsi qət edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(049)-30/2022 nömrəli qətnaməsinə əsasən isə İddiaçı cavabdeh X11 qarşı «uşaqların atasının himayəsinə verilməsi və aliment» barədə iddiası rədd edilmişdir. Göründüyü kimi, iddiaçının əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış nikahın pozulması zamanı uşaqların cavabdehin yanında qalmalarının məhkəmə qətnaməsi ilə müəyyən edildiyi və o vaxtdan sonra keçən müddət ərzində uşaqların təlim-tərbiyəsinə, onların həyat şəraitinə və mənafeyinə əks təsir edəcək şəkildə hər hansı dəyişikliyin aşkar olunmaması, uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsinə əsasların mövcud olmaması nəzərə alınaraq iddia tələbi rədd edilmişdir. Hazırki vəziyyətdə isə uşaqlardan xx.xx.2012-ci il təvəllüdlü X1 yanında qalması ilə bağlı tərəflər arasında olan mübahisənin əsası əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, hazırki iddiaya baxılarkən cavabdehin özünün də etiraf etdiyi kimi uşağın özünün könüllü olaraq atası ilə qalmaq istəyi olduğunu və onun da buna etiraz etmədiyi, uşaq anasının yanında saxlanılacağı halda onun təlimtərbiyəsinə, təhsilinə, həyat tərzinə, inkişafına hansı mənfi təsirlər göstərəcəyi də inkaredilməzdir. Hazırki vəziyyətdə xx.xx.2012-ci il təvəllüdlü X13 13 yaşlarında olmaqla, psixologiyasının, tərbiyəsinin, düşüncəsinin və şəxsiyyətinin formalaşması mərhələsində olan azyaşlı uşaq kimi hansı valideynin yanında qalması, onun fikir və istəyi nəzərə alınmayacağı halda uşağın tərbiyyəsinə, mənəvi və psixoloji inkişafına da ciddi təsir göstərəcəkdir. İş materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahından anadan olmuş uşaqlardan xx.xx.2012-ci il təvəllüdlü X13 hazırda atası, İddiaçı ilə, xx.xx.2015-ci il təvəllüdlü X15 isə anası, Cavabdeh ilə yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-30/2022 nömrəli qətnaməsi qəbul ediləndən sonra uşaqların faktiki olaraq yaşadıqları şərait, onları əhatə edən mühit uşaqların mənəvi və psixoloji inkişafına zərəz vura biləcək tərzdə əhəmiyyətli dərəcədə dəyişmişdir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, qeyd olunan məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilməsinə baxmayaraq uşaqların maraq və mənafeləri nəzərə alınaraq hazırda həmin uşaqların hansı valideynin himayəsinə verilməsi məsələsinə yenidən qiymət verilməsi zərurəti yaranmışdır. İddiaçı da xx.xx.2012-ci il təvəllüdlü X3 valideyni kimi uşağa münasibətdə cavabdeh kimi eyni hüquqlara malikdir və məhkəmə hesab edir ki, həmin uşağın öz istəyi nəzərə alınaraq iddiaçı ilə bir yerdə və bir ailədə böyüməsi onun qanunla qorunan ən yaxşı mənafeyinə uyğundur. Uşağı saxlamaq, tərbiyə edib böyütmək üçün iddiaçının hər cür mənzil şəraiti, maddi və mənəvi imkanları vardır. Uşaq özü də iddiaçının yanında qalmaq istəyir. İddiaçının valideynlik hüquqlarından məhrum edilməsi, onun öz uşağına qarşı münasibətində uşağın maraq və mənafelərinə mənfi təsir göstərə biləcək, onun psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək xüsusiyyətlərin aşkar olunması halları müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X3 maraq və mənafeyi, həmçinin özünün istəyi baxımından hazırki vəziyyətdə onun iddiaçının yanında qalması cavabdehin yanında qalmasına nisbətən daha məqsədəmüvafiq olmaqla həmin uşağın mənafeyinə daha çox uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Hazırki iş üzrə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X13 10 yaşına çatmış olduğundan və tərəflər arasında olan hazırki mübahisə bilavasitə uşağın maraqlarına toxunan məsələ olduğundan məhkəmə həmin uşağın öz fikrinin də nəzərə alınmasını qanunamüvafiq hesab edir. Məhkəmə tədqiq olunmuş sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək və hazırki iddia tələbinə tərəflərin münasibətini, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X13 adlı uşağın fikri və istəyini nəzərə alaraq, habelə işin digər vacib və diqqətəlayiq hallarını araşdıraraq qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 adlı uşaq cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməlidir. xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 adlı uşaq cavabdehdən alınaraq iddiaçının himayəsinə veriləcəyi vaxtdan həmin uşaq üçün iddiaçıdan aliment tutularaq cavabdehə ödənilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 29049)-1558/2023 nömrəli qətnaməsi üzrə xx.xx.2012-ci il təvəllüdlü X10 münasibətdə icra sənədinin icraatı dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin edildiyi nəzərə alınmaqla iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iş üzrə 120 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 adlı uşaq Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin. xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 adlı uşağın Cavabdeh alınaraq İddiaçı himayəsinə veriləcəyi vaxtdan həmin uşaq üçün İddiaçı aliment tutularaq Cavabdeh ödənilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 29049)-1558/2023 nömrəli qətnaməsi üzrə xx.xx.2012-ci il təvəllüdlü X10 münasibətdə icra sənədinin icraatı dayandırılsın və həmin vaxtdan başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,45 misli miqdarında aliment İddiaçı xeyrinə tutulsun. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə 120 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar