Məhkəmə qərarları › İş №e-2(050)-2119/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2119/2024

14.06.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2119/2024 14.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, Kreditor X1 2(050)-119/2024 saylı mülki işin icraya yönəldilməsi barədə” ərizəsinin ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: Kreditor X2 2(050)-119/2024 saylı mülki işin icraya yönəldilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən görünür ki, məhkəmə əmri haqqında ərizənin forma və məzmununa riayət edilməmişdir. Belə ki, ərizənin mahiyyətindən müraciətin iddia icraatı, yoxsa əmr icraatı qaydasında verilməsi aydın deyildir. Belə olan halda ərizə və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor X2 2(050)-119/2024 saylı mülki işin icraya yönəldilməsi barədə” ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar