Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3459/2022 22.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə: iclas katibi: X11, iddiaçı: İddiaçı və onun nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərəkcavabdeh Qədriova (Nəsirova) Gülana İbrahim qızından birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahların iki uşaqları doğulmuş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X7 onun yanında, xx.xx.2011-ci il təvəllüdlü X8 isə iddiaçının yanında saxlanılmışdır. Hazırda beynində serebral xəstəlikdən əziyyət çəkir və onun iynəsi dövlət tərəfindən təmin edilir. Qızının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat veriıməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra) 185.5-ci maddəsinə əsasən işə cavabdehin işitrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçının eyni tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində işə baxılmış və qətnamə qəbul edilmişdir, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək heab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(060)-133/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Qədirova (Nəsirova) Gülana İbrahim qızı arasında xx.xx.2008-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində bağlanmış 646 nömrəli akt qeydli nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X9 atanın – İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X8 isə anası-X6 yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X6 qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi hazrıkı iddia üzrə həm tərəflər, həm tələb, həm də tələbin əsası eyni olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən qətnaməsi ilə tələbə hüquqi qiymət verilərək, iddia təmin edilmişdir. MPM-nin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-3459/2022
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3459/2022
22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver