Məhkəmə qərarları › İş №e-2(050)-3030/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3030/2024

06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3030/2024 06.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan Bakı şəhəri, 4 saylı “ASAN xidmət” Qeydiyyat Şöbəsində 19 fevral 2015-ci il tarixli, 021092 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetliklik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən (Mediasiya arayışında təklifin tarixi) başlayaraq alimentin, Mediasiya təşkilatına ödədiyi 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatdadır. Məhz bu səbəbdən də hazırki mübahisəyə Masallı Rayon Məhkəməsində deyil, Ağdam rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Odur ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair kiçik iddia üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin, İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 50 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki iddia tələbi ilə bağlı Ağdam rayon Məhkəməsində müraciət edə bilər. İddiaçı İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 50 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar