Məhkəmə qərarları › İş №e-2(050)-1147/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1147/2025

03.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1147/2025 03.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı birgə nikah dövründə götürülmüş kredit öhdəliyinin bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: Cаvаbdеh Cavabdeh ilə nikаhlarını xx.xx.2021-ci il tаriхdə 4 sаylı Bаkı «АSАN хidmət» mərkəzi qеydiyyаt şöbəsində rəsmi qеyd еtdirməklə ailə həyatı qurmuşlar. Birgə yаşаdıqları dövrdə xx.xx.2022-ci il təvəllüdlü Əhmədli Gülər аdlı bir uşаqları оlmuşdur. Əvvəllər mеhribаn оlsаlar dа, sоnrаdаn аrаlarındа nаrаzılıqlаr yаrаnmış və Mаsаllı Rаyоn Məhkəməsinin xx.xx.2025-ci il tаriхli qətnаməsi ilə nikаh pоzulmuşdur. Hələ nikаhdа оlduqları zаmаn Maraqlı şəxs ASC-dən xx.xx.2023-cü il tаriхdə 16500 manat krеdit götürmüşlər. 48 ay müddətinə götürülmüş həmin kredit 17,5 faizlə verilməklə ümumilikdə 23058 manat pul ödəməlidir. Ötən ilin yanvar ayından ödənişə başlamaqla hər ay 480,39 manat olmaqla keçən 14 ay üzrə 6725,46 manat ödənilmişdir. Bundan sonra da qalan 34 ay üzrə 16333,26 manat ödəməlidir. Qeyd olunan krеdit nikаh dövründə götürülüb хərcləndiyindən оnun ödənilməsində cаvаbdеh də iştirаk еtməlidir. Lаkin о, nə ödədiyi krеditdən оnun payına düşən hissəni ona qаytаrmır, nə də qalan bоrcun ödənilməsində iştirаk еtmir. Hаlbuki qеyd оlunаn bоrc nikаh dövründə yаrаndığındаn cаvаbdеh də bunlаrа şərik оlmаlıdır. Nəticədə məhkəməyə mürаciət еtmək məcburiyyətində qаlmışdır. İddiaçının tələbi: Cаvаbdеh Cavabdeh ilə nikаh dövründə Maraqlı şəxs АSC-dən götürdükləri krеditlə bаğlı ödədiyi 6725,46 mаnаt pulun yаrısı оlаn 3362,73 mаnаt pulun cаvаbdеhdən аlınıb ona vеrilməsi, həmin Banka qalan 16333,26 manat borcun yarısı olan 8166,63 manat borcun оnа аid еdilməsi, həmçinin hüquqi хidmətə görə ödənilmiş 300 mаnаt, mеdiаsiyа ilə bаğlı ödənilmiş 60 mаnаt pulun cavabdehdən аlınаrаq ona vеrilməsi bаrədə qətnаmə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək cavabdeh tərəfindən ödənilmiş kreditin yarısı olan 4916 manat pulun, hüquqi xidmətə görə 300 manat, mediasiya ilə bağlı ödənilmiş 60 manat pulun alınaraq iddiaçıya verilməsi, qalan 10787 manat borcun yarısı olan 5393,50 manat pulun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia ərizəsinə münasibəti: İddiaçı Fizüli oğlunun Cavabdeh qarşı “Cavabdeh ilə nikah dövründə “Yelo Bank" ASC-dən götürdüyü kreditlə bağlı ödədiyi 6725,46 manat pulun yarısı olan 3362,73 manat pulun cavabdehdən alınıb ona verilməsi, həmin Banka qalan 16333,26 manat borcun yarısı olan 8166,63 manat borcun ona aid edilməsi, həmçinin hüquqi xidmətə görə ödənilmiş 300 manat, mediasiya ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbinin “həmin Banka qalan 16333,26 manat borcun yarısı olan 8166,63 manat borcun cavabdehə aid edilməsi" hissəsi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.” Hazırki iş üzrə qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyin üçüncü şəxsə verilməsinə dair kreditorun heç bir razılığı yoxdur. Bununla yanaşı, hazırki iş üzrə iddia tələbinin “həmin Banka qalan 16333,26 manat borcun yarısı olan 8166,63 manat borcun cavabdehə aid edilməsi” hissəsinin tələbin maddi hüquqi əsaslandırma baxımından nə qanuni , nə də müqavilə əsası yoxdur. Belə olan halda iddia tələbi həmin hissədə əsassız olduğundan, təmin edilməməlidir, rədd edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, tərəflərin nikahı xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulsa da, tərəflər xx.xx.2024-cü il tarixdən faktiki olaraq ayrı-yaşayırlar. Götürülmüş kredit məbləği cavabdehin burun əməliyyatına, uşağın müalicəsinə və evin təmirinə sərf edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən göstərilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, hazırki iş üzrə qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyin üçüncü şəxsə verilməsinə dair kreditorun heç bir razılığı yoxdur. Bununla yanaşı, hazırki iş üzrə iddia tələbinin “həmin Banka qalan 16333,26 manat borcun yarısı olan 8166,63 manat borcun cavabdehə aid edilməsi” hissəsinin tələbin maddi hüquqi əsaslandırma baxımından nə qanuni , nə də müqavilə əsası yoxdur. Belə olan halda iddia tələbi həmin hissədə əsassız olduğundan, təmin edilməməlidir. Lakin icra edilmiş kredit öhdəliklərinə münasibətdə iddianın təmin edilməsinə etirazları yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahlarını xx.xx.2021-ci il tarixdə 4 sаylı Bаkı «АSАN хidmət» mərkəzi qеydiyyаt şöbəsində rəsmiləşdirmiş, 820 saylı qeydiyyat aparılmışdır. Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış 11.Z1.2-0-3971-23 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı illik 17,5 % şərti ilə 16500 manat kredit verilmişdir. 11.Z1.2-0-3971-23 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı 48 ay müdətində hər ay 480,39 manat, sonuncu ay 480,19 manat kredit ödənişi etmək öhdəliyini götürmüşdür. Masallı Rayon Məhkəməsinin e-2(050)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 4 sаylı Bаkı «АSАN хidmət» mərkəzi qеydiyyаt şöbəsində 820 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2022-ci il təvəllüdlü X1 Cavabdeh yanında saxlanılması, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Maliyyə arayışından görünür ki, İddiaçı 10648 manat əsas, 139,75 manat faiz, cəmi 10787,75 manat borcu vardır. Maraqlı şəxs ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 11.Z1.2-0- 3971-23 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ilkin məbləğ 16500 manat aktiv krediti mövcuddur. Kredit müqaviləsi üzrə təqdim edilmiş cədvəldən müəyyən olunur ki, xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək İddiaçı tərəfindən 5591,13 manat kredit ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün 300 manat dövlət rüsumu ödəmişdir İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 225.1 və 225.6-cı maddələrinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Həmin Məcəllinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 36.1.-35.3. və 36.8-ci maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun «Ər-аrvаdın ümumi əmlаkının bölünməsi ilə bаğlı mübаhisələrdə qаnunvеriciliyin tətbiqi təcrübəsi hаqqındа» 12 mаrt 2024-cü il tаriхli 1/2024 sаylı Qərаrına əsasən: 1.3. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 6.37. Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. 6.39. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz halları:

1. xx.xx.2021-ci il tаriхdə 4 sаylı Bаkı «АSАN хidmət» mərkəzi qеydiyyаt şöbəsində rəsmi qеyd еtdirməklə ailə həyatı qurmuşlar.

2. xx.xx.2025-ci il tarixdə Masallı Rayon Məhkəməsinin qətnaməsi əsasında tərəflər arasında nikah pozulmuşdur.

3. Birgə nikah dövründə İddiaçı Maraqlı şəxs ASC-dən illik 17,5 % şərti ilə 16500 manat kredit götürmüşdür.

İşin münahisəli halları:

1. İddiaçı tərəfin deməsinə görə tərəflər faktiki olaraq xx.xx.2024-cü il tarixdən ayrı yaşayırlar.

2. Birgə nikаh dövründə Maraqlı şəxs АSC-dən götürülmüş krеditlə bаğlı ödənilmiş 9832 mаnаt pulun və ödənilməmiş qalan 10787 manat pulun ½ hissəsinin cаvаbdеhdən аlınıb iddiaçıya vеrilməsinin qanuni əsasının olub-olmaması

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. -Tərəflər xx.xx.2021-ci ildən xx.xx.2025-ci il tarixədək rəsmi nikah münasibətlərində olmuşlar. Birgə nikah dövründə Maraqlı şəxs ASC ilə İddiaçı arasında 16500 manat istehlak kreditinin verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçının əsas tələbi Maraqlı şəxs ASC-dən götürdükləri krеditlə bаğlı ödənilmiş 9832 manat pulun və ödəniləcək olan 10787 manat borcun ½ hissəsinin cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə ilk növbədə Maraqlı şəxs ASC ilə İddiaçı arasında kredit müqaviləsi üzrə ödənilmiş 9832 manat pulun yarısı olan 4916 manat pulun cavabdehdən tutulmasına münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində tərəflərin xx.xx.2021-ci ildən xx.xx.2025ci il tarixədək rəsmi nikah münasibətlərində olduğu qeyd edilsə də, məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatlarla faktiki olaraq tərəflərin xx.xx.2024-cü il tarixdən etibarən ayrı yaşadıqları etiraf edilmişdir. Bu halda məhkəmə hesab edir ki, müqavilə üzrə tərəflərin birgə öhdəlikləri üzrə ödənilmiş məbləğ cavabdehin ½ hissədə ayrıca öhdəlik daşıması onların faktiki olaraq ayrı yaşamağa başladığı dövrdən etibarən İddiaçı tərəfindən edilmiş ödənişlər əsasında hesablanmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflərin xx.xx.2024-cü il tarixdən faktiki olaraq ayrı yaşadıqlarını bildirmişdir. Məhkəmə İddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya şurasına müraciət etməsini nəzərə alaraq, tərəflərin xx.xx.2024-cü il tarixdən ayrı yaşaması faktını ablabatan hesab edir. Maraqlı şəxs ASC tərəfindən təqdim edilmiş kredit ödənişlərinə dair arayışa əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən tərəflərin ayrı yaşadıqları vaxtdan xx.xx.2025-ci il tarixədək ümumilikdə 5591,13 manat borcdan ödəniş edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi Maraqlı şəxs ASC-yə olan kredit borcuna görə ödənilmiş 5591,13 manatın ½ hissəsi, yəni 2795, 56 manat hissədə təmin edilməlidir. Məhkəmə İddiaçı Maraqlı şəxs ASC-dən götürdükləri krеditlə bаğlı icra edilməmiş borc öhdəliyi olan 10787 mаnаt borcun ½ hissəsinin cavabdehə aid edilməsinə münasibətdə iddia tələbinin əsassız olduğu qənaətinə gəlir. Belə ki, Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun «Ər-аrvаdın ümumi əmlаkının bölünməsi ilə bаğlı mübаhisələrdə qаnunvеriciliyin tətbiqi təcrübəsi hаqqındа» 12 mаrt 2024-cü il tаriхli 1/2024 sаylı Qərаrına əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Həmçinin həmin qərarın 6.37-ci bəndinə əsasən ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq aşağıdakı kimi müəyyən edilsin. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mediasiya xərcinə görə ödənilmiş 60 manat, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 300 manat məbləğin 33,3 % hissəsi olan 100 manat cavabdehdən tutulsun, qalan məbləğ olan 200 manat iddiaçının özünə aid edilsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Maraqlı şəxs ASC-dən götürülmüş kredit borcuna görə ödənilmiş 5591,13 manatın ½ hissəsi, yəni 2795,56 manat, hüquqi xidmətin göstərilməsinə görə 100 manat, mediasiya xərcinə görə 60 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar