Məhkəmə qərarları › İş №e-2(050)-3335/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3335/2025

18.09.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3335/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu Tələbkar Borclu qarşı icra sənədinin qaytarılması haqqında qərardan məhkəmə əmri qaydasında verdiyi ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: Tələbkar məhkəmə əmri qaydasında ərizə ilə məhkəməyə müraciət edərək icra məmuru barəsində müvafiq tədbirlərin görülməsini, icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini, şəxsə məxsus olan əmlakların müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan qurumlara müvafiq sorğuların göndərilməsini, şəxsin halhazırda yaşadığı, olduğu və ya fəaliyyət göstərdiyi yerin müəyyən edilməsi üçün müvafiq orqanlara müracitə edilməsini, icra sənədinin tam şəkildə icra olumasını xahiş etmişdir. Ərizənin məzmunundan və sənədlərdən aydın olur ki, tələbkar icra sənədinin qaytarılması haqqında qərarın ləğv olunmasını və icra hərəkətlərinin davam etdirilməsini xahiş edir. Tələbkar icra sənədinin qaytarılması haqqında qərardan şikayət qaydasında məhkəməyə müraciət etməli olduğu məhkəmə əmri qaydasında müraciə etmişdir ki, Mülki Prosessual Məcəllənin 276-cı maddəsində hansı tələblər üzrə məhkəmə əmrinin verilə bilməsi öz əskini tapmışdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.1-ci maddəsinə görə məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 279-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Tələbkar Borclu qarşı icra sənədinin qaytarılması haqqında qərardan məhkəmə əmri qaydasında verdiyi ərizənin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar