Məhkəmə qərarları › İş №e-2(049)-4323/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4323/2025

12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4323/2025 12.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X5 qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə» kiçik iddialara dair qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X5 qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “X7” markalı, 77MY876 dövlət qeydiyyat vasitəsinə görə ödənilmiş 1245,98 manat sığorta ödənişinin və ödənilmiş 32,46 manat dövlət rüsumunun tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödəinlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh X6 iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025-ci il tarixdə X6 tərəfindən idarə olunan “Mercedes Benz E240” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və daha 2 digər nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. **********970 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 139035 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-da xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 500 AZN olaraq müəyyən edilmişdir. Sığortalanmış “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə (cədvələ əsasən endirim tətbiq etməklə) 4.500 AZN (dörd min beş yüz manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2025-ci il tarixli 19492 saylı qəbzə əsasən, 500 AZN azadolma məbləği çıxılmaqla qalan 4000 AZN sığorta ödənişini sığortalı X2 bank hesabına köçürmüşdür. İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdeh “Mercedes Benz E240” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixli qəbzlə digər zərərçəkənlərə də mütənasib olaraq 2404.02 AZN məbləğ iddiaçıya geri ödənilmişdir. xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh X6 təqsirli bilindiyi üçün ona qarşı sözügedən sığorta şirkətinin Subroqasiya hüququ yaranmışdır. Belə ki, X6 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol və TP ******* saylı qərar qəbul edilmişdir. Həmçinin, forma 4 arayışından, izahatlardan, hadisə sxemindən görünür ki, həqiqətən yol-nəqliyyat hadisəsicavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehə pretenziya göndərilmiş, şifahi əlaqə yaradılmış, güzəşt təklif etməklə ödəniş etməsi bildirilsə də, cavabdeh tərəfindən bu günə qədər cəmi 350 AZN borc ödənilmiş və qalan məbləğ ödənilməmişdir. Beləlikə, cavabdehin hal-hazırda iddiaçıya 4000 AZN sığorta ödənişindən 2402.02 AZN icbari ödəniş və 350 AZN ödənilmiş məbləğ çıxılmaqla 1245.98 AZN borcu vardır. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin X3 təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı Sığorta Şirkəti ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də,1245.98 AZN (min iki yüz qırx beş manat doxsan səkkiz qəpik) pul X1 iddiaçı "xxxx" Sığorta Şirkəti ASC -nin xeyrinə tutulmalıdır. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdeh X5 qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “X7” markalı, 77MY876 dövlət qeydiyyat vasitəsinə görə ödənilmiş 1245,98 manat sığorta ödənişinin və ödənilmiş 32,46 manat dövlət rüsumunun tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödəinlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Sığorta Şirkəti ASC-nin Sığorta Aktından görünür ki, “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-da xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 500 AZN olaraq müəyyən edilmişdir. Sığortalanmış “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə (cədvələ əsasən endirim tətbiq etməklə) 4500 AZN (dörd min beş yüz manat) zərər dəymişdir. İş materiallarına əlavə edilmiş “Ödəniş Tapşırığın“-dan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 bank köçürməsi yolu ilə 4000 manat sığorta məbləği köçürülmüşdür. İş materiallarında əlavə edilmiş “Pretenziya” məhtubundan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olan Cavabdeh sığorta ödənişinin qalan 1596 manat hissəsini İddiaçı Sığorta Şirkəti ASC-yə 10 gün müddətində qaytarılması barədə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu getmişdir. İş materiallarında əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddia tələbindən ötrü İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2025-ci il tarixində 32,46 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında əlavə edilmiş İXP protokolundan və inzibati tənbehvermə qərarından görünür ki, Lənkəran rayonu, Şiləvar kənd qeydiyyatında olan Cavabdeh “Mercedes Benz E240” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında əlavə edilmiş İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun yoxlanılması haqqında arayışdan görünür ki, “Mercedes Benz E240” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş vermiş, Lənkəran rayonu, Şiləvar kənd qeydiyyatında olan Cavabdeh “Mercedes Benz E240” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X6 tərəfindən idarə olunan “Mercedes Benz E240” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və daha 2 digər nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. **********970 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 139035 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti ASC-da xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 500 AZN olaraq müəyyən edilmişdir. Sığortalanmış “X7” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə (cədvələ əsasən endirim tətbiq etməklə) 4500 AZN (dörd min beş yüz manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2025-ci il tarixli 19492 saylı qəbzə əsasən, 500 AZN azadolma məbləği çıxılmaqla qalan 4000 AZN sığorta ödənişini sığortalı X2 bank hesabına köçürmüşdür. İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdeh “Mercedes Benz E240” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixli qəbzlə digər zərərçəkənlərə də mütənasib olaraq 2.404,02 AZN məbləğ iddiaçıya geri ödənilmişdir. xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh X6 təqsirli bilindiyi üçün ona qarşı sözügedən sığorta şirkətinin Subroqasiya hüququ yaranmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə (öhdəlik anlayışı) görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə (öhdəliyin icrasından imtina) əsasən, AR Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə (öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti) əsasən əgər AR Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, “Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risqlərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Mülki Prosesual Məcəlləsinin 119.1-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsindən ötrü iddiaçı tərəfidən 32,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 “X7” markalı, 77MY876 dövlət qeydiyyat vasitəsinə görə ödənilmiş 1245,98 manat sığorta ödənişi və ödənilmiş 32,46 manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 “X7” markalı, 77MY876 dövlət qeydiyyat vasitəsinə görə ödənilmiş 1245,98 manat sığorta ödənişi və ödənilmiş 32,46 manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar