Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4372/2024 24.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada «ödənilmiş sığorta məbləğinin subroqasiya tutulması tələbinə» kiçik iddialara dair qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada «ödənilmiş sığorta məbləğinin subroqasiya tutulması tələbinə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “VAZ2106” markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 600 manat məbləğin, 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, ümumilikdə cəmi 630,4 manat borcun tutularaq, iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. İddia ərizəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan lakin, Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edilən “VAZ21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2106 “markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 041699 nömrəli “Sığorta Aktından” və icbari sığorta bürosunun çıxarışından məlum olur ki, “VAZ 21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək bir il müddətdə icbari qaydada sığorta olunmuşdur. Az Resp DİN BDYPİ-nin təqdim etdiyi kompüter çıxarışına əsasən, 21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, xx.xx.2017-ci ildə Cavabdeh2 adına qeydiyyata alınmış, Cavabdeh1 xx.xx.2017-ci ildə maşını onundan adından çıxararaq özünküləşdirmişdir. Hadisə baş verən tarixdə sözügedən avtomobilin mülkiyyətçi hələ də Cavabdeh2 olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, sözügedən nəqliyyat vasitəsi etibarnamə ilə ayrı-ayrı zamanlarda iki şəxsə məxsus olmuş, yol nəqliyyat hadisəsi törədən Cavabdeh1 etibarnaməsi belə mövcud olmamışdır. Nəqliyayt vasitələrinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “VAZ 2106 “markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 600 manat məbləğində zərər dəymiş, dəymiş ziyanla əlaqədar nəqliyyat vasitəsinin sürücüsü X2 xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət edərək, sığorta ödənişinin onun hesabına köçürülməsini tələb etmişdir. 5640 saylı ödəniş tapşırığı ilə 600 manat məbləğində sığorta haqqı zərərçəkmiş X1 «Atəşgahsığorta” ASC tərəfindən ödənilmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2017-ci il tarixli, 3(049)-512/2017 saylı qərara əsasən Cavabdeh1 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Cavabdehlərlə dəfələrlə əlaqə saxlanılsa da, borc barədə məlumatlarının olmasına baxmayaraq, onlar borcu ödəməmişlər. Bu səbəbdən iddiaçı «Atəşgahsığorta” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada «ödənilmiş sığorta məbləğinin subroqasiya tutulması tələbinə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “VAZ2106” markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 600 manat məbləğin, 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, ümumilikdə cəmi 630,4 manat borcun tutularaq, iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında əlavə edilmiş PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 041699 nömrəli “Sığorta Aktından” və icbari sığorta bürosunun çıxarışından məlum olur ki, “VAZ 21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək bir il müddətdə icbari qaydada sığorta olunmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 3(049)-512/2017 saylı 27 iyul 2017-ci il tarixli qərarından görünür ki, həmin qərarla Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan lakin, Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edilən “VAZ21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2106 “markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “VAZ 21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş “VAZ2106” markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 600 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 5640 nömrəli ödəniş tapşırığından görünür ki, «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən X1 600 manat sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “VAZ 21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan qəbzdən görünür ki, «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, «Atəşgah” Sığorta Şirkəti ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan lakin, Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edilən “VAZ21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2106 “markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 041699 nömrəli “Sığorta Aktından” və icbari sığorta bürosunun çıxarışından məlum olur ki, “VAZ 21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək bir il müddətdə icbari qaydada sığorta olunmuşdur. Az Resp DİN BDYPİ-nin təqdim etdiyi kompüter çıxarışına əsasən, 21074” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, xx.xx.2017-ci ildə Cavabdeh2 adına qeydiyyata alınmış, Cavabdeh1 xx.xx.2017ci ildə maşını onundan adından çıxararaq özünküləşdirmişdir. Hadisə baş verən tarixdə sözügedən avtomobilin mülkiyyətçi hələ də Cavabdeh2 olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, sözügedən nəqliyyat vasitəsi etibarnamə ilə ayrı-ayrı zamanlarda iki şəxsə məxsus olmuş, yol nəqliyyat hadisəsi törədən Cavabdeh1 etibarnaməsi belə mövcud olmamışdır. Nəqliyyat vasitələrinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “VAZ 2106 “markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 600 manat məbləğində zərər dəymiş, dəymiş ziyanla əlaqədar nəqliyyat vasitəsinin sürücüsü X2 xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət edərək, sığorta ödənişinin onun hesabına köçürülməsini tələb etmişdir. 5640 saylı ödəniş tapşırığı ilə 600 manat məbləğində sığorta haqqı zərərçəkmiş X1 «Atəşgahsığorta” ASC tərəfindən ödənilmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2017-ci il tarixli, 3(049)-512/2017 saylı qərara əsasən Cavabdeh1 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “VAZ2106” markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 600 manat məbləğ, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı, ümumilikdə cəmi 630,4 manat borc tutularaq, iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “VAZ 2106” markalı, JN 100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 600 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla, ümumilikdə cəmi 630,4 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov Hakim:
Məhkəmə qərarları › İş №e-2(049)-4372/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4372/2024
24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver