Məhkəmə qərarları › İş №e-2(050)-2947/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2947/2025

11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2947/2025 11.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçının tələbi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh 520 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC-nin mülkiyyətindəki və AZL-1844 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Chevrolet Cobalt” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan X2 müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə X4 tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 16 aprel 2025-ci il tarixli e- 2(006)-720/2025 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 542.62 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Chevrolet Cobalt” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar o, Azərbaycan Respublikası DİN BDYPİ və AYNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr AYN0484864 saylı protokola görə 16 manat, AYN0455364 saylı protokola görə 16 manat, AYN0455365 saylı protokola görə 16 manat, AYN0455369 saylı protokola görə 16 manat, EQ24104897 saylı protokola görə 9 manat, EQ24104898 saylı protokola görə 9 manat, EQ23271797 saylı protokola görə 9 manat, EQ23909101 saylı protokola görə 9 manat, EQ24570459 saylı protokola görə 18 manat, EQ24104899 saylı protokola görə 18 manat, EQ20190151 saylı protokola görə 64 manat, İXP6152041 saylı protokola görə 64 manat, İXP6075508 saylı protokola görə 64 manat, İXP6080390 saylı protokola görə 64 manat, İXP6266895 saylı protokola görə 128 manat məbləğində olan cərimələrdən ibarətdir. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 520 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X6 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Odur ki məhkəməyə müraciət edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün mülki iş iddia icraatına keçirilmiş və məhkəmənin hazırlıq iclası təyin edilmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-1844 nömrəli Daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC “Chevrolet Cobalt LTZ” markalı, XWBJA69V9RA0 ban, qara rəngli avtomobili illik 16 % olmaqla 60 aylıq müddətə hər ay 543.51 manat sabit məbləğ olmaqla, ümumilikdə 36110 manat məbləğinə X3 lizinqə verməyi, X4 isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" MMC-nin mülkiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-720/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia təmin edilmiş X1 ümumilikdə 542.62 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən inzibati xəta haqqında protokollara əsasən ödənilmiş cəmi 520 manat cərimə pulunun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, POA********** saylı etibarnamədən görünür ki, İddiaçı MMC “Chevrolet Cobalt LTZ” markalı, XWBJA69V9RA0 ban, qara rəngli avtomobili Cavabdeh idarə edilməsi üçün verilmişdir. İnzibati xəta haqqında cərimələr barədə məlumatların elektron çıxarışından görünür ki, Cavabdeh idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə AYN0484864 saylı protokola görə 10 manat (yekun məbləğ 16 manat), xx.xx.2024-cü il tarixdə AYN0455364 saylı protokola görə 10 manat (yekun məbləğ 16 manat), xx.xx.2024-cü il tarixdə AYN0455365 saylı protokola görə 10 manat (yekun məbləğ 16 manat), xx.xx.2024-cü il tarixdə AYN0455369 saylı protokola görə 10 manat (yekun məbləğ 16 manat), xx.xx.2024-cü il tarixdə EQ24104897 saylı protokola görə 10 manat (yekun məbləğ 9 manat), xx.xx.2024-cü il tarixdə EQ24104898 saylı protokola görə 10 manat (yekun məbləğ 9 manat), xx.xx.2024-cü il tarixdə EQ23271797 saylı protokola görə 10 manat (yekun məbləğ 9 manat), xx.xx.2024-cü il tarixdə EQ23909101 saylı protokola görə 10 manat (yekun məbləğ 9 manat), xx.xx.2024-cü il tarixdə EQ24570459 saylı protokola görə 20 manat (yekun məbləğ 18 manat), xx.xx.2024cü il tarixdə EQ24104899 saylı protokola görə 20 manat (yekun məbləğ 18 manat), xx.xx.2024-cü il tarixdə EQ20190151 saylı protokola görə 40 manat (yekun məbləğ 64 manat), xx.xx.2024-cü il tarixdə İXP6152041 saylı protokola görə 40 manat (yekun məbləğ 64 manat), xx.xx.2024-cü il tarixdə İXP6075508 saylı protokola görə 40 manat (yekun məbləğ 64 manat), xx.xx.2024-cü il tarixdə İXP6080390 saylı protokola görə 40 manat (yekun məbləğ 64 manat), xx.xx.2024-cü il tarixdə İXP6266895 saylı protokola görə 80 manat (yekun məbləğ 128 manat) cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, AYN0484864 saylı protokola görə 16 manat, AYN0455364 saylı protokola görə 16 manat, AYN0455365 saylı protokola görə 16 manat, AYN0455369 saylı protokola görə 16 manat, EQ24104897 saylı protokola görə 9 manat, EQ24104898 saylı protokola görə 9 manat, EQ23271797 saylı protokola görə 9 manat, EQ23909101 saylı protokola görə 9 manat, EQ24570459 saylı protokola görə 18 manat, EQ24104899 saylı protokola görə 18 manat, EQ20190151 saylı protokola görə 64 manat, İXP6152041 saylı protokola görə 64 manat, İXP6075508 saylı protokola görə 64 manat, İXP6080390 saylı protokola görə 64 manat, İXP6266895 saylı protokola görə 128 manat pul ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən cavabdeh avtomobili idarə edərkən müxtəlif yol hərəkəti qaydaları əlehyinə inzibati xətalar törətdiyinə görə cərimə edilmişdir. Cərimə borclarından hər hansı məbləğdə ödəniş etməmişdir. Onun əvəzinə iddiaçı xx.xx.2025-ci il tarixdə ödənişləri etmişdir. Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində yol verilmiş inzibati xətalara görə cərimə və dəbbə puluna görə borc 520 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə cərimə edilmiş və cərimə və dəbbə pulunu ödəmədiyindən iddiaçının qarşısında mülki məsuliyyəti yaranmışdır. Cavabdehin avtomobil onun sahibliyində olduğu müddət ərzində inzibati xətalara yol verərək cərimə edilməsi və cərimənin vaxtında ödəməməsi nəticəsində müvafiq qərarlar əsasında dəbbə pulu hesablanması iş materiallarında olan elektron qərarlar və qəbzlərlə təsdiq edilmişdir. Avtomobilin cavabdehin sahibliyində olduğu müddət ərzində yol verilmiş inzibati xətalara görə səlahiyətli orqan tərəfindən qəbul edilmiş qərarlara əsasən ümumilikdə 520 manat məbləğində borcun yarandığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalı, ödənilmiş 520 manat pul və 30 məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 520 (beş yüz iyirmi) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar