Məhkəmə qərarları › İş №e-2(049)-422/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-422/2024

08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-422/2024 08.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə edilən 5000 manat pul vəsaitin və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh "xxxx" ASC-nin (bundan sonra "xxxx" ASC) “Lənkəran Filialına” əmək haqqı kartı götürməsi üçün gəlmiş və növbəsinə (F013 saylı kod) əsasən 13:59 radələrində ona xidmət edəcək masaya yaxınlaşmışdır. Filialın müştərilərə xidmət göstərən əməkdaşı tərəfindən cavabdehi eyniləşdirmək üçün zəruri olan məlumatlar bankdaxili müvafiq avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş və daha sonra ona əmək haqqı kartının hələ hazır olmadığı, hesabda olan 89 manat vəsaitin çəkilməsi ilə bağlı kartının aktivləşdirilməli olduğu və aktivləşdirilmədən sonra həmin kartdan digər karta vəsaitin köçürməsinin mümkünsüzlüyü izah edilmiş, bundan sonra müştəri Cavabdeh filialı tərk etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixində X6 "xxxx" ASC-nin “Lənkəran filialına” özünə debet kart sifariş vermək üçün gəlmiş və növbəsinə (A040 saylı kod) əsasən 14:05 radələrində ona xidmət edəcək masaya yaxınlaşmış, “Tam Kart VİSA Platinum debet” kartını sifariş vermiş, "xxxx" ASC-nin tariflərinə əsasən, müvafiq kartı pulsuz əldə etmək üçün həmin kartın hesabına 5000 manat vəsaitin mədaxil edilməsi üçün müvafiq vəsaiti filialın kassa bölməsində mədaxil etmiş, kartı əldə etmək üçün zəruri olan bütün sənədləşdirmələri aparmış və imzaları atmışdır. "xxxx" ASC-nin müştərilərə xidmət edən müvafiq əməkdaşı tərəfindən X1 hesabı açılarkən texniki səhv nəticəsində, ondan qabaq həmin masada bank tərəfindən xidmət göstərilmiş müştəri Cavabdeh bankdaxili müvafiq avtomatlaşdırılmış informasiya sistemində olan texniki məlumatlarından (göstəricilərindən) istifadə edilmiş, nəticədə kart hesabı müştəri X4 adına deyil müştəri X2 adına açılmış və X6 tərəfindən mədaxil edilmiş 5000 manat vəsait də həmin kart hesabına mədaxil edilmiş və X6 tərəfindən imzalanan bütün sənədlərdə onun adı deyil Cavabdeh adı qeyd edilmişdir. 5000 manat vəsait ******************** nömrəli kart hesabına daxil olduqdan sonra (kart hesabının sərəncamında olduqdan sonra) Cavabdeh həmin vəsaiti əsassız olaraq əldə etdiyini bilə-bilə "xxxx" ASC-nin mobil tətbiqi olan “ABB Mobil” vasitəsi ilə həmin vəsaiti 2 dəfə köçürmə etməklə (xx.xx.2023-cü il tarixində, saat 19:23-də 500 manat və xx.xx.2023-cü il tarixində, saat 19:26-da 4500 manat məbləğində) özünün digər kart hesabına (******************** nömrəli kart hesabına ) yönləndirmişdir və daha sonra həmin kart hesabında vəsaiti müxtəlif yerlərə xərcləmişdir. X3 sifariş verdiyinə və vəsaitin onun hesabına oturmadığına görə filiala şikayət etmiş, onun şikatyəti araşdırılarkən yuxarıda qeyd edilən xüsusatlar "xxxx" ASC tərəfindən müəyyən edilmiş və müştəri məmnuniyyətini qorumaq üçün (texniki xəta bank tərəfindən edildiyinə görə) "xxxx" ASC tərəfindən dərhal həmin vəsait öz hesabına (******************** nömrəli kar hesabına ) X4 müvafiq hesabına köçürülmüşdür. Cavabdeh 5000 manat məbləğində əsassız olaraq varlandığı faktını müəyyən edən kimi, "xxxx" ASC tərəfindən onunla xx.xx.2023-cü il tarixində əlaqə saxlanılmış, bu barədə ona məlumat verilmiş, müvafiq vəsaitin banka aid olduğu üçün geri qaytarılmalı olduğu onun diqqətinə çatdırılmış və eyni məsələ ilə bağlı “Lənkəran filalında” onunla xx.xx.2023-cü il tarixində görüş keçirilmişdir. Cavabdeh həm bankla telefon danışıqlarında, həm də canlı görüşlərdə müvafiq faktı (əsassız olaraq varlandığını) təsdiq etmiş, vəsaiti hazırda imkanı çatmadığına görə həmin vəsaiti banka qaytara bilməyəcəyini qeyd etmiş, hətta bunun təsdiqi olaraq, banka xx.xx.2023-cü il tarixli ərizə yazmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsində səhvən hesabına (338810394**********) köçürülmüş 5000 manat məbləği istifadə etdiyini, hazırda məbləği banka geri qaytara bilmədiyini, ona, həmin məbləği geri qaytarmaqdan ötrü kredit ayırmağı və ödənişin hissəhissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş və bununla da əsassız olaraq varlanma faktını bir daha təsdiq edərək etiraf etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023cü il tarixli, 259 nömrəli bildiriş (əsassız olaraq əldə edilmiş vəsaitin geri qaytarılması haqqında) Cavabdeh bildiriş göndərilmiş, işin halları bir daha onun diqqətinə çatdırılmış və əsassız olaraq, (texniki xəta nəticəsində) onun hesabına köçürülmüş 5000 manat pul vəsaiti bu bildirişi aldığı tarixdən etibarən 3 gün ərzində "xxxx" ASC-yə qaytarması xahiş edilmiş və qeyd edilən müddət ərzində vəsait qaytarılmadığı halda, "xxxx" ASC tərəfindən pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin, müvafiq bildiriş Cavabdeh çatmış və qeyd edilən müddət ərzində o müvafiq vəsaiti banka qaytarmamışdır. Belə olan halda iddiaçı "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən iddiaçı "xxxx" ASC "xxxx" ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə edilən 5000 manat pul vəsaitin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş materiallara əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh "xxxx" ASC-nin (bundan sonra "xxxx" ASC) “Lənkəran Filialına” əmək haqqı kartı götürməsi üçün gəlmiş və növbəsinə (F013 saylı kod) əsasən 13:59 radələrində ona xidmət edəcək masaya yaxınlaşmışdır. Filialın müştərilərə xidmət göstərən əməkdaşı tərəfindən cavabdehi eyniləşdirmək üçün zəruri olan məlumatlar bankdaxili müvafiq avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş və daha sonra ona əmək haqqı kartının hələ hazır olmadığı, hesabda olan 89 manat vəsaitin çəkilməsi ilə bağlı kartının aktivləşdirilməli olduğu və aktivləşdirilmədən sonra həmin kartdan digər karta vəsaitin köçürməsinin mümkünsüzlüyü izah edilmiş, bundan sonra müştəri Cavabdeh filialı tərk etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixində X6 "xxxx" ASC-nin “Lənkəran filialına” özünə debet kart sifariş vermək üçün gəlmiş və növbəsinə (A040 saylı kod) əsasən 14:05 radələrində ona xidmət edəcək masaya yaxınlaşmış, “Tam Kart VİSA Platinum debet” kartını sifariş vermiş, "xxxx" ASC-nin tariflərinə əsasən, müvafiq kartı pulsuz əldə etmək üçün həmin kartın hesabına 5000 manat vəsaitin mədaxil edilməsi üçün müvafiq vəsaiti filialın kassa bölməsində mədaxil etmiş, kartı əldə etmək üçün zəruri olan bütün sənədləşdirmələri aparmış və imzaları atmışdır. "xxxx" ASC-nin müştərilərə xidmət edən müvafiq əməkdaşı tərəfindən X1 hesabı açılarkən texniki səhv nəticəsində, ondan qabaq həmin masada bank tərəfindən xidmət göstərilmiş müştəri Cavabdeh bankdaxili müvafiq avtomatlaşdırılmış informasiya sistemində olan texniki məlumatlarından (göstəricilərindən) istifadə edilmiş, nəticədə kart hesabı müştəri X4 adına deyil müştəri X2 adına açılmış və X6 tərəfindən mədaxil edilmiş 5000 manat vəsait də həmin kart hesabına mədaxil edilmiş və X6 tərəfindən imzalanan bütün sənədlərdə onun adı deyil Cavabdeh adı qeyd edilmişdir. 5000 manat vəsait ******************** nömrəli kart hesabına daxil olduqdan sonra (kart hesabının sərəncamında olduqdan sonra) Cavabdeh həmin vəsaiti əsassız olaraq əldə etdiyini bilə-bilə "xxxx" ASC-nin mobil tətbiqi olan “ABB Mobil” vasitəsi ilə həmin vəsaiti 2 dəfə köçürmə etməklə (xx.xx.2023-cü il tarixində, saat 19:23-də 500 manat və xx.xx.2023-cü il tarixində, saat 19:26-da 4500 manat məbləğində) özünün digər kart hesabına (******************** nömrəli kart hesabına ) yönləndirmişdir və daha sonra həmin kart hesabında vəsaiti müxtəlif yerlərə xərcləmişdir. Bu səbəbdən Cavabdeh iddiaçı "xxxx" ASC-yə "xxxx" ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə edilən 5000 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 5000 manat vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh banka ərizəsində göstərilmişdir ki, səhvən bank tərəfindən onun hesabına köçürülmüş 5000 manat məbləğindəki pul vəsaitini xərcləyərək sərf etmiş və hal-hazırda həmin məbləği geri qaytara bilmir, həmin pulun geri qaytarılması üçün bankın ona kredit ayrılmasına və məbləğin hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 259 nömrəli bildirişdən görünür ki, "xxxx" ASC-nin “ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh Yunis oğluna əsassız olaraq əldə edilmiş vəsaitin geri qaytarılması haqqında bildiriş göndərilmiş və həmin vəsaiti bildirişi aldığı tarixdən 3 gün ərzində "xxxx" aSC-yə qaytarılması xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun "xxxx" ASC-yə "xxxx" ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə edilən 5000 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 70 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı "xxxx" ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə edilən 5000 manat pul vəsaiti və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Əsassız varlanma nəticəsində əldə edilən 5.000 (beş min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70.40 (yetmiş manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar