Məhkəmə qərarları › İş №e-2(049)-3376/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3376/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3376/2025 13.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - digər valideyn Əliyeva (Muradova) Günay Əlövsət qızından 02 may 2025ci il tarixdən başlayaraq, birgə nikahlarından doğulmuş, hazırda faktiki olaraq onun yanında və himayəsində qalmaqla yaşayan yetkinlik yaşına çatmayan azyaşlı uşağı : 21 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü, hər ay onun, yəni İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment pulunun tutulması və müvafıq qaydada ona verilməsi, cavabdeh Əliyeva (Muradova) Günay Əlövsət qızından, mediasiya xərci üçün mediasiya təşkilatına (mediatora) ödənilmiş mediasiya xərcinin (60 altımış azn pul məbləğinin) alınaraq ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, yəni, İddiaçı, cavabdeh şəxs X7 ilə 18 dekabr 2004-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq həmin nikahları elə həmin tarixdəcə Lənkəran şəhər “Nikah evi”-ndə 584 nömrəli nikah qeydi ilə rəsmiləşdirməklə onunla ailə həyatı qurub. Birgə nikahlarından 30 iyul 2004-cü il tarixdə X4 və 21 sentyabr 2010-cu il tarixdə X5 ad və soyadlı iki övladları doğulmuşdur. Ailə münasibətləri 2021-ci ilin aprel ayınadək davam etdirmiş və həmin vaxtdan ayrı yaşamağa başlayıb. Belə ki, ailə qurduqdan sonra bir müddət normal yaşasa da, sonralar xarakterlərinin uyğun gəlməməsi, aralarında ciddi fikir ayrılıqlarının mövcud olması səbəbindən qeyd etdiyi vaxtda və ya tarixdə cavabdeh G.Ə.Muradova 30 iyul 2004-cü il təvəllüdlü qızı X4 ilə birlikdə ayrı ünvanda, o isə, 21 sentyabr 2010-cu il təvəllüdlü oğlu X5 ilə, uşağın özünün arzu və istəyinə uyğun olaraq yuxarıda qeyd etdiyi Lənkəran rayonunun Sütəmurdov kəndində özünə məxsus fərdi yaşayış evində yaşamağa başlayıb. Həmin vaxtdan hazırki vaxtadək, o, cavabdehlə birgə yaşayan qızının bütün məişət, maddi, sosial və digər bütün problemləri şəxsən və mütəmadi surətdə maraqlanmış, məşğul olmuş, onları həll etmiş, cavabdeh isə onunla yaşayan oğlunun heç bir məişət, maddi, sosial problemləri ilə maraqlanmamışdır. Beləliklə, uşağı özündən soyutmuş, nə qədər bərpa etməyə çalışsa da, uşaqla anası arasında, məhz ana sayılan bu şəxsin, yəni, cavabdehin təqsiri üzündən dərin bir soyuqluq yaranmışdır. Hal-hazırda o azyaşlı oğlan övladıyla birlikdə ayrı ünvanda yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, iş № 2(049)-1279/2024 saylı qətnaməsi ilə X7 ilə onun, yəni, İddiaçı arasında 18 dekabr 2004cü il tarixdə Lənkəran Şəhər Nikah evində qeydə alınmış 584 nömrəli nikah aktı qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 21 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 atası – İddiaçı, yəni, onun yanımda saxlanılması qət edilmişdir. 2021-ci ilin aprel ayından cavabdehlə faktiki olaraq ayrılıb. Birgə təsərrüfatı idarə etmir. Böyük uşağı - 30 iyul 2004-cü il təvəllüdlü qızı X4 artıq yetkinlik yaşına çatmışdır, 21 yaşı vardır, öz hərəkətləri barəsində sərbəst və müstəqil qərarlar qəbul etmək iqtidarındadır, anası ilə birlikdə yaşamasına baxmayaraq, hal-hazırda da onun bütün problemlərini o həlledir, onunla və yanımda saxlanılan qardaşı ilə mütəmadi surtədə və ya müntəzəm şəkildə ünsiyyətdə olur, tez-tez və ya vaxtaşırı yanlarına gəlir, onlarla birlikdə qalır, onları onu, qardaşını və nənəsini (anasını) çox sevir, onlara həddindən artıq bağlıdır. Həmin vaxtdan hal-hazırki vaxtadək, o, 21 sentyabr 2010-cu il tarixdə doğulmuş övladı X5 ilə birlikdə ayrı, Lənkəran rayonunun Sütəmurdov kəndində ona məxsus fərdi yaşayış evində yaşayır. «Ana» sayılan bu cavabdeh çox uzun bir müddətdir ki, oğlu Mövla ilə və ya onun hər hansı bir problemi ilə, nə yeyib-içdiyi ilə belə maraqlanmır. Ən azından doğma övladının elementar qayğıları belə onu düşündürmür. Azyaşlı oğlu Mövla sağ-salamatdır, onun himayəsində, qayğısı və dəstəyi altındadır. O, uşağa təkbaşına baxır, onun saxlanılmasında, qidalanmasında, sağlamlığının qorunmasında, təhsilində və s. qayğılarının çəkilməsində də mən təkcə, heç kimin - xüsusən də anasısayılan bu şəxsin - cavabdehin hər hansı bir köməyi olmadan iştirak edir. Müqəddəs ana adını daşıyan, lakin, bu ada qətiyyən layiq olmayan, analıq-valideynlik hissindən uzaq bu şəxs cavabdeh doğma övladını qətiyyən düşünmür, onun maddi və digər təminatlarının az da olsa təmin edilməsindən ötrü heç bir köməklik göstərmir. Tam məsuliyyətiylə bildirir ki, bu şəxsi-yəni cavabdehi onun doğma övladının taleyi qətiyyən maraqlandırmır. Belə ki, cavabdeh, yuxarıda da qeyd etdiyi kimi bu vaxta qədər övladı ilə ümumiyyətlə bircə dəfə də olsun maraqlanmamış və heç bir köməklik və ya hər hansı bir maddi yardım göstərməmişdir. Bununla bağlı ona müraciət edildikdə isə ondan təhqir və təhdidlər edib. Hazırki anadək, tərəfindən humanistlik nümayiş etdirilərək, cavabdehdən aliment tələb edilməmişdir. Lakin, artıq, böyüdükcə uşağının maddi tələbatları çoxaldığından, bunun da ciddi maddi çətinliklərə gətirib çıxardığından, ən əsası ana sayılan bu şəxsin uşağı ilə qətiyyən maraqlanmaması səbəbindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Qətiyyətlə bildirir ki, cavabdeh heç nədən, heç bir haldan asılı olmayaraq, hər hansı bir güzəşt nəzərə alınmadan bir valideyn kimi uşağı saxlamağa borcludur və bu vəzifənin icrasında mütləq iştirak etməlidir. Bütün bunlara görə də aliment tələbi ilə məkəməyə müraciət edir. Xüsusatlara və qanunvericiliyin aşağıda istinad edəcəyim müddəalarına görə hesab edir ki, 21 sentyabr 2010-cu il tarixdə doğulmuş uşağı – oğlu X3 yetkinlik (18) yaşına çatanadək saxlanması üçün cavabdeh Əliyev (Muradova) Günay Əlövsət qızından qeyd etdiyi vaxtdan və ya tarixdən başlayaraq, qeyd etdiyi sabit məbləğdə aliment pulu tutulmalı və iddiaçıya - yəni, ona İddiaçı ödənilməlidir. Birgə nikahdan olan uşağları oğlu X3 yetkinlik (18) yaşına çatanadək saxlanılmasından ötrü mənə sabit məbləğdə aliment ödəməsi tələbinə dair, əvvəlcə ona, yəni, cavabdeh Əliyeva (Muradova) Günay Əlövsət qızının həm daimi qeydiyyatda olduğu (Lənkəran şəh., Fizuli küç., ev 82), həm də faktiki yaşadığı (ünvan 2 ünvanlarına 30 aprel 2025-ci il tarixdə tərtib edərək, 02 may 2025-ci il tarixli poçt vasitəsi ilə ünvanladığım sifarişli-xəbərnaməli yazılı təkliflə (məktublarla) müraciət etdi. Həmin təklifi (məktubu) poçtla alan cavabdeh Əliyeva (Muradova) Günay Əlövsət qızı etibarnamə üzrə nümayəndəsi telefon vasitəsi ilə zəng edərək onu və nümayəndəsi təhdid və təhqir etməklə hər hansı bir məbləğdə aliment ödəməyəcəyini, heç kimin də ona heç nə edə bilməyəcəyini bildirdi. Qeyd etdiyi bu səbəbdən və həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbinə əsasən (məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hesab edirə ki, hazırki iddia tələbim əsasında məhkəmənin təyin edəcəyi sabit pul məbləğində alimentin cavabdeh Əliyeva (Muradova) Günay Əlövsət qızı tərəfindən ödənilməsinin başlanğıcı 02 may 2025-ci il tarixdən hesablanmalı və cavabdehdən xx.xx.2025-ci il tarixdən başlayaraq birgə nikahlarından doğulmuş, hazırda faktki olaraq onun yanında və himayəsində qalmaqla yaşayan yetkinlik yaşına çatmayan azyaşlı uşağı 21 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü, onun, yəni İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment pulunun tutulması və müvafıq qaydada ona verilməsinə dair məhkəmə qətnaməsi qəbule dilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş və ərizə göndərərək iddianı müdafiə edərək iddialarının təmin olunmasını xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh iddiaya qarşı hər hansı etiraz verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri Fizuli küçsi ev 82 ünvanında qeydiyyatdadır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1279/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 ilə İddiaçı arasında 18 dekabr 2004-cü il tarixdə Lənkəran şəhər nikah evində qeydə alınmış 584 nömrəli nikah aktı qeydi pozulub. Nikah pozulduqdan sonra tərəflərin birgə niikahından 21 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 atası İddiaçı yanında saxlanılsın. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X7 arasında bağlanmış nikaha Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2010cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X10. qızıdır Lənkəran ŞİHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X5 həqiqətəndə 2021-ci ilin aprel ayından bu günə kimi Lənkəran rayonu Sütəmurdov kəndində atasına məxsus fərdi yaşayış evində onunla birlikdə yaşayır və qeydiyyatdadır. Lənkəran rayonu Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbin xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X5 həqiqətən o, xx.xx.2021-ci il tarixindən hazıırkı vaxta qədər Lənkəran rayonu Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində təhsil alır və hal hazırda məktəbin İX B (doqquzuncu) sinif şagirdidir. xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00552 saylı mediasiya arayışından görünür ki, mediasiya prosesində cavabdeh iştirak etməmiş, İddiaçı tərəfindən cəmi 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə, iddiaçının nümayənndəsi və vəkiliinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində (yəni cari ilə münasibətdə 200 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin miqdarının 400 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 4800 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 68 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə iddiaçının tələbi qismən təmin edilərək bir uşaq üçün 160 manat aliment müəyyən edildiyindən, il ərizində ödəmlərin məcmusu ilə 160x12=1920 manat təşkil edir. Həmin məbləğ üçün 39,2 manat dövlət rüsumu ödənilməli idi. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyini nəzərə aldıqda ödənilməli olan 39,2 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməli qalan 20,8 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. 27 avqust 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyini nəzərə alaraq iş üzrə ödənilməli olan 39,2 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməli qalan 20,8 manat isə iddiaçının özünə aid edilməlidir. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindiyi andan müvəqqəti alimentin tutulmasına dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(049)-3376/2025 saylı qərardadı qüvvədən düşür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar