Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-819/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,”Mercedes Benz 280D” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 475 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Vaz 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqumuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə baş vermiş yol–nəqliyyat bhadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subrasoqasiya hüququ yaranmıdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə 950 (doqquz yüz əlli manat ziyan dəymidir.) PAT ********** saylı sığorta müqavilləsinin 086897 saylı sığorta aktına əsasən Atəşgah Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə 475 (dörd yüz yetmiş beş ) manat məbləğində sığorta ödənişi həyata keçirilmidir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 475 (dörd yüz yetmi beş) manat sığorta ödənişi subroqasiya qaydasında qununvericilikdə nəzərdə tutulmu. qaydada cavabdehdən alınaraq İddiaçın xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyev məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, mülki işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2020-cu il tarixli 086897 saylı Sığorta aktından görünür ki, “Vaz 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-ci il tarixdən xx.xx.2020-cu il tarixə kimi sığortalamışdır. xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil Mercedes Benz 208 D" markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və maddi zərərin məbləği 950 manat müəyyən edilmişdir. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli 7142 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli 086897 nömrəli sığorta aktına əsasən PAT********** nömrəli sığorta müqaviləsi üzr "xxxx" ASC-nin Lənkəran filialı vasitəsilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 475 manat vəsait ödənilmişdir. İş materiallarında olan cinayət işi üzrə qəbul edilmiş qəbul edilmiş qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən X1 idarə etdiyi “Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqumuşdur. Faktla əlaqədar AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış, sonradan cinayət işi AR CM-nin 263.1- 1, 263-1.2 və 264-cü maddələrinə tövsüf edilərək, həmin maddələr üzrə Cavabdeh ittiham elan edilmişdir. Qərardan həmçinin görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə etmişdir və hadisə yerindən qaçmışdır. “Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus olduğu üçün həmin avtomobil onun əmlakı kimi qiymətləndirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə iş üzrə Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən X1 idarə etdiyi “Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqumuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə etmişdir və hadisə yerindən qaçmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanmışdır və həmin cinayət işi üzrə Cavabdeh AR CM-nin 263.1-1, 263-1.2 və 264-cü maddələri üzrə ittiham elan edilmişdir. “Mercedes Benz 208 D” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 avtomobilinə maddi ziyan dəymişdir və bunə əsasən ona İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 475 manat vəsait ödənilmişdir. Hazırda sığorta şirkəti həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-819/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-819/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver