Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1032/2025 01.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2018-ci il təvəllüdlü X2 və 25 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 246 manat, cəmi 492 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində nikaha daxil olaraq, ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddət birgə yaşadıqdan sonra, münasibətləri pozulmuşdur, ayrılmışlar. Ailənin dağılmasının səbəbi cavabdehin ona xəyanət etməsi, başqa şəxslərlə əlaqəsi olması olmuşdur. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar analarının yanında saxlanılmışdır. Bundan əlavə, Masallı Rayon Məhkəməsinin qərardadı ilə 30 noyabr 2023-cü ildən başlayaraq ondan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Bundan sonra, müəyyən edilmiş alimentin icrası ilə bağlı anası X7 məxsus pensiya kartını tələbkar Cavabdeh alimentin əvəzi olaraq verib, Cəlilabad rayon İcra və Probasiya şöbəsində razılaşaraq, İcra Haqqında Qanunun 23.1.1-ci maddəsinə əsasən icra işi geri qaytarılmışdır. Müəyyən edilmiş alimentdən əlavə də, uşaqların problemləri ilə özü yaxından məşğul olmuşdur. Hər həftənin şənbə-bazar günləri uşaqları öz yanında saxlamışdır. xx.xx.2024-cü il tarixdə Sevanənin anası X11 ona zəng edərək, “gəl uşaqları apar, uşaqlar sənin üçün darıxır”- deyəndə o, başqa bir şey fikirləşməmişdir. Çünki, uşaqlar həqiqətən ona çox bağlı olmuşlar. Uşaqları götürməyə gedəndə, cavabdehin anası Rəna ona bildirmişdir ki, Sevanə evdən çıxıb, evə qayıtmayıb. O, bir söz demədən uşaqları götürüb, öz evinə aparmışdır. Bir neçə gün Sevanədən xəbər olmadığından, Sevanənin anası Rəna Abdullayeva xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə şikayət etmiş, bu barədə Masallı RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sevanə uşaqlara baxmayaraq ona verdiyindən Sevanə Əkbərova ilə “uşaqların atanın himayəsində saxlanılması və aliment tələbi üzrə” X5 mediasiya prosesi keçirilmiş, aralarında MŞL/MT014/2024/MŞL-01708 saylı Barışıq Sazişi bağlanmış, sazişə əsasən xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X6 onun himayəsinə verilməsinə razılaşmışlar. Aliment tələbi ilə bağlı Sevanə Əkbərova razılığa gəlmədiyindən həmin hissədə xitam verildiyi üçün alimentlə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, 28 yanvar 2018-ci il təvəllüdlü X2 və 25 mart 2020-ci il təvəllüdlü X4 atası İddiaçı, anası Cavabdehdır. Masallı Rayon Məhkəməsinin 2(050)-310/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında olan nikah pozulmuş, 28 yanvar 2018-ci il təvəllüdlü X2 və 25 mart 2020-ci il təvəllüdlü X9 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və himayəçilik komissiyasının 17 yanvar 2025-ci il tarixli, 01 saylı rəyindən görünür ki, komissiya Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-310/2024 saylı qətnaməsinə əsasən uşaqların yanında saxlanılmasına baxmayaraq Cavabdeh onları baxımsız saxlamasını nəzərə alaraq, uşaqların ataları X3 yanında saxlanılmasını uşaqların mənafeyinə uyğun hesab etmişdir. Mediator tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MŞL/MT014/2024/MŞL- 01708 saylı barışıq sazişindən görünür ki, Cavabdeh ilə X8 uşaqları 28 yanvar 2018-ci il təvəllüdlü X2 və 25 mart 2020-ci il təvəllüdlü X4 ataları X3 yanında saxlanılması barədə razılığa gəlmişlər. Tərəflər alimentlə bağlı razılığa gəlmədiklərindən həmin hissədə xitam verilmişdir. Məhkəmədə işə baxılarkən işin faktiki halları ilə müəyyən edilmişdir ki, 28 yanvar 2018-ci il təvəllüdlü X2 və 25 mart 2020-ci il təvəllüdlü X9 əvvəlcə Masallı Rayon Məhkəməsinin 2(050)-310/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə nikah pozularkən analarının himayəsinə verilmələrinə baxmayaraq, bir müddət keçdikdən sonra Cavabdeh uşaqlara baxmaqdan imtina etmiş və Mirhüseyn Əkpərovla barışıq sazişi bağlayaraq uşaqları onun himayəsinə verilməsinə razılaşmış, lakin alimentlə bağlı razılaşma əldə edilməmişdir. Həmin barışıq sazişi hazırda qüvvədədir. Mirhüseyn Əkpərov uşaqlar onun himayəsinə verildikdən sonra aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur, cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərcləri, uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, cavabdehin qadın cinsli olmasını, qadınların kişilərə münasibətdə pul qazanmasının çətin olmasını, hazırda onun rəsmi iş yerinin olmadığını əsas tutub hesab edir ki, 28 yanvar 2018-ci il təvəllüdlü X2 və 25 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh aşağı məbləğdə hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İddiaçı 18 fevral 2025-ci il tarixdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyindən və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı 2025-ci il il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda hər bir uşaq üçün müəyyən etdiyi 80 manat sabit pul məbləği minumum əmək haqqının 0,2 faizini təşkil edir. (400x0,2=80 manat). Qeyd edilənlərə əsasən, uşaqlar yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə 246 manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 18 fevral 2025-ci il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 28 yanvar 2018-ci il təvəllüdlü X2 və 25 mart 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-1032/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1032/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver