Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-569/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövrü götürülmüş kreditin ödənilməsi öhdəliyinin nikah tərəflərinin birgə öhdəliyinə aid edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli, GTKR0286514A108 saylı kredit müqaviləsinə əsasən 22 aprel 2024-cü il tarixə qədər olan müddətdə qaytarılması şərti ilə illik faiz dərəcəsi 27,84 olmaqla götürülmüş 8480 (səkkiz min dörd yüz səksən) manat kredit pulun 06 iyul 2021-ci il tarixə ödənilməmiş qalmış 5381,75 (beş min üç yüz səksən bir manat 75 qəpik) manat hissəsinin ½ hissəsinin, yəni 2690 (iki min altı yüz doxsan) manatın Cavabdeh alınıb mən İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabehlə birgə nikahda olduğu dövrdə, yəni 19 iyul 2019-cu il tarixdə, "xxxx" ASC-dən 22 aprel 2024-cü il tarixə qədər olan müddətdə qaytarılması şərti ilə illik faiz dərəcəsi 27,84 olmaqla 8480 (səkkiz min dörd yüz səksən) manat kredit götürülüb ki, həmin kredit pul məhz cavabdehlə qurduğu ailənin ehtiyacları üçün sərf olunub. Adına olan həmin xx.xx.2019-cu il tarixli, GTKR0286514A108 saylı kredit müqaviləsinə əsasən götürülmüş kredit üzrə də cavabdehlə bağladığı nikahın məhkəmə tərəfindən pozulduğu 06 iyul 2021-ci il tarixə 5381,75 (beş min üç yüz səksən bir manat 75 qəpik) manat ödənilməmiş kredit borc qalıb. Hesab edir ki, cavabdehlə nikahı pozulsa da və onlar ayrılsalar da cavabdehlə birgə nikahda olduğu dövrdə götürülmüş kreditə görə xx.xx.2019-cu il tarixə olan ödənilməmiş qalıq borcun ödənilməsi öhdəliyi cavabdehlə onun birgə öhdəliyinə aid edilməlidir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə qaydalara uyğun olaraq mediasiya haqqında qanunun tələblərinə də riayət etmişdir. Lakin cavabdehin mediatorun dəvətinə gəlməməsi səbəbindən mediasiya sessiyasında iştirak edilməmə barədə MŞB/16/2024- 01208 saylı, 28 avqust 2024-cü il tarixli müvafiq arayış və mediasiya xidməti üçün ödədiyi 60 manata dair qəbz verilib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh ilə birgə nikah dövründə, yəni 19 iyul 2019-cu il tarixdə, "xxxx" ASC ilə arasında bağlanan kredit müqaviləsi əsasında bankdan aldığı 8480 manat borc məbləğini cavabdeh üçün hicab mağazası açmağa xərcləmişdir. Həmin mağazanı hazırda da cavabdeh özü işlədir. Lakin aralarında olan rəsmi nikah qeydiyyatı məhkəmə tərəfindən pozulduğu günə onun banka 5381 manat 75 qəpik borcu qalmışdır ki, boşanmadan sonra həmin borcu banka o, şəxsən özü tam olaraq ödəmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən həmin kredit borcuna dair öhdəlik onunla cavabdeh arasında bərabər bölündüyündən ödədiyi həmin vəsaitin yarı hissəsi cavabdehdən alınıb ona ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: "xxxx" ASC tərəfindən təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş “ödəniş qrafiki”ndən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış GTKR0286514A108 saylı, 19 iyul 2019-cu il tarixdə kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27,84 faiz olmaqla 8.480 manat kredit borcu verilmişdir. Ödəniş qrafikindən görünür ki, İddiaçı həmin kredit müqaviləsinə əsasən 14 iyul 2020-ci il tarixə banka olan borcu 5.381 manat 75 qəpik təşkil etmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 223 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, GTKR0286514A108 saylı, 19 iyul 2019-cu il tarixdə kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 8.480 manat kredit borcu tam olaraq ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-915/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 ilə İddiaçı arasında 04 iyul 2002-ci il tarixdə Lənkəran şəhəri Nikah evində 350 sayla qeydə alınmış nikah qeydi pozulmuşdur. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan və ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər 04 iyul 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikah dövründə "xxxx" ASC tərəfindən iddiaçıya 8.480 manat kredit verilmişdir. Tərəflər arasında olan rəsmi nikah qeydi məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə pozulmuş və nikah pozulduğu tarixə iddiaçının banka borcu (öhdəliyi) 5.381,75 manat təşkil etmişdir. Hazırda iddiaçının bankın qarşısında olan kredit öhdəliyi tam olaraq yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.2 maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 saylı 12 mart 2024-cü il tarixli qərarının: 6.36-cı maddəsində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 6.39-cu maddəsinə əsasən, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının məzmunundan belə müəyyən edilir ki, iddiaçının bankın qarşısında olan sözügedən kredit öhdəliyi tərəflərin ümumi öhdəliyinə aid edilməlidir. Belə ki, tərəflər arasında məhkəmə tərəfindən rəsmi nikah pozulduğu tarixdə iddiaçının bank qarşısında kredit öhdəliyinə dair olan 5.381,75 manat borcu onların ümumi öhdəliyinə aid edildiyindən və həmin borc iddiaçı tərəfindən tam olaraq banka ödənildiyindən həmin vəsaitin yarısı, yəni 2.690 manat manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddia tələbi təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış GTKR0286514A108 saylı, 19 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən öhdəlik tərəflərin ümumi öhdəliyinə aid edilməklə onun yerinə yetirilməsi ilə əlaqədar 2.690 (iki min altı yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-569/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-569/2025
02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver