Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3215/2024 04.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2023cü il tarixdə anadan olmuş X5 adlı uşağın atası Cavabdeh olmasının müəyyən edilməsi, 03 mart 2023-cü il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 manat aliment pulunun alinıb ona verilməsi, Cavabdeh 03 mart 2023-cü il tarixdə anadan olmuş X1 3 yaşınadək ona 150 manat aliment alınıb ona verilməsi və dövlət rüsumu, mediasiya üçün ödədiyi 60 manat mediasiya xərcinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək 03 mart 2023-cü il təvəllüdlü X1 atası Cavabdeh olmasının müəyyən edilməsi, 03 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat alimentin tutulub verilməsi, 3 mart 2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək özü üçün 150 manat aliment alınıb ona verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 50 manat mediasiya prosesi üçün ödənilmiş 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1998-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuşdur. Hazırda da Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Lənkəran Dövlət Universitetində tələbə yoldaşı olan Masallı rayonu, Eminli kənd sakini xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh ilə tanış olaraq, ailəsinin razılığı olmasa da, öz razılığı ilə, xx.xx.2021-ci ildə qeyri rəsmi ailə həyatı quraraq, Sumqayıt şəhəri, Saray qəsəbəsində kirayədə qalmağa başladılar. Qeyri rəsmi nikahlarından xx.xx.2023-cü ildə X6 adlı bir uşaqları olmuşdur. Bir müddət cavabdehlə kirayədə yaşadıqdan sonra, o, onu kirayədə qaldığı evdə qoyub, Rusiya Federasiyasına getdi. O da məcburiyyətdən atası evinə getməli oldu. İki ay müddətində Bakı şəhərində atası evində qalaraq, Saray qəsəbəsində cavabdeh kirayə tutduğu evin kirayə haqqını ödəmişdir. Cavabdehin onu tam aldatdığını biləndən sonra, məcburiyyət qarşısında qalıb anadan olduğu Masallı rayonu, Ərkivan qəsəbəsində babası və nənəsinin yaşadığı yerə gəlmişdir. 6 ay müddətdir ki, uşağı ilə birlikdə babası və nənəsinin himayəsində qalır. Cavabdehə, atalığın müəyyən edilməsi və aliment tələbi barədə xx.xx.2024-cü il tarixdə X2 barədə Təklif göndərmişdir. Sonrada xx.xx.2024-cü il tarixdə X9 üçün Ərizə göndərmişdir. X9 xx.xx.2024-cü il tarixə təyin edildikdən sonra, cavabdehin valideyni X7 etibarnaməsiz mediasiya prosesinə məlumat verərək, onunla tam şəkildə razılaşmasını istəsə də, etibarnaməsiz qeyri qanuni olduğunu bilib, razılaşmamışdır. Bu da ikinci aldanmağa gətirib çıxaracağını əmin etmişdir. Əvvəldən valideynlərinin bu işə razılığı olmadığından, hazırda da, cavabdehin onu atıb getdiyindən valideynləri qarşısında uşağı ilə birlikdə geri qayıtmağının xəcalətini çəkir. Məcburiyyət qarşısında qalıb, atalığın müəyyən edilməsi və aliment tələbi barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh hazırda Rusiya Federsiysındadır və orada işləyir. Aralarında olan razılığa əsasən cavabdeh övladı üçün 250 manat, uşaq üç yaşına çatanadək onun üçün 150 manat aliment ödəyəcəkdir. Razılaşıqları kimi keçən ay cavabdeh ödənişləri etmişdir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, İddiaçı babasıdır. X12 Universitetində təhsil alarkən tələbə yoldaşı Cavabdeh ilə tanış olmuşdur. 04 iyul 2021-ci il tarixdə toy mərasimləri olub. Onların Məryam adlı övladları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, İddiaçı qonşusu və rəfiqəsidir. Türkan 2021-ci il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuş və bir ailə kimi yaşamışlar. Onların toylarında iştirak etmişdir. Onların Məryam adlı bir övladları doğulmuşdur. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçınının izahatını və və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 03 mart 2023-cü il təvəllüdlü X1 anası İddiaçı, atası X4r. Qəbzlərdən və yazışmalardan görünür ki, Cavabdeh İddiaçı ayrı-ayrı tarixlərdə 251.37 manat, 50 manat və 100 manat məbləğində pul göndərmiş və hər ay göndərəcəyini bildirmişdir. Məhkəmə atalığın müəyyən edilməsi məsələsinə münasibətdə ağıdakıları bildirir: Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır (maddə 46.3).Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər (maddə 45.1). Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq valideyinlərdən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. İddiaçının izahatından, şahidlərin ifadələrindən, fotoşəkillərdən və cavabdehin iddiaçıya aliment məsədi ilə pul məbləğinin göndərməsindən məlum olur ki, Cavabdeh ilə İddiaçı faktiki nikahlarından 03 mart 2023-cü il təvəllüdlü X5 adlı uşağı doğulmuşdur. Məhkəmə aliment tələbi ilə bağlı aşağıdakıları bildirir: Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (mad. 75.1, 75.2, 75.3, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı (mad. 76.1, 76.1.1, 76.1.2, 76.1.3). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (mad.78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (mad.78.2). Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Həmçinin, eyni qanunvericilikdə məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: 1) aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; 2) sabit pul məbləğində. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Başqa sözlə, məhkəmə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll edə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərcləri, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını, yaşayış minimumunun bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə 03 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşaq üçün 250 manat tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.12- bəndində göstərilir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 19 sentyabr 2024-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə iddiaçının özü üçün cavabdehdən hər ay 150 manat pulun alınıb ona verilməsi barədə tələbinə münasibətdə bildirir ki: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Normanın məzmunundan görünür ki, maddi yardımın tələb olunması üçün digər tərəfin zəruri vəsaitə malik olması əsas şərt kimi qeyd olunmuşdur. İddiaçı cavabdehin maddi yardımın göstərilməsi üçün zəruri vəsaitə malik olmasını bildirir və ona bir ay ərzində 150 manat məbləğində pul göndərməsini sübut kimi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bir dəfə cavabdehə bir ay ərzində 150 manat pul göndərməsi, o anlama gəlmir ki, o hər ay aliment məbləğindən əlavə iddiaçıya da 150 manat verə biləcək. Məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir və Cavabdeh hər ay 80 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağazadə X8 Türkan Zaur qızı tərəfindən 03 mart 2023-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 atası olması müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə təqdim edilsin. 19 sentyabr 2024-cü il tarixdən başlayaraq 03 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 19 sentyabr 2024-cü il tarixdən başlayaraq 03 mart 2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək Cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3215/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3215/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver