Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-572/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə və cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010 – xx.xx.2022-ci il iş dövrü üçün Cəlilabad rayonu, Sarxanlı kənd orta məktəbinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində (111 ay müddət üçün təxmini 72.000 manat) ödənilməyən əmək haqqının cavabdehdən tutularaq, ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cəlilabad rayonu, Sarxanlı kənd ümumi orta məktəbində dil - ədəbiyyat müəllimi işləyir. Cəlilabad rayon keçmiş Təhsil Şöbəsinin xx.xx.2000-ci il tarixli 1164 nömrəli əmri ilə yaranmış vəziyyətlə əlaqədar olaraq məktəbə nəzarət və rəhbərlik ona həvalə edilmiş və tapşırılmışdır. Ərizəsi əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixdə əmri ilə direktor səlahiyyətlərini müvəqqəti icra vəzifəsindən azad edilmişdir. Məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra etmiş və bu vəzifəyə aid bütün öhdəlikləri həyata keçirmiş, bütünlüklə təşkilatçı – sərəncamçı funsiyasında vəzifəli şəxs olaraq idarəetməni həyata keçirmişdir. Belə ki, məktəbin idarə edilməsinə nəzarət, dərs saatı bölgülərinin həyata keçirilməsi, məktəbin maliyyə - təsərrüffatına rəhbərlik, əmək haqqları və büdcə üzrə nəzərdə tutulmuş bütün cari xərclərin aparılması və ona nəzarət, tədris məsələlərini direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində yerinə yetirmişdir. Digər analoji kənd ümumi orta məktəbləri kimi Sarxanlı kənd məktəbin direktorunun əmək haqqı 2010-2022-ci illərdə məktəb şagirdlərinin say tərkibinin artmasından asılı olaraq, təhsil idarələrinin müəyyən etdiyi ştat maaşlarına uyğun olaraq, ***-**** manat məbləğində dəyişmişdir. xx.xx.2010– xx.xx.2022-ci il iş dövrü üçün onun hesablamasına əsasən, direktor səlahiyyətlərini icra edən vəzifəli şəxs olaraq, ödənməyən əmək haqqının məbləği, aylıq maaş 600 manatdan hesablansa, ümumilikdə 72.000 (yetmiş iki min) manat təşkil edir. Lənkəran – Astara Regional Təhsil İdarəsi yazılı müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, müvafiq sənədlər elektron bildiriş qaydasında təqdim olunan sənədlərdə əksini tapmadığı üçün heç bir ödəniş həyata keçirilməmişdir. Hesab edir ki, X1 direktorluq vəzifəsinə müvəqqəti icraçı vəzifəsinə təyin eidlməyi barədə əmr və digər zəruri sənədlər olduğu üçün onun hazırda tələb etdiyi əmək haqqının hesablanıb verilməməsi işəgötürənin öz vəzifələrini lazımınca yerinə yetirilməməsi sayılmalıdır. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı Bəşirov X2 orta məktəbində direktor vzifəsinin səlahiyyətlərini icra etməsinə baxmayaraq, ona həmin vəzifə üçün müəllim maaşı ilə direktor vəzifəsinin maaşı arasındakı fərq ödənilməmişdir. Lakin buna baxmayaraq məktəbə rəhbərliyi həyata keçirdiyi üçün maddi-məsul şəxs kimi onun barəsində Cəlilabad rayon prokurorluğunda ibtidai istintaq aparılaraq, ona qarşı cinayət işi üzrə ittiham elan edilmişdir. Həmçinin iddiaçı tələb etdiyi əmək haqqında dair iddia müddətini ötürməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, xx.xx.2010-ci il tarixli əmrlə Cəlilabad rayonu, Sarxanlı kənd orta məktəbinin direktoru səlahiyyətlərinin müvəqqəti icrası İddiaçı tapşırılsa da o, həmin vəzifəni ictimai əsaslarla icra etmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdirinin xx.xx.2022-ci il tarixli “intizam tənbehinin tətbiqi barədə” əmri ilə Cəlilabad rayonu, Sarxanlı kənd orta məktəbinin dil və ədəbiyyat müəllimi İddiaçı şiddətli töhmət elan edilərək, məktəbin direktor vəzifə səlahiyyətlərinin icrası ondan götürülmüşdür. İddiaçı direktor səlahiyyətlərini icra etdiyi dövr ərzində Cəlilabad rayon Təhsil Şöbəsinin 15 sentyabr 2020-ci il tarixli, 124 saylı əmri ilə onun direktor səlahiyyətlərinin icrası müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yeni direktor təyin olunanadək uzadılmış və ona direktor vəzifəsinin əmək haqqının 80 faizi miqdarında 3 aylıq məmk haqqının ödənilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı direktor maaşının 80 faizi miqdarında 3 ay müddətində ödəniş edilmişdir. Eyni zamanda İddiaçı irəli sürdüyü iddia tələbinə dair iddia müddətini ötürmüşdür. Odur ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı ******* saylı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, həmin əmək kitabçasının 3-cü səhifəsində olan 1 saylı, xx.xx.1994-cü il tarixli qeyddə onun RTŞnin xx.xx.1994-cü il tarixli 355 №-li əmri əsasında Sarxanlı kənd orta məktəbində ədəbiyyat dərsinin aparılmasına icazə verildiyi qeyd edilmişdir. Əmək kitabçasının 5-ci səhifəsində olan 4 saylı, xx.xx.2010-cu il tarixli qeyddə RTŞ-nin xx.xx.2010-cu il tarixli, 1164 №-li əmri əasında Sarxanlı kənd orta məktəbində məktəbə rəhbərliyin məktəbin dilədəbiyyat müəllimi İddiaçı tapşırıldığı qeyd edilmişdir. Cəlilabad Rayon Təhsil Şöbəsinin 1172 saylı, 30 dekabr 2010-cu il tarixli əmrindən görünür ki, həmin əmrlə Sarxanlı kənd ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi İddiaçı xx.xx.2010-cu il tarixdən məktəbə nəzarət və rəhbərlik tapşırılmışdır. “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı” xxxxxxx000101 saylı, xx.xx.2016-cı il tarixli və xxxxxxx000102 saylı, xx.xx.2019-cu il tarixli Əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı müəllim vəzifəsində işləmişdir. Cəlilabad Rayon Təhsil Şöbəsinin 124 saylı, 15 sentyabr 2020-ci il tarixli “Sarxanlı kənd ümumi orta məktəbin direktoru səlahiyyətlərinin müvəqqəti tapşırılması barədə” əmrindən görünür ki, həmin əmrdə İddiaçı Sarxanlı kənd ümumi orta məktəbin direktoru vəzifəsində səlahiyyətlərinin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədə kimi Təhsil Nazirliyi tərəfindən yeni direktor təyin olunanadək uzadılaraq, həmin vəzifə üçün əmək haqqının 80 faizi miqdarında 3 ay müdətinə ona əlavə əmək haqqı kimi ödənilməsi qeyd edilmişdir. Sarxanlı kənd ümumi orta məktəbinin müəllimi İddiaçı ödənilmiş “əmək haqqı barədə” Cavabdehndən təqdim edilmiş Çıxarışdan görünür ki, 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında İddiaçı məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyi üçün əlavə əmək haqqı ödənilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin K-284 saylı, 06 dekabr 2022-ci il tarixli əmrindən görünür ki, həmin əmrlə əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə görə Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbinin direktor vəzifə səlahiyyətlərini icra edən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərək, həmin məktəbin direktor bəzifə səlahiyyətlərinin icrası 07 dekabr 2022-ci il tarixdən onun üzərindən götürülmüşdür. Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi X6 tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qərar ona elan edilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində İddiaçı Sərxanlı kənd orta məktəbində direktor vəzifəsi səlahiyyətlərini icra edərkən məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vahid niyyətlə vəzifə səahiyyətlərindən sui istifadə etdiyi qeyd edilmişdir. İş üzrə cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədə hazırki mülki iş üzrə iddia tələbi araşdırılarkən iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edlmiş MŞL/MT014/2023- 02768 saylı, xx.xx.2023-cü i tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına ilkin olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Hazırki mülki işin araşdırılması zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı Bəşirov X3 rayonu Sərxanlı kənd orta məktəbində dül-ədəbiyyat müəllimi işləyərkən direktor vəzifəsi səlahiyyətlərinin icrası ona tapşırılmışdır. Rayon təhsil şöbəsinin 06 dekabr 2022-ci il tarixli əmri ilə məktəbinin direktor vəzifə səlahiyyətlərini icra edən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərək, həmin məktəbin direktor bəzifə səlahiyyətlərinin icrası 07 dekabr 2022-ci il tarixdən onun üzərindən götürülmüşdür. Həmin məktəbin direktoru səlahiyyətlərinin icrası zamanı yol verdiyi pozuntularla əlaqadar ona qarşı cinayət işi üzrə ittiham elan edilərək, barəsində ibtidai istintaq aparılmışdır. Direktor səlahiyyətlərini icra etdiyi müddət ərzində 2020-ci ildə ona 3 aylıq olaraq direktorun vəzifə maaşının 80 faizi məbləğində əmək haqqı ödənilmişdir. Beləliklə də işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 30 dekabr 2010-cu il tarixdən – 07 dekabr 2022-ci il tarixədək rayon təhsil şöbəsinin müvafiq əmrinə əsasən, Cəlilabad rayonu Sərxanlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləməklə direktor vəzifəsi səlahiyyətlərini icra etmişdir. Belə ki, həmin müddət ərzində qeyd edilən direktor vəzifəsinə heç bir təyinat olmamış və İddiaçı direktor vəzifəsinin səlahiyyətlərini icra etməkdə davam etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən Çıxarış: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi
1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.
2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları
1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bəşirov X3 rayonu Sərxanlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləməklə 30 dekabr 2010-cu il tarixdən – 07 dekabr 2022-ci il tarixədək həmin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyinə görə ona dil-ədəbiyyat müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq əmək haqqı kimi ona ödənilməlidir. Lakin məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmçinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qeyd edilən qanunvericilik normalarından görünür ki, işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində əvvəlki dövr üçün əmək haqqı tələbi ilə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1 maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Buna əsasən, o, xx.xx.2023-cü il tarixdə hüququnun pozulduğunu aşkar etməsi ilə əlaqadar 1 illik geriyə, yəni xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı tələb edə bilərdi. İş materiallarında olan rayon təhsil şöbəsinin təqdim etdiyi əmək haqqının ödənilməsi ilə əlaqadar çıxarışdan da görünür ki, İddiaçı əmək haqqı hər ay ödənilmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixdə İddiaçı 2022-ci ilin oktyabr ayına dair dövr üçün əmək haqqı ödənildiyindən və o, həmin ödəniş zamanı direktor vəzifəsini icra etməsi ilə əlaqadar ona əlavə əmək haqqının ödənilmədiyini və bu barədə hüququnun pozulduğunu bilmişdir. Yuxarıda qeyd edilənlərdən məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbinə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək, iddia tələbi qismən təmin edilməklə, İddiaçı Cəlilabad rayonu Sərxanlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləməklə 01 oktyabr 2022-ci il tarixdən – 07 dekabr 2022-ci il tarixədək həmin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyinə görə dil-ədəbiyyat müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq hesablanaraq əmək haqqı kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Bəşirov X3 rayonu Sərxanlı kənd orta məktəbinin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyi 01 oktyabr 2022-ci il tarixdən – 07 dekabr 2022-ci il tarixədək dövr üçün həmin məktəbin dil-ədəbiyyat müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq hesablanaraq əmək haqqı kimi ona ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Lənkəran – Astara Regional Təhsil İdarəsinə tapşırılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Anar Pənahov