Məhkəmə qərarları › İş №e-2(050)-3521/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3521/2023

13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3521/2023 13.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat, uşaqların təhsili və müalicəsi üçün əlavə olaraq hər uşağa görə 100 manat, cəmi 200 manat ümumlikdə 640 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Mediasiya üçün ödənilən 55 manat rüsumun, eləcə də iddianın qaldırılması üçün tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 105 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat, uşaqların təhsili və müalicəsi üçün əlavə olaraq hər uşağa görə 100 manat, cəmi 200 manat ümumlikdə 640 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Mediasiya üçün ödənilən 55 manat rüsumun, eləcə də iddianın qaldırılması üçün tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun, etibarnamənin və onun təsdiq olunmuş surətlərinin alınması üçün notariat xidmətinə görə çəkilmiş 17.25 manat, cəmi 122.25 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2018-ci ildə Cavabdeh ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X5 anadan olmuşdur. Nikah münasibətləri ilk vaxtlarda normal olsa da sonradan münasibətlər pisləşmişdir. Hazırda Cavabdeh oğu ailəsini tərk edərək xarici ölkəyə getdiyindən iddiaçı uşaqları ilə birlikdə atası evində məskunlaşmış və uzun müddətdir orada yaşayır. Uşaqlar iddiaçının himayəsindədir və İddiaçı heç yerdə işləmədiyindən uşaqlarını dolandırmaqda çətinlik çəkir. Bir neçə dəfə iddiaçı tərəfindən cavabdehə telefon zəngləri edilsə də o, uşaqların xərcini çəkməkdən imtina edir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Uşaqlardan biri hazırda məktəbə gedir, digəri isə cari ildən baxçaya qoyulmuşdur. Bundan başqa xx.xx.2019-cu il təvəllüdlü X3 qanazlığı xəstəliyi olduğundan mütamadi müalicə olunur. Hər uşaq üçün 220 manat alimentin ödənilməsi ilə yanaşı uşaqların mənafeyini, onların təhsil almasını və müasir təhsil sistemində olan yeni qaydaları nəzərə alaraq təhsilə və digər xərclərə (müayinə və müalicə) görə məhkəmədən əlavə hər uşaq üçün 100 manat miqdarında əlavə alimentin də tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X6 arasında 13 mart 2018-ci il tarixdə Masallı regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində 141 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Zeynalova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X4 12 iyun 2015-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X5 20 noyabr 2019-cu ildə anadan olmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e- 16(050)-92/2023 nömrəli qərardadından görünür ki, 22 sentyabr 2023-cü ildən başlayaraq Cavabdeh 12 iyun 2015-ci il təvəllüdlü X2 və 20 noyabr 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3473 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən mediasiya xərci üçün 55 manat rüsum ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 28938 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Masallı Rayon Məhkəməsinin hesabına 50 manat rüsum ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 933 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Notariat xidməti üçün 17.25 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur. Məhkəmə iclasında cavabdehin daimi iş yerinin, qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. İddiaçının cavabdehdən 12 iyun 2015-ci il təvəllüdlü X2 və 20 noyabr 2019-cü il təvəllüdlü X3 müalicəsinə görə əlavə xərclər üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında pul vəsaitinin alınaraq ona verilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bununla bağlı iddiaçı heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə 22 sentyabr 2023-cü ildən başlayaraq Cavabdeh 12 iyun 2015-ci il təvəllüdlü X2 və 20 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə 22 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulması da həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu, mediasiya xərci üçün ödənilmiş 55 manat rüsumu və notariat ofisində etibarnamənin və onun təsdiq olunmuş surətlərinin alınması üçün ödənilmiş 17.25 manat olmaqla, cəmi 122.25 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 sentyabr 2023-cü ildən başlayaraq Cavabdeh 12 iyun 2015-ci il təvəllüdlü X2 və 20 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu, mediasiya xərci üçün ödənilmiş 55 manat rüsum və notariat ofisində etibarnamənin və onun təsdiq olunmuş surətlərinin alınması üçün ödənilmiş 17.25 manat olmaqla, cəmi 122.25 manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar