Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3730/2025 06.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2024-cü il tarixdən başlayaraq, Cavabdeh 25 avqust 2018-ci il tarixdə doğulmuş X6 və 05 may 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 350 manat olmaqla, cəmi 700 manat alimentin tutulub onun xeyrinə ödənilməsi, ilkin mediasiya sessiyası zamanı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə 2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.2018-ci il tarixdə Sadiq və xx.xx.2020ci il tarixdə Aybəniz adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehin təqsirinə görə ailə münasibətləri baş tutmadığından ayrılmış və nikahları məhkəmə qaydasında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1022/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Ayrıldıqları vaxtdan cavabdeh onların yaşadığı evdən getmiş və uşaqların saxlanması ilə bağlı valideynlik vəzifələrinin icrasında iştirak etməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1022/2024 saylı qətnaməsi ilə nikahları pozularkən xx.xx.2018-ci il təvəllüdlü Sadiq və xx.xx.2020-ci il təvəllüdlü Aybəniz adlı uşaqların onun yanında qalması müəyyən edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan həmin mülki iş üzrə təyin olunan məhkəmə-psixoloji ekspertizasının rəyində göstərilir ki, 25 avqust 2018-ci il təvəllüdlü X6 və 05 may 2020-ci il təvəllüdlü X3 psixikasında və davranışlarında hansı valideyninin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. 25 avqust 2018-ci il təvəllüdlü X6 və 05 may 2020-ci il təvəllüdlü X3 hal-hazırda ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. Göründüyü kimi verilən ekspert rəyi ilə onun anaları ilə ünsiyyətlə bağlı uşaqlara hər hansı təsirinin olmaması müəyyən edilməklə yanaşı, həmçinin uşaqların da analarına bağlılığının olmadığı öz təsdiqini tapmışdır. Eyni zamanda uşaqların ana ilə hər hansı bağlılığı yoxdur, hətta ünsiyyət onların normal həyat və psixoloji durumuna mənfi təsir göstərir. Çünki ana olaraq uşaqlarını istəyən şəxs hər həftə ünsiyyət üçün təyin olunan yerə gəlməli və hətta uşaqlar istəməsə belə bunun üçün təyin olunan yerə gəlməklə öz vəzifəsini yerinə yetirməlidir. Lakin cavabdeh, hər həftə uşaqlar onun tərəfindən icra şöbəsinə aparılsa da, təyin olunan yerə gəlməmiş və faktiki olaraq ünsiyyətdən imtina etmişdir. Bütün bunlar icra şöbəsi tərəfindən akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Hazırda o, uşaqları tək başına böyütməkdə çətinlik çəkir. Uşaqlarının tələbatları çoxalmış və bu da özlüyündə ailədə maddi çətinliklərə gətirib çıxarmışdır. İmkansızlıq ucbatından uşaqlarına lazımi qayğını göstərə bilmir. Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludur və bu vəzifənin icrasında iştirak etməlidir. Uşaqları cavabdeh həmişə, yəni birgə yaşadıqları dövrdə belə anası X2 üstünə atmışdır. Uşaqlardan biri 2-ci sinifə, digəri isə uşaq baxçasına gedir. Uşaqlara anası özü baxır və uşaqlar onu öz anaları kimi qəbul edirlər. Hətta anası “Xanbulan” Su idarəsindəki işindən 1 ildir ki çıxıb ki, uşaqların təlim-tərbiyəsi və qayğıları ilə məşğul olsun. Cavabdeh evdə olanda da uşaqlara anası baxmışdır. Çünki cavabdeh həmişə uşaqlara qarşı səhlənkar olmuş və onlara baxmamışdır. İndi isə uşaqlar halhazırda doğulduqları evdədirlər, əvvəl getdikləri məktəbə və uşaq baxçasına gedirlər və əvvəl olduqları mühitdədirlər. Cavabdehin hərəkətləri ailə dəyərləri baxımından uyğun hesab edilməyən, ər arvad birliyinin ailə kimi qiymətləndirilməsini mümkün etməyən, eləcə də valideyn kimi vəzifələrinin icra edilməməsi kimi qəbul edilməlidir. Hazırda ayrı yaşasalar da, cavabdeh uşaqların ehtiyaclarınının qarşılanmasında nəinki iştirak etmir, hətta onların taleyi ilə belə maraqlanmır. Uşaqların maddi ehtiyacının ödənilməsində ona valideynləri köməklik edir. Baxmayaraq ki, cavabdeh fərdi qaydada işləməklə gəlir əldə edir. Lakin uşaqların saxlanılması üçün könüllü olaraq ona maddi cəhətdən köməklik etmədiyindən aliment tələbi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olduqları rayon üzrə Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediator Ramin Şükürovun mediatorluğu ilə təyin edilmiş xx.xx.2025-ci il tarixli mediasiya prosesində cavabdeh iştirak etməmiş və buna görə də ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhz bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsində göstərdiklərinə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hər ay bir uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş: AZ-İV 159264 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası isə X1 qeyd edilmişdir. AZ-İV 455375 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası isə Cavabdeh kimi qeyd edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 16(049)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixə, saat 10:00-a təyin olunmuş icraya İddiaçı gəlsədə icra işi üzrə tələbkar X8 gəlməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsini 05 iyun 2024-cü il tarixli, 2(049)-1022/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmdən saxlanılması qət edilmişdir. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Həmin arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin 16(049)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının surətindən görünür ki, ərizə qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə e-2(049)-3730/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək tərəflərin birgə nikahından 25 avqust 2018-ci il tarixdə doğulmuş X6 və 05 may 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh müvəqqəti olaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.2 misli həddində alimentin tutularaq ərizəçi (iddiaçı) İddiaçı verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərar alınmışdır. İş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabehin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İddiaçı həmin uşaqların saxlanmasından ötrü Cavabdeh hər ay bir uşaq üçün 350 manat olmaqla, hər ay iki uşaq üçün 700 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh isə hər ay bir uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirir. Məhkəmə iş üzrə iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. İddiaçının hər ay bir uşaq üçün 350 manat olmaqla, hər ay iki uşaq üçün 700 manat sabit pul məbləğində aliment tutulması tələbini müzakirə edərkən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə cavabdehin tələb olunan alimenti ödəməyə maddi imkanının olması barədə zəruri sübutları məhkəməyə təqdim etməmişdir. O da vurğalanmalıdır ki, cavabdehin hər ay bir uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün 200 manat sabit pul münasibətdə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsi, hazırki dövr üçün xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il tarixdə X5 adlı uşaqların saxlanması xərcləri ilə də uzlaşmadığından, bu tələb qismən təmin olunmalıdır. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). İddiaçı tələbində cavabdehdən tutulacaq alimentin 01 yanvar 2024-cü il tarixdən başlayaraq hesablanmasını xahiş etmiş, həmin tarixi nikahın pozulması tələbi ilə müraciət etməsi ilə əlaqələndirmişdir. Lakin iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda belə mübahisənin predmeti “nikahın pozulması tələbi” olaraq qeyd edilmişdir. Eyni zamanda nikahın pozulması barədə mübahisə məhkəmə qaydasında həll edilərkən iddiaçının ümumiyyətlə alimentlə bağlı tələbi olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, aliment tələbi ilə bağlı iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Ölkə üzrə 2025-ci il üçün isə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Sadiq və Aybəniz adlı uşaqların saxlanması üçün alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, alimentin məbləği isə 2025-ci il ölkə üzrə müəyyən edilən minimum əmək haqqında münasibətdə aparılmalıdır. Aliment hesablanarkən müvəqqəti təminat tədbiri barədə Lənkəran Rayon Məhkəməsinin 16(049)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Alimentlə bağlı müvəqqəti təminat tədbiri barədə Lənkəran Rayon Məhkəməsinin 16(049)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3730/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3730/2025
06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver