Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2938/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı «uşaqla görüş» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı «uşaqla görüş» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həftənin hər günü videobağlantı vasitəsilə əlaqə qurmaq; hər ayda bir dəfə ardıcıl 4-5 gün müddətində uşağı fiziki şəkildə götürüb şəxsi qaydada görüşmək barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə də riayət etməyərək, məhkəməyə iddia verilməsi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, AR MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, AR MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. AR MPM-in 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə iddiaçının eyni məzmunlu əvvəlki ərizəsinin də geri qaytarıldığını nəzərə alaraq onun nəzərinə aşağıdakıları çatdırmağı zəruri hesab edir. Belə ki, hazırki iddia qiymətləndirilməyən iddia olduğu üçün həmin iddianın verilməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırda iddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən əlavə 40 manat ödəniş edilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmiş və bu həmçinin elektron məhkəmə sistemində də mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «uşaqla görüş» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. İddiaçıya qərardadın məmununda göstərilmiş məhkəmə təcrübəsində formalaşmış halları nəzərə alması xahiş olunur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2938/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2938/2025
23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver