Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3297/2025 25.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə saxlanılması və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə saxlanılması və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-2419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X9 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq (hər ay hər uşağa görə 100 manat olmaqla, müəyyən edilmiş ümumilikdə 300 manat sabit pul məbləğində alimentin) yekun məhkəmə aktı qəbul edilən günə kimi təyin olunan (yığılan) aliment borcunu ödəməkdən azad olunmağı, xx.xx.2011-ci il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X9 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 2021-ci ilin iyul ayından faktiki olaraq onun himayəsində yaşadıqlarını nəzərə alaraq onların onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Məhkəməsinin 2(049)- 2419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X7 ilə cavabdeh İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Lənkəran şəhər İHB Xanbulan kənd İƏD Nümayəndəliyində 12 sayla qeydə alınmış nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 xx.xx.2015-ci il tarixdə doğulmuş X2 iddiaçıX7nın yanında qalmasımüəyyən edilmişdir. xx.xx.2011-ci il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X9 və xx.xx.2015ci il doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı lundan hə ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 qət edilmişdir. Lakin, onu qeyd etmək istəyirəm ki, Məhkəmə qətnaməsi heç qanuni qüvvəsini almamış uşaqların hər üçü həmin vaxtdan etibarən mənim himayəmdə rlar. Dəfələrlə icra şöbəsində mənim və uşaqlarımın iştirakı ilə uşaqlar dindirilmiş və uşaqlar mənim himayəmdə yaşadıqlarını təsdiq etmişlər. Hətta min prosedur videoçəkilişlə apöarılmışdır. İcra məmuru hətta bununla bağlıakt da tərtib etmişdir. Belə olduğu halda hesab edirəm ki, Məhkəmənin qətnaməsi yyən edilmiş aliment məbləğini ödəmək mənim vəzifəm deyildir. Çünki elə Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra (qanuni qüvvəsini almadan) aqlar mənim himayəmdə yaşayırlar və hesab edirəm ki, qətnamənin çıxarıldığı tarixdən bu günə kimi yığılmış aliment borcundan azad olunmalıyam. Aliment borcunun silinməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ərizə ilə Lənkəran rayon icra və probasiya şöbəsinə müraciət etsəm də xx.xx.2025-ci il tarixli, 1896/2022 nömrəli məktubla aliment borcunun silinməsinin icra şöbəsinin səlahiyyətləri xaricində olduğunu və bununla bağlı Məhkəmədə iddia qaldırmağım edilmişdir. nkəran rayon icra və Probasiya şöbəsinin icra məmurunun (Gündüz Mehdiyev) Məhkəməyə dəvət olunacağı təqdirdə yuxarıda qeyd etdiyim xüsusatlar bird aha təsdiqini tapacaqdır. Bundan əlavə faktiki olaraq himayəmdə olan xx.xx.2011-ci il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 da Məhkəməyə dindirilməsi üçün ə gətirəcəym və yuxarıda qedy olunan xüsusatları onlar da bir daha təsdiq edəcəklər. Çünki, 2021-ci il tarixdə uşaqlardan Gulnurun 6,Şükranın 8 və ehrizadın 10 yaşları olmuşdur. İcra məmurunun göstərişi ilə uşaqlar özləri dəfələrlə mənim iştirakım ilə yuxarıda qeyd olunduğu kimi icra məmurunun bulunda olmuşuq və hər dəfəsində də onlar ayrı-ayrılıqda dindirildikdə mənimlə yaşadıqlarını və anası ilə yaşamaq istəmədiklərini qeyd etmişlər. Nikahımız pozulduqdan sonra və qətnamə qənuni qüvvəsini almamış uşaqlar faktiki olaraq mənim himayəmdə yaşayırlar və bu günə kimi də onların bütün maddi ehtiyaclarınımən ödəyirəm. Belə olduğu təqdirdə isə 2021-ci ilin iyulayının 8 dən etibarən yığılan aliment borcunu ödəməyim nə dərəcədə düzgündür. Bundan ə 4 il aliment borcundan 1 manat da belə ödəmədiyim təqdirdə necə olur ki, tələbkar bir dəfə də olsun belə icra şöbəsinə müraciət etməmiş və yığılmış aliment borcunu tələb etməmişdir. Bu sualın da cavabıelə iddiamın əsaslığını təsdiq edən mötəbər dəlillərdəndir. İş materialarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı mövcud durumda bir biri ilə əlaqədar olmayan tələbləri birləşdirməklə məhkəməyə müraciət etmişdir. İddiaçının aliment borcunun silinməsi tələbi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-107.2-ci maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment borcundan azad edilmə ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı şərtləndirmişdir. Hazırki tələbdə isə iddiaçı uşaqların onunla bir yerdə yaşadığı dövr üçün aliment borcunu ödəməkdən azad edilməyi tələb edir. İddia tələbində borcdan azad edilmə ilə bağlı tələbin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəb təşkil etmir. Belə olan halda iddiaçıya icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilməlidir. İddia tələbinin uşaqların yaşayış yerinin müəyyən edilməsi hissəsi isə iddia icraatı qaydasında baxılmalı olan tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini geri qaytarır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir. Ərizə geri qaytarıldığı üçün iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “uşaqların himayədə saxlanılması və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3297/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3297/2025
25.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver