Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2789/2025 04.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 19 avqust 2020-ci il tarixdən başlayaraq 20 iyul 2016-cı il təvəllüdlü X2 və 12 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün iddiaçı Baxşiyeva (Həsənova) Aygül Dəyanət qızına hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat ödənilməsi müəyyən edilmiş sabit pul məbləğində alimenti 20 iyul 2016-cı il təvəllüdlü X4 münasibətdə 11 sentyabr 2024-cü il tarixədək, 12 sentyabr 2018-ci il təvəllüdlü X5 münasibətdə 14 aprel 2025-ci il tarixədək ödəməkdən azad edilməyi və tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki mülki iş üzrə iddia ərizəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmişdir. İş üzrə 04 avqust 2025-ci il saat 11:30-a təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı, onun nümayəndəsi və cavabdeh qanunamüvafiq qaydada məlumatlandırılaraq, bu barədə müvafiq bildiriş onların elektron kabinetinə yerləşdirilmişdir. Lakin iş üzrə iddiaçı, onun nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər, iddiaçı və onun nümayəndəsi məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər (elektron kabinet vasitəsi ilə də). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 31 mart 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş elektron iddia ərizəsindən və ödəniş qəbzindən göürünür ki, iddiaçının nümayəndəsi Vəkil tərəfindən 1-********** nömrəli qəbz əsasında 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı nümayəndəsi Vəkil (Fin: xxxxxxx) tərəfindən X8 vasitəsilə ödənilmiş (08 iyul 2025-ci il, saat 13:09, qəbz № 1-**********, HÖP qəbz № **********) 50 (əlli) manat məbləğində dövlət rüsumu Vəkil geri qaytarılsın. Qərardadın icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan iddia ərizəsinin baxılmamış saxlanılması hissəsindən tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2789/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2789/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver