Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-225/2025 04.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması, aliment və əlavə xərcin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları: İddiaçı xx.xx.1982-ci il təvəllüdlü Biləsuvar rayonu, Təzəkənd kəndində anadan olmuş Cavabdeh ilə xx.xx.2007-ci ildə faktiki ailə həyatı quraraq, nikahlarını Biləsuvar rayonu İHB-nın Təzəkənd KİƏDN-də xx.xx.2014-cü ildə 11 nömrə ilə qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı iki uşaq anadan olmuşdur. Cavabdeh hərbçidir. Hal-hazırda Kəlbəcər rayonu N saylı Hərbi Hissədə xidmət edir. Cavabdehla bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmalı olmuşlar. Odur ki, nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Cavabdeh ilə aralarında olan xx.xx.2014-cü il tarixdə 11 № ilə Biləsuvar rayonu İHB-nin Təzəkənd KİƏDN-də qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetliklik yaşına çatana kimi saxlanması üçün iki uşağa görə qazancın 1/3 hissəsi kimi alimentin, özü üçün sabit pul məbləğində xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşınadək 150 manat aliment pulunun, Mediasiya təşkilatına ödədəyi 60 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun cavabdeh X2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2014-cü il tarixdə 11 № ilə Biləsuvar rayonu İHB-nin Təzəkənd KİƏDN-də qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetliklik yaşına çatana kimi saxlanması üçün iki uşağa görə qazancın 1/3 hissəsi kimi alimentin, özü üçün sabit pul məbləğində xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşınadək 150 manat aliment pulunun xx.xx.2025-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, nikahın pozulmasına razıdır, nikah pozularkən uşaqların anasının yanında saxlanmasına etirazı yoxdur. Həmçinin uşaqların saxlanması üçün əmək haqqının 1/3 hissəsinin tutulmasına, o cümlədən X3 3 yaşınadək İddiaçı xeyrinə 150 manat ödənilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X4 və Cavabdeh xx.xx.2014-cü il tarixdə Biləsuvar RİHB-nin Təzəkənd inzibati ərazi dairəsində nikaha daxil olmuşlar və bu barədə 11 nömrəli akt qeydi aparılmışdır. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00918 saylı mediasiya prosesində iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, anası İddiaçı, atası Cavabdeh olan X5 xx.xx.2015-ci ildə, X6 xx.xx.2023-cü ildə anadan olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasını və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.2-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 49.2-ci və 49.3-cü maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması və hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 76.1 və 76.1.2-ci maddələrinin tələblərinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur: 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; “Avropa İnsan Hüquqları Məhkəməsinin Şahin Almaniyaya qarşı” 08 iyul 2003-cü il tarixli məhkəmə qərarında göstərilir ki, dövlət hakimiyyət orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uyğın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynin maraqlarından üstün tutula bilər. Valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetiriə bilən tədbirlər görmək hüququna malik ola bilməz. qaşU" Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: 6.1-ci bəndinə əsasən, nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı”: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, nikahın pozulması tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 20.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan olan uşaqlar iddiaçının himayəsindədir. Hazırda tərəflər arasındakı münasibətlər pozulmuş və tərəflər ayrı yaşayırlar. Ailənin saxlanılması mümkün deyil, ona görə də tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə uşaqların kimin yanında saxlanılması məsələsini müzakirə edərək qeyd edir ki, tərəflərin faktiki ayrı yaşadıqları müddətdə birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində yaşamışdır. Bundan başqa uşaqlardan biri azyaşlıdır. Məhkəmə iclasında cavabdeh uşaqların anasının yanında saxlanmasına etirazı olmadığını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, uşaqların ananın himayəsində və birgə saxlanmasını onların gələcək inkişafı üçün və hüquq və mənafelərinin qorunması üçün daha məqsədə uyğun hesab edir. Uşaqları saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi hər iki tərəfin borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi Cavabdeh da iştirak etməli və aliment ödəməlidir. Aliment öhdəliyində məqsəd, uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmasıdır. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, aliment Cavabdeh alınmalıdır. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda müəyyən edilməsini məqsədəuyğun hesab edir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi üçün alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Lakin iddiaçı xx.xx.2025-ci il tarixində Masallı Rayon Məhkəməsinə Elektron Məhkəmə sistemi vasitəsilə Ərizə ünvanlayaraq, alimentin xx.xx.2025-ci il tarixdən etibarən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də aliment həmin tarixdən hesablannmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşınadək İddiaçı üçün 150 manat əlavə xərcin tutulması hissəsində iddia tələbinə cavabdehin etirazı olmadığından iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Biləsuvar RİHB-nin Təzəkənd inzibati ərazi dairəsində bağlanmış və bu barədə 11 nömrə ilə akt qeydi edilmiş nikah pozulsun. xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 İddiaçı yanında saxlanılsın. xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın, aliment tələbinə dair hissədə qətnamə dərhal icra edilsin. Aliment hesablanarkən Masallı Rayon Məhkəməsinin 16(050)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınsın. Tərəflərə nikah pozulduqdan sonra 3 il müddətində birgə nikah dövründə əldə olunmuş əmlakın bölüşdürülməsi barədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-225/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-225/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver