Məhkəmə qərarları › İş №e-2(049)-67/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-67/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-67/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC-i məhkəməy kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə verərək “KİA Ceed” markalı, **-PF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3620 manat ödənişin və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 56.20 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmin kiçik iddiaya qarşı etiraz vermiş, buna görə də iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21154” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman zərbənin təsirindən sonuncu nəqliyyat vasitəsi də “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinə toxunmuşdur. İş materiallarına əlavə edilmiş **********2 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 120769 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. “Real Prays” Qiymətləndirmə və sığorta ekspertizası tərəfindən tərtib edilmiş və onlara təqdim edilmiş xx.xx.2022-ci il tarixli sığorta ekspertizasına dair raporta əsasən, hadisə nəticəsində zərərçəkən “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6970 manat zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 6870 manat sığorta ödənişini təmir ilə əlaqəli olaraq nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-nin təqdim etdiyi etibarnamə əsasında X2 hesabına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasmm rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində tədbir görülməsi üçün qərar Abşeron rayon Pİ DYPŞ-nə göndərilmişdir. Həmçinin iş materiallarında olan digər polis sənədləri, forma 4 arayışı, izahatlardan da hadisənin baş verməsinin məhz cavabdehin təqsiri ucbatından olması öz əksini tapır. Bununla belə onlar tərəfindən dəfələrlə Abşeron RPİ- yə cavabdeh barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın təqdim edilməsi üçün müraciət edilsə də, cavabsız qalmışdır. Habelə, işdə olan bütün materiallar mülki zərərin cavabdehin təqsiri üzündən baş verdiyini sübut edir, bunun üçün hər hansısa qərarın olması vacib deyil. Cavabdehin idarə etdiyi “VAZ 21154” markalı, 50- CF- 408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman "xxxx" ASC-də icbari qaydada sığortalı olduğundan dəymiş zərərin digər nəqliyyat vasitəsinə mütənasib şəkildə 3250 manat hissəsi icbari sığorta tərəfindən iddiaçıya ödənilmişdir. Lakin yerdə qalan 3620 manat sığorta ödənişi cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, ödənişi ödəməkdən imtina etmişdir. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 3620 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh iddianı qəbul etməyib, avtomobilə dəymiş ziyanın məbləği ilə razılaşmayıb iş üzrə ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə onun vəsatətini təmin edib iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : “İddiaçı Sığorta Şİrkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı işi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜK-nın xx.xx.2024-cü il tarixli, 2(102)-1530/24 nömrəli qərarında qeyd edilmişdir ki, kassasiya şikayətinin digər dəlili yoi hərəkəti qaydaları pozan şəxsin barəsində cinayət və ya inzibati xətanın törədilməsini təsdiq edən məhkəmə və ya digər orqanın qərarının olmaması iiə bağlı olmuşdur. Bununla bağlı olaraq qeyd edilməlidir ki, məhz yüksək təhlükə mənbəyinin sahibi tərəfindən hadisənin törədilməsi aşkardır. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarla təsdiq olunur. Lakin həmin şəxsin haqqında inzibati xəta icraatının başlanmaması onun təqsirliliyini istisna etmir. “İddiaçı"xxxx" Sığorta Şİrkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X7 qarşı işi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜK-nın xx.xx.2021-ci il tarixli, 2(102)-1174/21 nömrəli digər qərarında isə qeyd edilmişdir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusu ilə vurulmuş zərər arasında səbəbli əlaqə olub-olmaması, ümumiyyətlə, araşdırmadan kənarda qalmış, işin bu halı yalnız cavabdehin İXM-in 151.2-ci maddəsi ilə təqsirli bilinməsi kontekstində araşdırılmışdır. Halbuki mülki hüquq pozuntusu nəticəsində zərər vurulmasının təsdiqi üçün yalnız inzibati və ya cinayət məsuliyyəti ilə bağlı hər hansı qərarın olması vacib deyil. Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasmm rədd edilməsi haqqında” Qərarından görünür ki, Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri yarandığı üçün barəsində həmin maddə üzrə tədbir görülməsi üçün qərarın surətinin Abşeron rayon Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. “Real Prays” Qiymətləndirmə və sığorta ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sığorta ekspertizasına dair raportdan görünür ki, “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6970 manat ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" BOKT MMC özünə məxsus “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixədək idarə etmək üçün X3 verilmişdir. xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası sığorta şəhadətnaməsi”ndən görünür ki, sığortalı şəxs “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiəsinin sahibi X5, faydalana şəxs "xxxx" BOKT MMC-dir, sığorta müqaviləsi xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, şərtsiz azadolma məbləği 100 manatdır. xx.xx.2023-cü il tarixli, 120769 saylı sığorta aktından görünür ki, “Vaz 21154”markalı **-CF-*** d.q.n. avtomobil İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər kasko sığorta müqaviləsi ilə sığortalanmış “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toquşmuş, sığortalı Səbuhi Zərbəliyev, faydalana şəxs "xxxx" BOKT MMC-dir, azadolma məbləği (franşiza) 100 manat təşkil eləyir, ziyanın ümumi məbləği 6970 manatdır, 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla sığorta ödənişi 6870 manat təşkil edir, məbləği alan şəxs X4r. xx.xx.2023-cü il tarixli, PRP **********951 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ-i sığortalanmış “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 6870 AZN sığorta ödənişini X2 hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixli Pretenziyadan görünür ki, iddiaçı cavabdehlə mübahisənin məhkəmədənkənar həllinə cəhd göstərmişdir. “ASAN ödəniş” sistemi vasitəsilə ödənilmiş rüsumdan görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə, 56.20 manat dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X6 18. 12.2024-cü il tarixli 19/766 nömrəli ekspert rəyindən görünür ki, “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 4060 manat məbləğində ziyan dəymiş, o çümlədən dəyişilməli hissələrin qiyməti 2710 manat, təmir-bərpa işlərinin qiyməti isə 1350 manat təşkil edir. Şit hava yastığı, rul hava yastığı, akumliyator alt qoruyucusu, hava borusu, qanad altı, radiator barmaqlığı (ablisofka), vozduxamer, hava baçoku, üst plastmas ekranı, alt pətəkdən ibarət olmaqla qüsur aktında göstərilən 10 adda olan ehtiyat hissələrinin satışı barədə yerli internet saytlarında məlumat olmadığından qiymətini müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Ekspertiza xərcinə dair bildirşdən görünür ki, ekspertiza xərçi 50 manat təşkil eləyir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh sığorta ödənişinə görə 1770 manat və ödənilmiş dövlət rüsumuna görə 27.53 manat alınıb İddiaçı Sığorta Şirkəti ASC-nə verilməlidir. Belə ki, İddiaçı Sığorta Şirkəti ASC-i qüsur aktına əsalanaraq “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, 6970 manat məbləğində ziyan dəydiyini, həmin ziyan məbləğindən 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 6870 manat sığorta ödənişini X2 hesabına köçürtdüklərini, ödədikləri 6870 manat sığorta ödənişinə görə cavabdehin idarə etdiyi “VAZ 21154” markalı, 50- CF- 408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman "xxxx" ASC-də icbari qaydada sığortalı olduğundan 3250 manat hissəsi icbari sığorta tərəfindən onlara ödənildiyini, yerdə qalan 3620 manat sığorta ödənişinin isə cavabdeh tərəfindən onlara ödənilməli olduğunu göstərmişlər. Qeyd olunan məbləğlə cavabeh razılaşmamış və kiçik iddiaya qarşı etiraz verərək məhkəmə hazırlıq iclasında məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Ekspert 10 adda olan ehtiyat hissələrinin qiymətləri istisna olmaqla, qüsur aktında göstərilmiş digər ehtiyyat hissələrini qiymətləndirmiş və təmir xərcləri ilə bərabər “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6970 manat məbləğində deyil, 4060 manat məbləğində ziyan dəydiyini göstərmişdir. İddiaçı ekspert rəyinə dair məhkəməyə mülahizə göndərərək mülahizəsini onunla əsaslandırmışdır ki, rəy üzrə dəymiş ziyanın məbləği 10 adda ehtiyat hissəsi istisna olmaqla, 4060 manat (1350 manat təmir-bərpa işləri, 2710 manat dəyişilməli hissələrin qiyməti) müəyyən edilmişdir. Ekspert rəyinin sonunda ekspert bildirmişdir ki, yerli internet saytlarında 10 adda olan ehtiyat hissəsi barədə məlumat olmadığından həmin 10 ehtiyyat hissəsinə dair rəy verməmişdir. Bununla bağlı qeyd etmək istəyirlər ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məlumat bazasında və ya yerli internet saytlarında məlumatların olmaması iddiaçı ilə bağlı məsələ deyildir. Qalan 10 detala dair rəyin verilməməsi iddiaçıdan qaynaqlanan bir məsələ deyil. Buna görə də, məhkəmədən xahiş edirlər ki, iddia təmin edilərkən ekspert tərəfindən qiymətləndirilməyən detallara dair hissədə iddiaçının təqdim etdiyi qüsur aktına uyğun olan məbləğlər nəzərə alınsın. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qüsur aktı zərərçəkən nəqliyyat vasitəsini təmir etmiş, həmin ehtiyat hissələrinə malik olan ixtisaslaşmış servis (Real Prays MMC) tərəfindən tərtib və təqdim edilmişdir. Məhkəmə iddiaçının mülahizəsi ilə razılaşaraq qeyd edir ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəməyə həmin 10 adda olan ehtiyat hissələrinin qiymətini əks etditən qüsur aktını sübut kimi məhkəməyə təqdim etmişdir. Cavabdeh həmin aktdakı ekspert tərəfindən qiymətləndirilməyən 10 detala qoyulmuş qiymətlərlə razı deyilsə, onda özü həmin qiymətləri inkar edən sübutlarını məhkəməyə təqdim etməlidir. Lakin cavabdeh qeyd olunan detalların qiymətlərini inkar edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə həmin 10 adda detalların qiymətlərini qüsur aktıda göstərilən qiymətlərə uyğun qiymətləndirir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ekspert rəyinə əsasən qüsur aktında göstərilmiş 10 adda olan ehtiyat hissələrinin qiymətləri istisna olmaqla, “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4060 manat məbləğində ziyan dəymişdir. Ekspertin qiymətləndirmədiyi 10 adda olan ehtiyat hissələrinin qiymətləri qüsur aktına əsasən 1060 manat müəyyən edildiyindən, məhkəmə hesab edir ki, “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5120 manat (4060 + 1060 = 5120) məbləğində ziyan dəymişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5120 manat ziyan dəymişdir. Həmin 5120 manat məbləğdən 100 manat azadolma məbləği (franşiza) çıxıldıqda, yerdə 5020 manat ziyan qalır. Nəzərə alınsa ki, cavabdehin idarə etdiyi “VAZ 21154” markalı, 50- CF- 408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman "xxxx" ASC-də icbari qaydada sığortalı olduğundan 3250 manat hissəsi icbari sığorta tərəfindən onlara ödənilmiş, yerdə qalan 1770 manat (5120 - 3250 = 1770) sığorta ödənişinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qəymiş ziyanın 1770 manat qiymətləndirilməsi, iddiaçının tələbinin 49%-nin təmin olunması deməkdir. Buna görə də iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 56.20 manat dövlət rüsumunun 27.53 manatı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə eləcə də hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin 25.50 manatı iddiaçıya, 24.50 manatı isə cavabdehə aid edilməklə, onlardan ümumilikdə 50 manat ekspertiza xərci alınaraq MEM-nin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “KİA Ceed” markalı, 77- PF- 491 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1770 manat sığorta ödənişi məbləği Cavabdeh alınaraq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 56.20 manat dövlət rüsumunun 27.53 manatı Cavabdeh aid edilsin və ondan alınaraq Atəşgah” Sığorta Şirkəti ASC-nə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin 25.50 manatı iddiaçıya, 24.50 manatı isə cavabdehə aid edilməklə onlardan ümumilikdə 50 manat ekspertiza xərci alınaraq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar