Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4758/2023 29.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı öz iddia tələbində özünün qeydiyyat ünvanının Lənkəran şəhəri, Cavabdeh qeydiyyat ünvanının isə ünvan 2kin hazırki tələblə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə deyil, özünün yaşayış yeri üzrə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının hazırki iddia tələblərinin hər iki hissəsi eyni tərəflər arasında olmaqla, hər iki tələb ailə münasibətlərindən irəli gələn mübahisə olsa da, ərazi aidiyyəti qaydaları baxımından fərqlənir. Belə ki, həmin tələblərdən biri kimi, nikahın pozulması tələbi üzrə iddiaçının özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ olsa da, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi üzrə iddiaçının özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüquq qanunvericlikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı hazırki vəziyyətdə nikahın pozulması tələbi üzrə özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etməyə haqlı olsa da, iddia tələbinin ikinci hissəsi üzrə (birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü) iddianın aidiyyət baxımından iddiaçının seçməsinə görə özünün yaşadığı yerin məhkəməsinə verilməsini nəzərdə tutan (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi ilə müəyyən edilmiş) hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələbin bir hissəsi ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə görə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən hər bir tələblə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-4758/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4758/2023
29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver