Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4293/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-4273/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda iddia ərizəsinin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tam şəkildə ödənilməmiş, habelə, ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini, tərəflər arasında olan ailə mübahisəsi ilə bağlı medisiyanın qanunamüvafiq qaydada tətbiq edilməsini təsdiq edən müvafiq sənəd ərizəyə əlavə edilməmişdir. Həmin əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara qismən əməl edərək, lakin tam şəkildə əməl etməyərək yenidən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı mediasiya prosesi ilə bağlı 50 manat miqdarında xərc ödəməklə yanaşı, hazırda məhkəməyə müraciət etmək üçün əlavə olaraq 50 manat miqdarında dövlət rüsumu da ödəmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixli 2(049)-4273/2023 nömrəli qərardadda qeyd edilən digər nöqsanları aradan qaldırmamışdır. Belə ki, iddiaçı iddia ərizəsinin tələbin mahiyyətinə aid hissəsində cavabdehlə aralarında bağlanmış nikahın pozulması, uşağın onun yanında saxlanılması və həmin uşaq üçün aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, məhkəməyə elektron qaydada verdiyi iddia ərizəsinin giriş hissəsində tələbini yenə də “Alimentin təyin edilməsi” kimi qeyd etmişdir. Bundan əlavə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah qeyd edilmişdir və onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər arasında olan hazırki mübahisə onların ailə münasibətlərindən irəli gələn mübahisədir. İddiaçı özü də hazırki iddia ərizəsində öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq normalarına istinad etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı Neftçala rayonu Sarıqamış Ərazi Dairəsinin Mikayıllı kəndində, cavabdeh isə Lənkəran rayonu Cil kəndində qeydiyyatdadırlar. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyini təsdiq edən sənədi işə əlavə etsə də, həmin sənədin məzmunundan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı isə aidiyyəti üzrə mübahisənin aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına deyil, Bakı şəhəri 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, məhkəməyə müraciət edəcək tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatına, qeyd olunan ərazidə mediasiya təşkilatı olmadıqda isə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın məsafədə yerləşən mediasiya təşkilatına müraciət etməlidir. Hazırki iş üzrə tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədiyindən və mübahisə aidiyyət baxımından cavabdehin yaşadığı yer üzrə Lənkəran Rayon Məhkəməsinə və ya iddiaçının seçməsinə görə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi) Neftçala Rayon Məhkəməsinə aid olduğundan iş üzrə mediasiya sessiyası həmin rayonlardan birinin mediasiya təşkilatı tərəfindən aparılmalıdır. Lakin iddiaçı bu qaydaya riayət etməyərək tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Lənkəran və ya Neftçala Rayon Məhkəməsinə aid mübahisə ilə əlaqədar mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etmiş, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaların tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-1-ci maddələrinin məzmununa görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini, tərəflər arasında olan ailə mübahisəsi ilə bağlı medisiyanın qanunamüvafiq qaydada tətbiq edilməsini təsdiq edən müvafiq sənəd ərizəyə əlavə edilmədiyinə görə hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. İddiaçı yenidən izah edilir ki, mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçə, habelə, qarşılıqlı razılaşma olmadıqda mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət edə bilərlər. Eyni zamanda, iddiaçıya təkrarən izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-4293/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4293/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver