Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-730/2025 17.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.5 misli olmaqla üç uşağa görə cəmi minimum əmək haqqının 1.5 misli məbləğində alimentin Cavabdeh tutulub onun xeyrinə ödənilməsi, ilkin mediasiya sissiyası zamanı tərəfindən ödənilmiş İlkin mediasiya sessiyasında iştirakla bağlı 60 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə 2013-cü ildə el adəti ilə toy edib faktiki nikaha daxil olaraq ailə qurmuşlar nikahları rəsmiləşdirməmişlər. Nikahın rəsmiləşdirməsini istəyən zaman Raminin sənədlərində sistem üzrə evli olduğu qeyd edildiyindən (Rusyada olduğu vaxt nikaha girib) nikahları rəsmişəldirmək mümkün olmamışdır. Birgə münasibətilərindən xx.xx.2014-cü il təvəllüdlü Sona, xx.xx.2019-cu il təvəllüdlü isə Malik və xx.xx.2021-ci il təvəllüdlü isə Məsumə adlı üç övladıları anadan olmuşdur. Uşaqlar hazırda sağ və salamat olmaqla onun himayəsində yaşayırlar. Cavadehlə aralarında olan nikahın rəsmiləşdirilmədiyindən uşaqların atalığı müəyyən edilmiş və bu barədə onlara şəhadətnamələr verimlişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalarda sonradan münasibətləri pozulmuşdur. Hazırda da bir damın altında yaşasalar da cavabdeh uşaqların normal olaraq ehtiyaclarını qarşılamır, anasının köməkliyi ilə uşaqların ərzaq və geyim ehtiyaclarını qarşılAyır. Cavabdeh isə səhər tezdən evdən çıxıb gedir, gecə yarısı evə qayıtsa da uşaqlara maddi köməklik göstərmir. Cavabdeh öz şəxsi maşını ilə alver etməklə normal pul qazansa da bir valideyn kimi uşaqların saxlanılması üçün ona madi köməklil göstərmir, üç azyaşlı uşağı da qoyub işləyə bilmir, uşaqlara baxmağa adam yoxdur. Uşaqların maddi ehtiyacının ödənilməsində anası köməklik edir. Cavabdeh isə hal-hazıradək uşaqların saxlanılması üçün heç bir maddi köməklik etməmiş, özüm isə uşaqlarısaxlamaqda maddi cəhətdən çətinlik çəkir. Baxmayaraq ki, cavabdehin şəxsi təsərrüfatı vardır, həmin təsərrüfatda bir neçə iri buynuzlu heyvan bəsləməklə onların satışı ilə yaxşı gəlr əldə edir. Lakin uşaqların saxlanılması üçün könüllü olaraq ona maddi cəhətdən kömklik etmədiyindən aliment tələbi ilə mhkəmədə iddia qaldırmaq qərarına gəlmiş. İddia tələbi ilə məhkəməyə meraciət etməmişdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl qeydiyyatda olduğumuz rayon üzrə Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etdib və mediator Bəhrəm Muxtarovun mediatorluğu ilə təyin edilmiş xx.xx.2025ci il tarixli mediasiya prosesində cavabdeh iştirak etməmiş və buna görə də ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhz bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmİşdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2021-cil tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2019-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür X4 xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Uşağa dair Cavabdeh atalığı müəyyən edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür X5 xx.xx.2019-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Uşağa dair Cavabdeh atalığı müəyyən edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür X7 xx.xx.2014-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Uşağa dair Cavabdeh atalığı müəyyən edilmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Sona , Malik və Mənsumə adlı üçü uşaqları doğulmuşur. Uşaqlar hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşaqların əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il tarixdə anadan olmuş X2, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə minimum əəmək haqqı məbləğinin 0,3 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddia tələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il tarixdə təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaLARı üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə minimum əmək haqqı məbləğinin 0,3 misli miqdarında aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-730/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-730/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver