Məhkəmə qərarları › İş №e-2(049)-4051/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4051/2025

27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4051/2025 27.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı, Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Lənkəran filialından 26 fevral 2025-ci il tarixli 13-Y-2-0-630-25 saylı kredit müqaviləsi ilə 48 ay müddətinə aylıq faiz dərəcəsi 17.9 % olan Cavabdeh ilə birgə nikah dövründə götürdüyüm 20000 manat məbləğində kredit pulunun və 8149.75 manat kredit faizlərinin,cəmi 28149.75 manat kredit borcunun cavabdehlə mənim aramda hər birimizə ½ hissə paylara bölünməsi və dövlət rüsumu olaraq ödədiyim 175 manat pulun Cavabdeh alıanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət edərək aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli 139 nömrəli nikah qeydinin pozulması, iki nəfər uşağın onun yanında saxlanılması, onunla birgə nikahlarından doğulmuş iki nəfər xx.xx.2017-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay bir uşağa görə 246 manat, iki uşağa görə cəmi 492 manat məbləğində alimentin (hər bir uşağa orta əmək haqqı məbləğinin 0.62 misli miqdarında), alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini qismən qəbul etmişdir. Belə ki, o, Cavabdeh ilə aralarında bağlanılmış nikah qeydinin pozulmasına etiraz etmir, lakin iddia tələbinin alimentə dair hissəsi ilə isə razı deyil. Cavabdeh ondan hər uşağa hər ay 246 manat məbləğində aliment tələb edir. O, bununla razı deyil. Çünki, Cavabdeh özü də işləyir və bir valideyn kimi o, da uşaqları saxlamağa borcludur. Uşaqların saxlanması üçün tələb olunan 246 manat pulun hamısını o, ödəməli deyil. O, hazırda Qarabağda işləyir. Lakin onun işi mütəmadi xarakter daşımadığı üçün bir uşağa görə 246 manat, iki uşağa görə 492 manat pulu o, hər ay ödəyə bilməyəcəkdir. Ona görə də, o, hər ay hər uşağa görə 100 manat olmaqla hər ay iki uşağa görə cəmi 200 manat aliment ödəməyə razıdır. Həmçinin o, Cavabdeh ilə ailəli olduğu zaman 26 fevral 2025-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialından 48 ay müddətinə 20000 manat məbləğində, həmin tarixdə yenə də 400 manat məbləğində və 19 mart 2025-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialından 60 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşəm və götürdüyü həmin kreditləri ailəsinə xərcləmişdir. Hazırda onlar ayrılandan sonra da kreditin ödənilməsi onun üzərində qalmışdır. Belə ki, həmin pula o, Cavabdeh üçün “İphone 14 pro” markalı telefon almış və eyni zamanda Cavabdeh sol diz qapağında çat olduğu üçün, onu Bakı şəhərinə xəstəxanaya aparıb müayinə və müalicə elətdirmişdir. Həmçinin, o pula onun üçün qızıl almışdır. Hazırda da həmin qızıllar onun özündədir. O, bununla bağlı Lənkəran 1 saylı mediasiya təşkilatına müraciət etmiş və həmin mediasiya prossesi xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Ona görə də o, hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəmənin icraatına daxil olmuş, e-2(049)-4051/2025 nömrə ilə qeydə alınmışdır. İddiaçı oğlnun nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki ərizə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülənə kimi verildiyindən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər MPM-nin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə hazırki tələblə məhkəməyə müraciət etmək üçün 115 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 115 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 115 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar