Məhkəmə qərarları › İş №e-2(050)-2657/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2657/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2657/2024 10.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 10 sentyabr 2024-cü il tarixə təyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə işin bu halını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 ötrü alimentin cavabdehdən tutulub verilməsini xahiş etmiş, iddia ərizəsinə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər nikahlarını 18 mart 2013-cü il tarixində rəsmiləşdirmişlər. Buradan görünür ki, xx.xx.2012ci il təvəllüdlü uşaq rəsmi nikahdan əvvəl doğulmuşdur. Belə olan halda qanunvericiliyin tələbinə əsasən uşağın atalığı tərəflərin birgə ərizəsi əsasında qeydiyyat orqanı tərəfindən müəyyən edilir. İddiaçı uşağın atalığının müəyyən edilməsi ilə bağlı şəhadətnaməni iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, atalığı müəyyən edilməyən valideyn üçün uşaqların saxlanması öhdəliyi Ailə Məcəlləsinə nəzərdə tutulmamışdır. Bu səbəbdən qeyd edilən mülki işə baxılması mümkün olmamışdır. 260.1 və 260.6-cı maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. 260.4-cü maddəsinə əsasə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar