Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4741/2025 03.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu İddiaçı Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh 144 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Azərmaş” MMC-nin mülkiyyətindəki 16 noyabr 2021-ci il tarixli MAS-4312 saylı “Öhdəlilərin ötürülməsi” müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. X3 xahişi əsasında avtomobilin idarə olunmasına dair Cavabdeh Ədüləli oğluna İddiaçı MMC tərəfindən etibarnamə verilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ16841309 saylı protokola görə 36 manat; 2. EQ16851880 saylı protokola görə 45 manat; 3. EQ17264457 saylı protokola görə 45 manat; 4. EQ17264710 saylı protokola görə 9 manat; 5. EQ17264716 saylı protokola görə 9 manat; Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 144 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X12 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə məhkəmə bildirişi və iddia ərizəsi xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə çatdırılsa da, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını göndərməmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli MAS-4312 saylı X7 görünür ki, "xxxx" MMC (Lizinq verən) "Khazar LX" markalı avtomobili X1 (Lizinq alan) 48 ay müddətinə, illik 24.5% mükafat məbləği ilə lizinqə vermişdir və müqavilənin əsas məbləği 14.950 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Müqaviləyə 1 saylı Əlavədən və 01 sentyabr 2021-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, ban nömrəsi NVABA1HHFMF802773 olan, ağ rəngli "Khazar LX" markalı avtomobil "xxxx" MMC tərəfindən X1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli MAS-4312 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, ilkin lizinq alan X4 ("Öhdəlikləri Ötürən") X9 üzrə bütün öhdəliklərini X5 ("X11") ötürmüş və İsmayılov Amin bu öhdəlikləri tam həcmdə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən X5 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin 08 dekabr 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 07 may 2025-ci il tarixli 671 nömrəli xəbərdarlıq sənədindən görünür ki, "xxxx" MMC Cavabdeh müraciət edərək, törədilmiş inzibati xətalara görə şirkət tərəfindən ödənilmiş 144 manat məbləğində borcun ödənilməsini tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş X2 Şəhadətnaməsindən görünür ki, **-PC-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, "Khazar LX" markalı avtomobil mülkiyyət hüququ əsasında İddiaçınə məxsusdur. İş materiallarına əlavə edilmiş İnzibati Xəta haqqında məlumatlardan görünür ki, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində aşağıdakı protokollar tərtib edilmişdir: EQ16851880 (45 AZN), EQ16841309 (36 AZN), EQ17264716 (9 AZN), EQ17264710 (9 AZN) və EQ17264457 (45 AZN). İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ödəniş çeklərindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta protokolları (EQ16841309, EQ16851880, EQ17264457, EQ17264710, EQ********) üzrə cərimə məbləğləri 21 iyun 2024-cü il tarixində ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə edə bilər, iş materiallarından müqavilənin hələ də davam etdiyi müəyyən olunmaqla bərabər, mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı MMC-nin ( əmlakına vurulmuş zərərin (lizinq müqaviləsinin əsasə müddəalarına əsasən hazırda Azərmaş MMC mülkiyyətçisidir) vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsi, habelə yuxarıda sadalanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına əsasən sonuncu etibarnamə üzrə Cavabdeh tərəfindən törədilmiş inzibati xətalar əsasındakı inzibati xəta haqqında protokollara (qərar qüvvəli) görə ödənilmiş 144 manat cərimə məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollar üzrə Cavabdeh maddi ziyana görə 144 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4741/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4741/2025
03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver